|
|
ARXİV
|
| |
|
«
| Sen.2010 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | | | |
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
ARDNŞ 100 tələbəyə təqaüd təyin edib
|
Ali təhsil məktəblərinin tələbələrinə 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdləri təqdim olunub. "APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 100 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 79, Bakı Dövlət Universitetinin 8, Qafqaz Universitetinin 6, Azərbaycan Dövlət İqtisad Universitetinin 4, Moskva Dövlət Universitetinin Bakı filialının 2 və Azərbaycan Texniki Universitetinin 1 tələbəsinə ARDNŞ-nin təqaüdlərini (plastik kartları) təqdim edib. R.Abdullayev qeyd edib ki, müsabiqədə əvvəllər olduğu kimi, təkcə ADNA tələbələri deyil, ARDNŞ-nin elan etdiyi ixtisaslar üzrə təhsil alan bütün ali məktəb tələbələri müstəqil şəkildə iştirak edə bilirlər. Artıq iki ildir şirkətin aylıq təqaüdünün məbləği 40 manatdan 70 manata qaldırılıb və təqaüdlərin fərdi plastik kartlar vasitəsilə ödənilməsinə başlanıb.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Azərbaycan Komor Adaları ilə diplomatik əlaqələr qurub
|
|
Fevarlın 1-də Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb. Daimi Nümayəndəlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə tərtib olunan sənədi Azərbaycan hökuməti adından ölkəmizin BMT yanındakı Daimi Nümayəndəsi Aqşin Mehdiyev, Komor Adaları Birliyi hökuməti adından isə birliyin BMT yanındakı Daimi Nümayəndəsi Mohamed Toihiri imzalayıblar.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Azərbaycan və Omanın xarici işlər nazirləri arasında görüş keçirilib
|
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdullanı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Oman arasında sıx əlaqələrin mövcudluğunu deyən E.Məmmədyarov münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir çox beynəlxalq səviyyəli məsələlərə dair eyni mövqedən çıxış etdiyini vurğulayan nazir Oman Sultanlığının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirib.
|
Oxumaq
03.02.10
|
| |
|
|
İrana səfər etmək istəyənlərin daha bir problemi həll olunacaq
|
İran-Azərbaycan sərhəd keçid məntəqələrində İrana səfər etmək istəyən Azərbaycan vətəndaşlarına sağlamlıq haqqında arayışlar verilməsi məsələsi müzakirə olunur. APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib. Fevralın 1-dən İrana səfər edən Azərbaycan vətəndaşlarına vizasız reyim tətbiq edildiyini deyən nazir müavini bununla bağlı sərhəd keçid məntəqələrində müəyyən problemlərin yarandığını deyib. H.Qaşqavi xatırladıb ki, İrana getmək istəyən Azərbaycan vətəndaşları Bakı, Gəncə və Lənkəran şəhərlərində sağlamlıq haqqında arayış ala bilirlər. Nazir müavini bu tibb mərkəzlərinin sayının artırılması üçün Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən də səylər göstəriləcəyinə ümid etdiyini deyib. H.Qaşqavi Naxçıvan Muxtar Respublikası sakinlərinin artıq iki ildir ki, İrana vizasız, sağlamlıq haqqında arayışlar almaqla getdiklərini də qeyd edib.
|
Oxumaq
03.02.10
|
| |
|
|
İran Azərbaycanla ticarət qaydalarını asanlaşdırır
|
|
İran İslam Respublikası Azərbaycanla ticarət qaydalarını asanlaşdırır. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib. Onun sözlərinə görə, bu qərar İran İslam İnqilabının 31-ci ildönümü ilə bağlıq qəbul olunub. A.İsgəndəri deyib ki, İran Xarici İşlər Nazirliyi qəbul edilən qərar haqda məlumatı Azərbaycanın İrandakı səfirliyinə dünən təqdim edib.
