Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
"TheLondonPost.net" portalında 20 Yanvar faciəsi ilə bağlı yazı dərc olunub
Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar "TheLondonPost.net" internet portalında "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" başlıqlı yazı dərc olunub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, yazıda hadisə nəticəsində yüzlərlə silahsız mülki şəxsin, uşaq və ahılların qətlə yetirildiyi və yaralandığı nəzərə çatdırılıb, ölkənin paytaxtına sovet hərbi birləşmələrinin yeridilməsinin əsas məqsədinin öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqın mübarizə əzminin qırılması olduğu qeyd edilib.
Müəllif bu faciənin sadəcə Azərbaycanın deyil, bütövlükdə insanlıq tarixində törədilmiş ən acımasız qırğınlardan biri olduğunu vurğulayaraq bunu insanlığa qarşı cinayət kimi qiymətləndirib.
Yazıda bildirilib ki, törədilmiş qətliama baxmayaraq, bu tarixdən bir il sonra, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edib və sürətlə inkişaf edərək dünya miqyasında öz layiqli yerini tutub.
Oxumaq
02.02.10  
 
Parlamentin iş planına 22 qanun layihəsi daxil edilib
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsi daxil edilib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov dünən keçirdiyi brifinqdə məlumat verdi. O qeyd etdi ki, iş planına Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Pambıqçılıq haqqında", "Fərdi məlumatlar haqqında", "Normativ hüquqi aktlar haqqında", "Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında", "Kənd təsərrüfatının kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında", "Kəşflərin hüquqi qorunması haqqında" qanun layihələri daxil edilib. İş planına, həmçinin ötən sessiyalarda fikir ayrılığına səbəb olan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də salınıb. A.Nəsirov sessiyada "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin də müzakirə ediləcəyini bildirdi. "Eyni zamanda, prezidentin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib" - deyə mətbuat xidmətinin əməkdaşı vurğuladı.
O əlavə etdi ki, yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. İlk iclasın gündəliyinə 14 məsələ daxil edilib.
Oxumaq
30.01.10  
 
Əli Həsənov Rusiyanın Cənubi Qafqaza ciddi təsir imkanlarının olduğunu bildirib
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun təklifləri tərəflər arasında müzakirə olunur, fikir ayrılığı olan bəndlər yeni şəkildə müzakirəyə çıxarılıb. Hələlik nəticə haqqında heç nə demək olmaz". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezidentlərin son görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, hələlik Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortaq mövqeyin yarandığını, tapıldığını söyləmək olmaz: "Amma bu özü faktdır ki, tərəflər və vasitəçilər bu danışıqların perspektivinə, potensialının tükənmədiyinə inanırlar. Bu özü əsas verir ki, danışıqlar davam etdirilsin".
Oxumaq
30.01.10  
 
Riçard Morninqstar: "Cənub dəhlizi" layihəsinə inamımız itməyib"
"Cənub dəhlizi" layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi baxımdan əhəmiyyətli dərəcədə sərfəli olacaq. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edib. ABŞ-ın 2010-cu ildə Avrasiyanın energetika probleminə və perspektivlərinə baxışından söz açan R.Morninqstar bəyan edib ki, Birləşmiş Ştatlar Xəzər regionundan Avropaya qaz nəqlinə imkan verən "Cənub dəhlizi" layihəsini dəstəkləyir. "Layihə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi baxımdan əhəmiyyətli dərəcədə sərfəli olacaq, həmçinin uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına təkan verəcək. Bu məqsədlə biz iki istiqamətdə işləyirik: "Şahdəniz" qaz yatağı üzrə Türkiyə ilə Azərbaycan arasında razılaşmanı stimullaşdırmaq, Mərkəzi Asiya və Yaxın Şərqin istehsalçı ölkələrini dəhlizə qaz verməyə həvəsləndirmək" - deyə ABŞ dövlət katibinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi qeyd edib.
Oxumaq
30.01.10  
 
İnternetdə məlumat yerləşdirməyən turizm şirkətlərinin lisenziyası ləğv ediləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə və hotellərə öz internet resurslarını yaratmağı və beynəlxalq "Hoteltoweb" online rezervasiya və satış texnologiyaları sisteminə qoşulmağı tövsiyə edib. "APA-Economics"in məlumatına görə, dünən nazirin Bakıda turizm şirkətlərinin nümayəndələri ilə görüşü keçirilib. Görüş çərçivəsində "Hoteltoweb" sisteminin təqdimatı olub.
Tədbirdə çıxış edən Ə.Qarayev turizm şirkətlərinə ciddi şəkildə xəbərdarlıq edib ki, bu sistemə qoşulmayan və internet şəbəkəsində məlumatlarını yerləşdirməyən turizm şirkətlərinin lisenziyasına yenidən baxılacaq: "Azərbaycan artıq inkişafda olan ölkə kimi bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir. Ölkənin inkişaf etməkdə olan turizm infrastrukturunda da müasir texnologiyalardan səmərəli istifadəyə ehtiyac var".
Oxumaq
30.01.10  
 
Rumıniya hökumətinin eneryi missiyası Azərbaycana səfər edəcək
Bu ilin fevralın 1-5-də Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini, eneryi sahəsində əməkdaşlığa dair Azərbaycan-Rumıniya işçi qrupunun sədri Tudor Şerbanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, nümayəndə heyətinə Rumıniyanın İqtisadiyyat, Ticarət və Biznes mühiti Nazirliyi Eneryi, neft və qaz Departamentinin direktoru Korneliu Kondrea, Rumıniya Xarici İşlər Nazirliyi Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Vasile Soare, Rumıniya Xarici İşlər Nazirliyi Strateyi iqtisadi siyasət İdarəsinin direktoru Mihai Harbiç, "Romqaz" şirkətinin direktoru Mares Adrian, "Romqaz" şirkətində xidmətlər üzrə direktor Viktor Kristian Şerban, "Transqaz" şirkətinin baş direktorunun müavini Rusi Nikalae daxildir.
Oxumaq
30.01.10  
 
Ötən il Azərbaycana turist axını 2% artıb
Mədəniyyət və Turizm Nazirliyinin ilkin məlumatlarına əsasən, ötən il Azərbaycana turist axını azalmayıb. "APA-Economics"in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yurnalistlərə verdiyi açıqlamada bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran nəticəsində turist axını azalsa da, Azərbaycanda bu göstərici nəinki azalmayıb, hətta 2% artıb: "Dünya turizm industriyası üçün ən çətin il 2008-ci il olub, lakin Azərbaycanda həmin il turist axını 40% artıb. Beləliklə, son iki ilin nəticələrini nəzərə alaraq demək olar ki, ölkədə bu sahədə artım tempi 25-30% təşkil edir. Son 11 il ərzində isə bu göstərici 20 dəfəyədək artıb".
Ə.Qarayevin sözlərinə görə, "Azərbaycanda turizm sahəsinin inkişafı Dövlət Proqramı (2010-2016-cı illər)" artıq hökumət tərəfindən Prezident Administrasiyasına təqdim edilib: "Proqram təsdiqləndikdən sonra bu sahədə inkişafa daha bir təkan veriləcək".
Oxumaq
30.01.10  
 
Aztəminatlı ailələrin sosial reabilitasiyası proqramı hazırlanır
Ötən il 144829 ailə ünvanlı dövlət sosial yardımı alıb

Ötən il 144829 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. Hər ailəyə ayda orta hesabla 113,30 manat ödənilib. Görülən işlərin yeni mərhələsi kimi ailələrin reabilitasiya yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması da nəzərdə tutulur. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hüquqi bazanın təkmilləşdirilməsi işinə başlayıb. Artıq bütün ölkə ərazisini əhatə edən korporativ şəbəkədə aztəminatlı ailələrin sosial-demoqrafik qruplar üzrə tərkibi, onların gəlirləri və əmlakı barədə müfəssəl məlumat bazası yaradılıb. Prezidentin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, nazirlik tərəfindən "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması prosesinə başlanılıb. Bu barədə qurumun 2009-cu il ərzində fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. Nazirin sözlərinə görə, ötən ildə rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərində 50 araşdırma aparılıb: "Araşdırmalar nəticəsində ciddi nöqsanlara yol verdiklərinə görə 5 nəfər tutduğu vəzifəsindən azad edilib, 79 nəfərə isə töhmət verilib. 80600 manat qanunsuz ödənilmiş vəsait təqsirkar şəxslər tərəfindən tutularaq büdcəyə bərpa edilib".
Oxumaq
29.01.10  
 
İKT Parlamentində Ermənistanı işğalçı dövlət elan edən daha bir qətnamə qəbul edilib
Azərbaycandan millət vəkilləri Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə Uqandanın paytaxtı Kambala şəhərində keçirilən İslam Konfransı Təşkilatı Parlamentinin növbəti sessiyasında iştirak ediblər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İKT Parlamentinin Siyasi və İqtisadiyyat Komitəsinin 2 gün davam edən iclasında Azərbaycandan olan millət vəkilləri Azərbaycanla bağlı iki qətnamənin qəbuluna nail olublar.
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və İslam Konfransı Gənclər Təşkilatının işi və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlı qətnamələrdir.
Oxumaq
29.01.10  
 
Dünyanın ən gözəl şəhərlərinin reytiniqi açıqlanıb
Amerikanın nüfuzlu "Forbes" yurnalı şəhər planlaşması, arxitektura və sabit inkişaf üzrə mütəxəssislər arasında sorğu keçirərək, onlardan dünyanın ən gözəl şəhərlərinin adını çəkməyi xahiş edib. APA-nın məlumatına görə, yurnal artıq sorğunun nəticələrini açıqlayıb. Respondentlərin əksəriyyəti dünyanın ən gözəl şəhərinin Paris olduğunu iddia ediblər. Parisin ən populyar yerləri Eyfel qülləsi, Yelisey sarayı və Böyük Saray hesab olunur. Bundan başqa, dünyanın ən məşhur otellərindən "Rtiz" də Parisdə yerləşir. Versal sarayını tikmiş arxitektorların ucaltdığı bu otel artıq yüz ilə yaxındır öz əfsanəvi xidmət səviyyəsi ilə məşhurdur.
Mütəxəssislər dünyanın ən gözəl şəhərləri sırasında növbəti yerlərə Vankuver, Sidney, Florensiya, Venesiya, Keyptaun, San-Fransisko, Çikaqo, Nyu-York, London və Tokionu layiq görüblər.
Oxumaq
29.01.10  
 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •