Mövzu mənbəyi nədir: təxəyyül, yoxsa həyat?

Yazıçının, şairin, bəstəkarın, rəssamın, ssenaristin, rejissorun, jurnalistin - bir sözlə, yaradıcı adamın həmişə axtarışında olduğu mövzu... Ancaq bu axtarışın nəticələri həmişə uğurlu olmur desək, səhv etmərik. Yəni hər şey yaradıcı adamın əldə etdiyi mövzudan, onu necə təqdim etməkdən, ona yanaşmadan və s. asılıdr.
Əgər movzunu sırf ədəbiyyatla bağlasaq, onda oxucuların əlindən düşməyən əsər yazmaq üçün yazarların üzərinə böyük məsuliyyət düşür. Bəs onlar mövzunu haradan götürürlər? Yeri gələndə uydururlarmı, yoxsa mənbələri həyatdır? Yazıçılar üçün mövzu seçimində hansı faktorlara üstünlük verilir? Bu seçimdə oxucunun marağı nə qədər nəzərə alınır? Ümumiyyətlə, yazıçı oxucunun hansı mövzunu xoşlayıb-xoşlamayacağını düşünürmü? Bəs zamana uyğun mövzu yazmaq üçün yazıçıdan hansı keyfiyyətlər tələb olunur? “Kaspi” bu mövzuda açdığı diskussiyada maraqlı fikirləri üzə çıxardı.
“Oxumursa, qoy oxumasın!”
Yazıçı Natiq Rəsulzadə məşhur rus klassiki Dostoyevskidən misal gətirərək: “Heç bir yazıçının təxəyyülü həyatla bərabər gedə bilməz. Həyat ondan daha üstündür” - deyə mövzunu əsasən həyatdan götürdüyünü və digər yazıçılara da bunu tövsiyə etdiyini qeyd etdi. Onun fikrincə, xüsusən son 20-30 ildə həyatımızda dərin, maraqlı mövzular var ki, yazmaqla qurtarmaz: “Keçid dövrünü yaşadıq. İndi cəmiyyət sovet dövründəki senzuradan çıxıb. Ona görə indiki dövr çox maraqlıdır. Həyatda o qədər mövzular var ki... Ona görə mövzunu həyatdan götürmək lazımdır”. Əsasən mistik-realist, absurd janrda yazdığını qeyd edən N.Rəsulzadə bu mövzular üçün həyatdan təkan aldığını bildirir: “Həyatdan uzaq olan fantastik-realistik janrlarda yazarkən həyatdan təkan alıram. Bu, mənə kömək edir, fantaziyamı genişləndirir. Həyat yaradıcı adam üçün ən böyük mənbədir”.
Yazılan mövzunu oxucunun bəyənib-bəyənməməsinə gəlincə, yazıçı hesab edir ki, daha çox oxucunu deyil, ədəbiyyatı düşünmək lazımdır: “Böyük italyan rejissoru Fellini deyirdi ki, əgər mən tamaşaçını nəzərə alsaydım, dahi filmlər çəkməzdim. Ancaq rejissorun filmləri “Oskar”a layiq görülüb”. N.Rəsulzadə hesab edir ki, yazıçının ilk oxucusu da, tənqidçisi də, redaktoru da özüdür: “Yazıçılar müxtəlifdir, onların yaradıcılığı da müxtəlifdir. Firkimcə, yazıçı gərək oxucunu fikirləşməsin. Zövqlü yazıçının öz əsərindən xoşu gəlirsə, o, həvəslə yazır. Ağıllı, intellektual və zövqlü oxucunun mütləq həmin əsər xoşuna gələcək. Bu, çox düzgün yoldur. Oxucuların səviyyəsi də müxtəlif olur. Biri detektiv oxuyur, biri səviyyəsiz ədəbiyyata üstünlük verir, biri məhəbbət romanları xoşlayır və s. Hər yazıçının öz oxucusu var və olmalıdır”.
N.Rəsulzadə oxucularının böyük əksəriyyətinin xarici ölkələrdə yaşadığını bildirir. “Həmçinin Azərbaycanda da oxucularım var. Onlar Azərbaycan dilində çap olunan əsərlərimi oxuyurlar. Ancaq onların hamısı Natiq Rəsulzadənin oxucusudur. Ancaq mən də janrımı, üslubumu dəyişim və deyim ki, detektiv yazıram ki, oxucularım çox olsun, bu, düzgün deyil. Yazıçı necə öz üslubuna sadiq qalırsa, onun oxucuları da ona sadiq qalmalıdır. Hesab edirəm ki, yazıçı oxucunun fikrinə görə üslubunu dəyişə bilməz. Oxucu onun əsərini oxumursa, qoy oxumasın!”
“Hər şey yazıçıdan asılıdır”
Tənqidçi Vaqif Yusifli hesab edir ki, şairləri, yazıçıları ədəbiyyata bağlayan elə mövzudur. Belə ki, körpə təbəssümü və ya adi kibrit çöpündən tutmuş qalaktikanın sirlərinə qədər hər şey sənətkar üçün mövzu ola bilər: “Mövzu həyatdan götürülür. Gündəlik həyat, gördüyün, müşahidə etdiyin, rastlaşdığın, səni incidən, sevindirən, qəmləndirən nə varsa, mövzu ola bilər. Eyni zamanda, mövzu tarixi keçmişdən də götürülə bilər. Yazıçının içində tarixə maraq varsa, onu düşündürən bu günün suallarına tarixdə cavab axtarır. Yəni o tarixdən üzü bəri gələ-gələ bu mövzunu işləyə bilər. Yazıçı tarixi mövzuda işləyərkən: “Biz niyə bu günə düşmüşük?” -deyə onu düşündürən suallara cavab axtarır. Elə mövzu var ki, tarixlə müasirlik arasındakı bağlılığı araşdırır. Yazıçı həmin proseslər fonunda həm hadisələri işıqlandırır, həm də onu narahat edən suallara cavab tapır”. Tənqidçi həmçinin hesab edir ki, hansı yazıçının qəlbinə nə yatırsa, onun üçün mövzu ola bilər: “Şair var ki, məsələn, Hüseyn Arif və ya Musa Yaqub kimi – təbiətlə cəmiyyətin harmoniyasını axtarır. Bu cür şairlər təbiətdə insanı, insanda təbiəti axtarırlar. Onlar daha çox təbiətə müraciət edirlər. Şair var ki, məsələn, Xəlil Rza kimi - daha çox siyasi lirikaya meyl edir. Ümumiyyətlə, şairi nə düşündürürsə, onu yazır. Mahmud adlı ləzgi şairi ancaq sevgidən yazıb. Füzuliyə də bəzən sevgi şairi deyirlər. Ancaq o, bu sevgi mövzusu ilə həyata, cəmiyyətə münasibətini bildirib. Bu baxımdan, mövzu əsasdır”.
V.Yusiflinin fikrincə, yaxşı mövzunu korlayan yazarlar da var. Yəni elə mövzular var ki, yazıçılar və şairlər ona müraciət edir, ancaq bədii cəhətdən uğursuz alınır: “Mövzunu bədii şəklə salmaq əsil sənətin və sənətkarın işidir”. Tənqidçi hesab edir ki, bədii məhsulun meydana gəlməsində yazıçının təxəyyülü də böyük rol oynayır. Belə ki, həyatda mövzular çoxdur, ancaq onların təqdimatında bədii təxəyyülün böyük rolu var: “Bədii təxəyyül sənətkarın həmin mövzunu bədii təsvir vasitələri ilə işləmək bacarığıdır. Yaradıcılıq prosesində təxəyyülün rolu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir”. Oxucu məsələsinə gəlincə, tənqidçi hesab edir ki, oxucunun da növləri var. Yəni burada da yazıçının sənətkarlığı böyük rol oynayır: “Oxucu var ki, adi bir şeyə aldanır. Amma oxucu elitası hər şeyi duyur, başa düşür. Onlar ən çox peşəkar oxuculardır. Məsələn, peşəkar oxucu üçün Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə adi bir yazıçının yazdığı tarixi-xronoloji roman fərqlidir. Peşəkar oxucu “Qətl günü”nü daha çox bəyənir. Tarixi-xronoloji roman isə ona adi təsir bağışlayır. Yəni oxucuların da ziyalısı, peşəkarı var. Kütləvi oxucularla bu tip oxucuları fərqləndirmək lazımdır. Əlbəttə, o oxucunun da savadı, dünyagörüşü var və o da hansısa əsəri bəyənməyə bilər”.
V.Yusifli hesab edir ki, yazıçılar oxucuları tərbiyələndirməli, üzünü oxucuya tutmalıdır. Elə yazmalıdırlar ki, onu adi oxucu da, akademik də, oxucu elitası da başa düşsün: “Nə üçün Mirzə Cəlili hamı sevir? Çünki o, hamı üçün yazan sənətkar idi. Onu kəndli də başa düşür, ziyalı kütləsi də. Bu baxımdan hər şey yazıçıdan asılıdır”.
“Həyat, həyat və həyat!”
Yazıçı Seyran Səxavət də hesab edir ki, yazıçılar mövzunu əsas etibarilə həyatdan götürürlər: “Öz təcrübəmdən çıxış edərək deyirəm: “Həyat, həyat və həyat!” Təbii ki, söz adamlarında fantaziya da güclü olur və bəzi şeylər uydururlar da. Ancaq elə şeylər uydurmalıdırlar ki, həqiqət çəkisində və boy-buxununda olsun. Çünki uydurma 21-ci əsrdə o qədər də inandırıcı görünmür. Bu dövrün insanları ayıqdır, internet əsrində yaşayırlar”.
S.Səxavət qələm adamı kimi öz yaşadıqları, gördükləri və yaxından bələd olduğu adamlardan yazdığını bildirir: “Bu gün mövzu bolluğudur. Çox maraqlı dövrə gəlib çatmışıq. Sadəcə, baxır ki, kim oradan nə götürür”.
Yazıçının fikrincə, yazarkən hərdən oxucunun zövqünü nəzərə almaq lazımdır, ancaq ona qapanıb qalmaq ədəbiyyat deyil: “O cür yazıçılar dünyanın hər yerində var. Sivil xalqlarda oxucunun zövqü nəzərə alınmalıdır. Ancaq bütün xalqlar sivil deyil. Yazıçı milli şüuru aşağı olan millətlər və xalqları nəzərə alıb yazsa, bu, heç ədəbiyyat deyil. Söz həmişə başda getməlidir. Bu da bir az qəliz məsələdir. Nəyisə nəzərə alıb yazanda, o mövzu bəri başdan zədələnir. Mövzu zədələnəndə artıq cümlələr, abzaslar, səhifələr, kitablar zədəli olur. Zədəli olan şeylər isə heç kəsə lazım deyil”. S.Səxavət hesab edir ki, yazıçının fantaziyası, uydurması həyat faktına söykənəndə konkretlik kəsb edir, real görünür. Belə ki, oxucu həmin uydurmalara inanır.
“Bax, müşahidə et və yaz”
“Müxtəlif yazıçıların müxtəlif mətbəxi olur. Şəxsən mövzu məni ciddi narahat etməyə başlayanda yazıram” - deyən yazıçı-şair Şərif Ağ: “Həm də fikir verirəm ki, bəhs edəcəyim mövzu sosial olsun, şəxsi olmasın. Məsələn, heç vaxt “Parfümer” kimi əsər uydurub yazmaram. Məncə, Azərbaycan kimi cəmiyyətlərdə nəsə uydurmağa ehtiyac yoxdur”- deyir. Yazıçı hesab edir ki, bizim həyatımız absurdla, sürreal hadisələrlə, abstraktla, magik reallıqlarla, mistika-metafizika ilə doludur: “Bax, müşahidə et və yaz. Mən yazanda oxucudan artıq özünüifadəni düşünürəm. Məncə, özümü razı salan mətn oxucunu da razı salacaq, təcrübədən də bilirəm”. Ş.Ağ hesab edir ki, ədəbiyyat nə yazmaq yox, necə yazmaq sənətidir. Bu baxımdan mövzu üçün heç kimi qınamaq olmaz: “Lakin mənim düşüncəmə görə, əsil yazıçı öz zamanını ifadə etməlidir. Ona görə müasir tematika vacib şərtdir”.
Təranə Məhərrəmova