• cümə axşamı, 28 mart, 17:03
  • Baku Bakı 16°C

20 Yanvar faciəsi Ukrayna QHT-lərinin diqqət mərkəzində

29.01.23 10:00 619
20 Yanvar faciəsi Ukrayna QHT-lərinin diqqət mərkəzində

Ukraynada fəaliyyət göstərən “Beynəlxalq Rusiya Təbliğatına Qarşı Mübarizə Mərkəzi” qeyri-hökumət təşkilatının saytında 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub.

“Report” xəbər verir ki, materialda 33 il əvvəl baş vermiş dəhşətli hadisələrin Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrildiyi bildirilib. Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də Ermənistanın təcavüzkar hərəkətlərinə və Azərbaycana qarşı ərazi iddialarına cavab olaraq alovlanan genişmiqyaslı etirazları vəhşicəsinə yatırmaq üçün sovet ordusunun hissələrinin Bakıya yeridilməsi faciəyə səbəb olub.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Mərkəzin əməkdaşı ilə söhbətində deyib ki, sovet rejimi ilə bağlı “xülyavari” ideyalar həmin gün tamamilə alt-üst olub. Direktorun sözlərinə görə, 20 Yanvar faciəsi günü həm də Azərbaycan xalqının milli özünüdərk gününə çevrilib.

O vurğulayıb ki, yanvarın 20-nə keçən gecə şəhərdə komendant saatının tətbiqi ilə bağlı insanlara məlumat verilməməsi üçün bu hadisələrdən əvvəl teleqüllə partladılıb. Materialın tam versiyası ilə keçiddən tanış ola bilərsiniz.

banner

Oxşar Xəbərlər