Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
Geriyə dön!
Türkiyənin Vaşinqton səfiri gözlənilmədən istefaya gedib

Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şənsoyun istefaya çıxması ilə bağlı qamlaqal səngimək bilmir. Onun təqaüdə çıxmasına 3 ay qalmış istefa verməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan birində göstəriliri ki, baş nazir Ərdoğanın Amerika səfərində böhran yaşanıb. Belə ki, Türkiyə hökuməti əvvəlcə heyətlərarası, daha sonra isə prezidentlərin təkbətək görüşməsini nəzərdə tutub. Ancaq Ankara bu görüşdə, həm Türkiyə, həm də Amerika xarici işlər nazirlərinin də iştirak etməsini tələb edib.
Tələb Nəbi Şənsoya da çatdırılıb. Şənsoy isə bu tələbi Ağ evə çatdırmalı imiş. Ancaq Ağ evdə Ərdoğan və Obamanın təkbətək görüşünün planlaşdırıldığı ortaya çıxıb.
Oxumaq
11.12.09  
 
ABŞ Qarabağ ermənilərinə yardım edəcək
Konqress 8 milyon dollar ayırıb

Ermənilərin okeanın o tayındakı havadarları yenə də onlara yardım əli uzadıb. Birləşmiş Ştatlar Senatı və Nümayəndələr Palatası ermənipərəst qanunvericilərin təzyiqi altında gələn il üçün Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. "Armenia today"ın yaydığı məlumata görə, Amerika Erməni Milli Komitəsi Ermənistana 41 milyon dollar, Dağlıq Qarabağa isə 8 milyon dollar məbləğində iqtisadi yardım veriləcəyini açıqlayıb. Daha əvvəl Nümayəndələr Palatası Ermənistana 48 milyon, Dağlıq Qarabağa 10 milyon dollar ayrılmasını təklif etmiş, Senat Ermənistana 30 milyon dollar kömək müəyyənləşdirmiş, Dağlıq Qarabağa isə yardım ayrılmasına ehtiyac görməmişdi.
Oxumaq
11.12.09  
 
"Azərbaycan yalnız danışıqlarda deyil, real işlər görməkdə də qətiyyətlidir"
Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib

Avropa İtifaqı Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqazla bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqı ilə Şərq tərəfdaşları arasında demokratiya, hüquq normaları və insan hüquqlarına hörmət də daxil olmaqla ümumi dəyər və prinsiplər əsasında əməkdaşlığın inkişafına yeni baxışı əks etdirir. Xarici işlər nazirləri Şurası Azərbaycan, Gürcüstan və Ermənistanın "Şərq tərəfdaşlığı" proqramından irəli gələn prinsiplər ətrafında Avropa İttifaqı ilə əlaqələrin möhkəmlədirilməsinə sadiqliyini alqışlayır.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı Cənubi Qafqaz bölgəsində sabitliyin, əməkdaşlığın, rifahın, effektiv idarəetmənin təmin edilməsinə yardım göstərəcək. Hazırkı mərhələdə bu məqsədə çatmaq üçün texniki yardım proqramı çərçivəsində köməklik ediləcək.
Yeri gəlmişkən, Brüsseldə Şərq Tərəfdaşlığı ilə bağlı keçirilən toplantıda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının Aİ ilə əməkdaşlığa böyük önəm verdiyini deyib: "Boru kəmərləri və eneryi əməkdaşlığı hələ də çox əhəmiyyətli məsələdir. Azərbaycan danışıqları davam etdirməkdə qətiyyətlidir. Yalnız danışıqları davam etdirməkdə deyil, real işlər görməkdə də qətiyyətlidir. Eneryi əməkdaşlığı ilə biz xeyli irəliləyiş əldə edə bilərik".
Oxumaq
10.12.09  
 
