• cümə, 29 Mart, 09:18
  • Baku Bakı 5°C

Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçirilib

16.11.19 14:45 1704
Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçirilib
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçirilib.
MərkəzdənAPA-ya verilən məlumata görə, konsertdən əvvəl vəd edildiyi kimi Maykl Qutman və Olqa Domninanın Bakı konsertində tamaşaçılara musiqi dilində mübarizə və zəriflik, ümid və arzular, sevgi və nifrəti hiss etmə anları bəxş edilib.
Konsert boyu musiqiçilər Bakı klassik musiqi həvəskarlarını klassik fakturalı mikslər və virtuoz ifaların qarışığından ibarət musiqi dünyasına səyahətə dəvət ediblər.
M.Qutman müsahibəsi zamanı bildirib ki, Bakıya artıq üçüncü səfəridir:"Bu səbəbdən buranı özümə yad hesab etmirəm. Qəbələ Musiqi Festivalı və Rastropoviç festivalında iştirak etmişəm. Bu gün Beynəlxalq Muğam Mərkəzinin bu gözəl, qeyri-adi salonda konsertimin keçirilmısindən çox məmnunam".
Tanınmış violin ifaçısı, Brüssel Kamera Orkestrinin dirijor və direktoru Maykl Qutman özünü Odessa ifaçılıq məktəbinin davamçısı hesab edir. Qərb mətbuatı Qutmanı 20-ci əsrin dünya avanqard banilərindən biri olan rəssam Şaqal ilə müqayisə edirlər. Rusiya Musiqi Akademiyasının məzunu olan Olqa Domnina (fortepiano) bir çox beynəlxalq müsabiqələrin qalibidir.
Pianoçu dünya səhnələrində solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə birgə çıxışlar edir. İfaçı Azərbaycana hər dəfə böyük sevgilərlə gəldiyini vurğulayıb.
Maykl Qutman və Olqa Domninanın Bakı konserti tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Gecə boyunca L.V. Bethoven- skripka ve fortepiano üçün 1N-li sonata, İ.Brams skripka ve fortepiano üçün 3nomreli sonata re major, B.Britton, K.Şimanovski, A.Piazolla, M.d.Falya və digər bəstəkarların əsələri gah lirik, gah ritmik, gah da emosional hisslər yaşadıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlərlə yanaşı "Klassik musiqi inciləri” adlı layihə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Layihə çərçivəsində klassik musiqi ifaçıları, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilir.
Dekabr ayında BMM-də "Klassik musiqi inciləri” layihəsi çərçivəsində Barselona Musiqi Akademiyasının professoru, dünyanın 17 eksklüziv pianoçusu siyahısında yer alan pianoçu-bəstəkar Senya Son "Yeddi notun ekologiyası” adlı proqramla çıxış edəcək.
banner

Oxşar Xəbərlər