Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
"109" telefon sorğu xidməti fevraldan tam pullu olacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) fevralın 1-dən etibarən "109" telefon sorğu xidmətini ödənişli əsasa keçirir. BTRİB-dən "APA-Economics"ə verilən məlumata görə, Tarif Şurasının qərarına əsasən, əhali üçün bir sorğuya xidmət haqqı 20 qəpik, idarə və müəssisələr üçün isə 40 qəpikdir.
Artıq bu xidmətdən istifadə edən abunəçilər "012 109" nömrəsini yığmalıdır.
Hazırda bu xidmətin təqdim edilməsi ilə 120 nəfər işçi məşğuldur. Xidmətin illik gəliri 452 min manat olduğu halda, xərcləri 8,5 mln. manatdan çoxdur.
Oxumaq
29.01.10  
 
Aktau şəhərində Azərbaycanın baş konsulu təyin edilib
Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulunun təyin edilməsi barədə sərəncam imzalayıb. APA-nın məlumatına görə, Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
Prezidentin digər sərəncamı ilə R.Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Oxumaq
29.01.10  
 
Azərbaycanla Türkiyə arasında viza reyiminin ləğvi ilə bağlı razılaşdırılmış sənəd var
"Azərbaycanla Türkiyə arasında viza reyiminin ləğvi ilə bağlı üzərində anlaşdığımız bir mətn var. Azərbaycan tərəfində bəzi əksikliklər olduğunu düşünürük, amma razılaşdırılmış bir sənəd olduğunu söyləyə bilərəm". Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Səfir viza reyiminin ləğvinə dair saziş imzalanacağına ümid etdiyini bildirib: "Son illərdə Türkiyə bir çox ölkə ilə viza reyimini ləğv edib. Suriya, İordaniya, hətta Livanla da viza reyimini aradan qaldırmışıq. Livanda böyük bir erməni icması var, hətta hökumətdə erməni mənşəli iki nazir çalışır. Buna baxmayaraq, bizimlə viza reyimini ləğv etdilər. Xalqımız Azərbaycanla da viza reyiminin tezliklə ləğvini gözləyir".
Oxumaq
29.01.10  
 
Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilib
Dünən prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) bir qrup əməkdaşına rütbələr verilməsi və fəxri adlarla təltif edilməsi barədə sərəncamlar imzalayıb. APA-nın məlumatına görə, gömrük qanunvericiliyinin inkişafındakı xidmətlərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə "əməkdar hüquqşünas" fəxri adı verilib.
Prezidentin digər sərəncamı ilə DGK sədrinin müavini Nazim Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib.
Prezident ölkənin iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə DGK-nın bir qrup əməkdaşını da təltif edib.
DGK sədrinin müavini Səfər Mehdiyev isə "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif olunub.
DGK-nın bir qrup əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.
Oxumaq
29.01.10  
 
Vaqif Heydərova "Əməkdar Mühəndis" fəxri adı verilib
Prezident İlham Əliyev Vaqif Abas oğlu Heydərova "Əməkdar Mühəndis" fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb. APA-nın xəbərinə görə, V.Heydərov bu fəxri ada iqtisadiyyatının inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.
Oxumaq
29.01.10  
 
"Diabetik təbii meyvə şirələri" adlı yeni milli standart qəbul olunub
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) "Diabetik təbii meyvə şirələri" adlı AZS 399 standartını qəbul edib. Bu barədə "APA-Economics"ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib. Standart meyvə və giləmeyvələrdən hazırlanan, şəkərli diabetlərin qidalanmasına icazə verilən şəkərəvəzedicilər əlavə edilmiş təbii şirələrə şamil edilir. AZS 399 standartı əsasında istehsal olunan meyvə şirələrinin üzərində "Məhsul şəkərli diabetlər üçündür. Pəhriz həkiminin təyininə müvafiq olaraq istifadə edin" cümlələri yazılacaq. Şirələrin saxlama müddəti 24 ay nəzərdə tutulub.
Oxumaq
29.01.10  
 
Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar olub
Mədəniyyət və Turizm Nazirliyində bir sıra yeni təyinatlar olub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Əmirov Ağdam rayon Heydər Əliyev muzeyinin, Ramail Atayev Gəncə şəhər Uşaq incəsənət məktəbinin, Akif Əliyev Samux rayon Qarayeri qəsəbə uşaq musiqi məktəbinin və Vitali Mehdiyev Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsinə təyin olunublar.
Oxumaq
29.01.10  
 
Daşınmaz əmlak bazarının inkişafına təkan verəcək qərarlara ehtiyac var
Bazarda dinamikanın bərpası üçün ipoteka kreditlərinin həcmi də qaldırılmalıdır

Ötən ildə izlənilən proseslər Azərbaycanın daşınmaz əmlak bazarında qiymətləri stabilləşdirib. Amma bazarın aktivləşməsi üçün dövlətin daşınmaz əmlak bazarının inkişafına təkan verəcək qərarlarına ehtiyac var. 2009-cu ildəki vəziyyəti nəzərdən keçirən "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin ekspertləri bu qənaətdədirlər.
Əsası qoyulan binaların azlığı ciddi problemlərdən xəbər verir

Belə ki, dünya daşınmaz əmlak agentliklərinin və bazarı araşdıran qurumların 2009-cu ilin yekunu ilə bağlı açıqladıqları məlumatlara görə, ötən ilin son rübü itkilərlə yanaşı, bazarın inkişafında dönüş yarada bilib: "Buna inansaq, 2009-cu ilin son rübü 2008-ci ilin analoyi dövrü ilə müqayisədə inkişafa meyillilik və dinamikanın artımı ilə müşahidə edilib. Ötən illərlə müqayisədə ölkəmizin daşınmaz əmlak bazarında da 2009-cu ili böhran ili kimi səciyyələndirmək mümkündür. Təkcə tikintinin tempinin aşağı düşməsi bu iddianın üzərində dayanmağa əsas verir". Belə ki, rəsmi açıqlamalarda 2009-cu il ərzində Bakı şəhərində heç bir yeni tikilinin əsasının qoyulmadığı bildirilir. Ölkədə hələlik daşınmaz əmlak bazarını araşdıran yeganə qurum kimi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin il ərzində apardığı monitorinqdə isə bu nəticə 19 rəqəmi ilə əhatə olunur: "Aparılan araşdırmalar göstərir ki, həmin 19 binanın mütləq əksəriyyətinin tikintisi 2008-ci ildə layihələndirilib və tikinti üçün icazə sənədləri də elə həmin ilə təsadüf edib. Sadəcə, icraçı tikinti şirkətləri müxtəlif səbəblərdən tikinti işlərinə 2009-cu ildə başlayıblar.
Oxumaq
28.01.10  
 
Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının internet səhifəsi istifadəyə verilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının (LAAA) yeni internet saytı istifadəyə verilib. Məlumatda bildirilir ki, ispan və ingilis dillərində təqdim edilən www.azerbaiyani-association.org saytı Meksikada fəaliyyət göstərən diaspor təşkilatının Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılarla əlaqə vasitəsinə çevriləcək. Saytda Azərbaycan haqqında ümumi məlumatlar, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi barədə ətraflı bilgilər, digər mühüm xəbərlər yerləşdirilib. Yeni internet səhifəsində Azərbaycan musiqi korifeylərinin əsərləri ilə də tanış olmaq mümkündür. Saytda həmçinin Azərbaycan dilini öyrənmək istəyənlər üçün müvafiq lüğətlər yerləşdirilib.
Oxumaq
28.01.10  
 
Prezident İsveçrədə işgüzar səfərdədir
Dünən prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Yanvarın 27-də Sürixə gələn prezident İlham Əliyev buradan Davos şəhərinə yola düşüb. /AzərTAc/
Oxumaq
28.01.10  
 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •