• şənbə, 20 Aprel, 16:01
  • Baku Bakı 23°C

“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

22.09.17 22:47 948
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib
Oğuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Oğuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və şöbənin əməkdaşları, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan Oğuz RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski bildirib ki, rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi, rayonda fəaliyyət göstərən dini icmalarla işin təşkili, dini ibadət və mərasimlərin keçirilməsi sahəsində mühüm təcrübə əldə edilib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərildiyini vurğulayaraq Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən S.Salahlı hər bir müsəlmanın İslam dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib. Prezident İlham Əliyev tərəfindən bu məqsədlə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin bu tarixi missiyanı uğurla həyata keçirdiyini vurğulayıb. O, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələr verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Digər çıxışlarda ölkə rəhbərliyi səviyyəsində İslama, onun mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqadın mövcud olduğu, Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığı qeyd olunub.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.



banner

Oxşar Xəbərlər