|
Oxumaq
03.02.10
|
| |
|
|
"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi bu yaz müzakirə oluna bilər
|
|
"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə oluna bilər. APA-nın məlumatına görə, bu barədə millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, qanunun qəbulu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) müəyyən təkliflərlə çıxış edib və bu təkliflər parlamentin müvafiq komissiyasına təqdim olunub. Sənəddə eks-prezident statusunun kimlərə şamil olunması barədə təkliflər əksini tapıb: "Başlıca tezis ondan ibarətdir ki, eks-prezident statusu o adama verilə bilər ki, o vəzifə səlahiyyətlərini axıra kimi başa çatdırır, yaxud digər səbəblərdən - səhhəti, dünyasını dəyişməsi ilə əlaqədar vəzifəsini axıra kimi icra edə bilmir. Qalan hallarda - vəzifə başında cinayətlər törətməklə, vəzifə səlahiyyətlərini aşmaqla, yaxud başqa hallarda bu status verilə bilməz. Bu, dünya praktikasından irəli gəlir. İstənilən titul istənilən insanın əlindən alına bilir. Eks-prezidentlik statusu da belədir. Prezident vətəninə, millətinə, and içdiyi Konstitusiyaya uyğun olaraq qarşısına qoyulan vəzifələrin hamısını yerinə yetirməlidir. Yerinə yetirmirsə, bu, yalnız səhhəti, istefası ilə bağlı ola bilər".
|
Oxumaq
03.02.10
|
| |
|
|
Daşkəsəndəki hərbi hissəsinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar
|
Zakir Qaralov istintaqın dövlət başçısının gündəlik nəzarətində olduğunu bildirib
"2010-cu il yanvarın 28-də Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə barədə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlət başçısının göstərişinə əsasən, Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar". APA-nın məlumatına görə, bu sözləri "AzərTAc" dövlət agentliyinə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Bakının 5 məktəbində SMS-gündəlik layihəsi tətbiq olunacaq
|
Bakının orta məktəblərində SMS-gündəlik layihəsi tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, əvvəl layihəyə beş pilot məktəb qoşulacaq. Artıq pilot layihəyə qoşulan təhsil müəssisələri də müəyyənləşib. Həmin məktəblər Bağça-Məktəb-Lisey Kompleksi, 5, 62, 204 və 239 nömrəli məktəblərdir. Məktəblərin seçilməsində təhsil müəssisəsində Valideyn-Müəllim Assosiasiyasının (VMA) fəaliyyət göstərməsi də nəzərdə tutulan amil olub. Layihəyə əsasən, şagirdlərin qiymətləri gündəlik olaraq sms vasitəsilə valideynlərinə çatdırılacaq. Lakin bu, məcburi deyil. Valideynlər könüllü olaraq qarşılıqlı müqavilə əsasında layihəyə qoşula biləcəklər. İlkin məlumata görə, xidmət üçün aylıq ödəniş haqqı 5 manat məbləğindədir.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Bolqarıstan-Türkiyə qaz kəməri əks istiqamətdə Azərbaycan qazını nəql edə bilər
|
Bolqarıstan və Türkiyə iki ölkə arasında qaz kəmərini əks istiqamətdə istismarı barədə razılığa gəliblər ki, bu da Balkan ölkəsinə Türkiyə, Azərbaycan və Türkmənistandan qaz almaq imkanı verəcək. Bu barədə APA lenta.ru-ya istinadən məlumat verir. Bolqarıstanın energetika naziri Trayço Traykovun sözlərinə görə, revers reyimi (əks istiqamət) yalnız qaz kəmərinin dayandığı halda tətbiq olunacaq. Qeyd edək ki, hazırda Bolqarıstan təbii qazı Rusiyadan gələn qaz kəməri vasitəsilə alır. Bu kəmərlə alınan qazın bir hissəsi isə Türkiyəyə ötürülür. Onu da qeyd edək ki, "qaz müharibəsi" dövründə, Ukrayna ərazisindən Avropaya qazın ötürülmədiyi iki həftə ərzində Bolqarıstan qaz mənbələrinin diversifikasiyası üçün bir neçə addım atıb. Məhz bundan sonra Azərbaycandan hər il 1 milyard kub/metr qaz alınması barədə müqavilə imzalanıb.
|
Oxumaq
03.02.10
|
| |
|
|
Macarıstan-Azərbaycan biznes forumu keçiriləcək
|
Fevralın 22-23-də Budapeştdə Macarıstan-Azərbaycan Dövlətlərarası Komissiyasının strukturu çərçivəsində biznes forumu keçiriləcək. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, foruma Azərbaycanın iş adamları və sahibkarları dəvət olunublar. Tədbirdə kənd təsərrüfatı və yeyinti sənayesi, təbabət (əczaçılıq preparatları), logistika, turizm, nativ eneryi, toxuculuq məhsulları, tikinti və maliyyə sektorları üzrə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
|
Oxumaq
03.02.10
|
| |
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
|