Ermənilər Əfqanıstanı "abıra salacaq"
Yerevan Qunduza 40 nəfərlik heyət göndərir

Ermənistan parlamenti Əfqanıstana sülhməramlıların göndərilməsinə dair NATO ilə imzalanmış sazişi ratifikasiya edib. 40 nəfərlik heyətdən ibarət erməni hərbi qulluqçuları Qunduz şəhərinin aeroportunda sülhməramlı missiyasını həyata keçirəcəklər. "NATO ilə imzalanmış müqaviləyə əsasən, 2010-cu ilin əvvəlində 36 piyada, 3 rabitə zabiti və bir hərbi tibb işçisi Əfqanıstana yola düşəcəklər və Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım (ISAF) çoxmilli qüvvələri tərkibində sülhməramlı missiyasını həyata keçirəcəklər" - deyə Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentində çıxış edərkən bildirib.
Oxumaq
10.12.09  
 
ABŞ-ın Azərbaycan diasporu Ərdoğanın Vaşinqton səfərindən razıdır
Əhməd Davudoğlu: " Biz Azərbaycan xalqına demək istəyirik ki, əmin olun, biz sizinləyik"

ABŞ səfərinin sonuncu günü Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yerli türk diasporasının nümayəndələri ilə görüşdə erməni məsələsini müzakirə edib. "Milliyət" qəzeti yazır ki, bir saatdan çox davam edən görüş yurnalistlər üçün qapalı olub. Qəzet yazır ki, Ərdoğan görüşdə Ermənistanla imzalanmış protokolların gələcəyinin Dağlıq Qarabağ sülh prosesindən çox asılı olduğunu bildirib. O, diasporadan bu məsələyə xüsusi diqqət yetirmələrini xahiş edib.
Oxumaq
10.12.09  
 
Reyqanın müşaviri erməniləri ifşa etdi
"Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı isə 500 min nəfər civarındadır"

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq üzrə müşaviri olan Brus Feyn qondarma erməni soyqırımı iddialarının yalan olduğunu sübuta yetirən faktları açıqlayıb. Türkiyənin "Birlik" qəzetinin yaydığı məlumata görə, müşavir ermənilərin iddialarının əsassız olduğunu vurğulayıb. O bildirib ki, Reyqanın prezident olduğu 1981-ci ildə bu məsələ Ağ ev tərəfindən araşdırılıb, iddiaların əsassız olduğu sübuta yetirilib və sənədləşdirilib.
"Osmanlı imperiyası milli azlıqlara xüsusi diqqət yetirib, onlara qarşı qayğı ilə yanaşıb. Bu reallığı unutmamaq lazımdır. Azlıqlar dini azadlıqlarını və həyatlarını rahat şəkildə davam etdirib" - deyə müşavir bildirib. Onun sözlərinə görə, erməni terror təşkilatları I Dünya Müharibəsi illərində Fransa və Rusiya ilə birlikdə müsəlman osmanlıları qətlə yetirib: "Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı isə 500 min nəfər civarındadır.
Oxumaq
09.12.09  
 
Afina məğlubiyyəti
Ermənistan müxalifəti hesab edir ki, rəsmi Yerevan daha bir diplomatik fiaskoya uğrayıb

Ermənistan müxalifəti rəsmi Yerevanın Afinada xarici işlər nazirlərinin son görüşündə üzləşdiyi daha bir məğlubiyyəti açıqlayıb. "Tert.am" ın yaydığı məlumata görə, "İrs" partiyası parlament fraksiyasının rəhbəri Stepan Safaryan tərəfindən yayılmış yazılı açıqlamada bildirilir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin dekabrın 1-də yaydığı bəyanatda güc tətbiqi və ya güc hədəsinin yolverilməzliyi, millətlərin öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyündən əlavə, həm də xalqların bərabərliyi prinsipi var. Müxalifətçi deputat hesab edir ki, bu, Azərbaycan tərəfinə Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakının mənasızlığını üzə çıxarmaq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabər statusda olduğunu sübut etmək imkanı verəcək: ""Madrid prinsipləri"ndə Ermənistan üçün təhlükəli məqamlar nəinki yox olub, üstəlik, Dağlıq Qarabağ ermənilərinin danışıqlar masasına cəlb edilməsini təhlükə altına qoyan maddə əlavə edilib".
Oxumaq
09.12.09  
 
İran da Minsk qrupundan narazıdır
Səfir Məhəmməd Bagir Bəhrami: "Onlar öz maraqlarını güdürlər"

Dünən İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmməd Bagir Bəhrami mətbuat konfransı keçirib. İran hökumətinin Azərbaycanla viza reyimini birtərəfli qaydada ləğv etməsinə həsr olunan mətbuat konfransında səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin əvvəlində İrana səfəri zamanı imzalanmış sənədlərdən birində hər iki ölkə vətəndaşlarının bir ölkədən digərinə gediş-gəlişini təşviq etmək və bu prosesi asanlaşdırmaq nəzərdə tutulub: "Azərbaycanla İran müştərək mədəniyyətə, tarixə, dinə, 770 kilometr ümumi sərhədə malikdir. Sərhəd ərazilərində yaxın qohumlar yaşayır, bizim sərhəd şəhərlərimizin dili Azərbaycan dilidir. Bu insanların yüz faiz haqqı var ki, bir-birinin evinə sərbəst şəkildə qonaq gedə bilsin". M.B.Bəhrami bu ilin 9 ayı ərzində Azərbaycandan İrana 35 min nəfərin səfər etdiyini deyib. O, İranın Türkiyə ilə də viza reyimini ləğv etdiyini söyləyib.
"Ümid edirik ki, Azərbaycan tərəfi də öz növbəsində İran vətəndaşlarının Azərbaycana səfər etmələri üçün vizanın ləğvi barədə qərar qəbul edəcək" - deyə M.B.Bəhrəmi yurnalistlərə bildirib. Onun sözlərinə görə, 2010-cu il yanvarın 1-dən Azərbaycan vətəndaşları İrana vizasız gedə və orada 1 ay qala bilər. "Zərurət yaranarsa, Azərbaycan vətəndaşı bir ay keçəndən sonra vətənə qayıda, sonradan yenə də İrana gedə bilər" - deyə səfir vurğulayıb.
Oxumaq
08.12.09  
 
Yurdda sülh, cahanda sülh
Türkiyə hamı ilə dostluq etmək istəyir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin xarici siyasəti barədə BBC-yə eksklüziv müsahibə verib. Qərblə İran arasında vasitəçiliyi mühüm saydığını bildirən nazir ölkəsinin Əfqanıstan, Qafqaz, İran və Yaxın Şərqə dair yürütdüyü siyasət barədə ətraflı məlumat verib. BBC müxbiri Coni Daymondun "Türkiyə Qafqazlarda və başqa yerlərdə fəallaşmaqla yeni Osmançılıq siyasəti həyata keçirirmi" sualını cavablandıran nazir Əhməd Davudoğlu deyib ki, Türkiyə Qafqazlarda tam sabitliyə nail olmaq istəyir: "Tam, əhatəli sabitliyə. Cənubi Qafqazda dondurulmuş münaqişələrin həllini istəyirik. Biz bunu regionda aparıcı qüvvə olmaq üçün, bəzilərinin dediyi kimi, yeni osmançılıq xətrinə etmirik. Türkiyəyə sabit, təhlükəsiz, firavan mühit lazımdır. Bizim milli marağımız bundan ibarətdir".
Qeyd edək ki, çoxları bu qənaətdədir ki, Davos zirvə toplantısından sonra və sonrakı aylarda Türkiyənin İsraillə münasibətləri geriyə doğru istiqamət götürüb.
Oxumaq
05.12.09  
 
Yerevan münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə rəsmi razılıq verib
Erməni müxalifəti: "Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilsə də, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq"

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu barədə ABŞ müdafiə naziri köməkçisinin müavini Selest Uolander Ermənistan rəhbərliyi ilə görüşü zamanı bəyan edib. "Barak Obama administrasiyası Qarabağ münaqişəsinin güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların bərabərliyi və millətlərin öz müqəddəratını müəyyən etməsi prinsiplərinə əsaslanan sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir" - deyə ABŞ-ın Ermənistandakı səfirliyini mətbuat xidmətindən S.Uolanderin sözlərindən sitat gətiriblər. S.Uolander Yerevanda Ermənistan prezidenti Sery Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və digər rəsmi şəxslərlə də görüşüb.
Oxumaq
05.12.09  
 
Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •