Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Azərbaycan Türkiyəyə Gürcüstan vasitəsilə elektrik eneryisi ötürəcək
Tezliklə Azərbaycanın Türkiyəyə birbaşa elektrik eneryisi ötürmə imkanı olacaq. Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib. Onun sözlərinə görə, layihəni həyata keçirmək üçün artıq Gürcüstan tərəfi işə başlayıb. nazir qeyd edib ki, artıq Gürcüstan və Türkiyə arasında yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlanılıb: "500 kilovoltluq bu xətt 1000 meqavatlıq elektrik eneryisini ötürmək qabiliyyətinə malik olacaq. Xəttin tikintisi 2012-ci ilin may ayına qədər sona çatacaq. Biz "Azəreneryi" ilə razılaşmışıq ki, 2011-ci ilin axırına kimi Azərbaycan və Gürcüstanı birləşdirəcək yüksək gərginlikli xətt reabilitasiya olunub yenidən tikilsin. Bu xəttin də gücü 500 kilovolt olacaq. Həmin xətt Qardabanidən keçəcək. Bununla Azərbaycanın Türkiyəyə birbaşa elektrik eneryisi ötürmə imkanı olacaq. Bu layihə neft və qazdan sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik eneryisi üzrə üçüncü əhəmiyyətli layihə olacaq".
Oxumaq
04.02.10  
 
Bu il Balaxanı poliqonunda ilk çeşidləyici qurğu istifadəyə veriləcək
Cari ilin sonuna qədər Balaxanı məişət tullantıları poliqonunda ilk çeşidləyici qurğu quraşdırılaraq istifadəyə veriləcək. "APA-Economics"in bildirdiyinə görə, bu barədə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verilib. Z.İbrahimovun sözlərinə görə, gələcəkdə Bakıda və Abşeronda məişət tullantılarının bir neçə toplama və çeşidləmə məntəqəsinin yaradılması planlaşdırılır. Bu məntəqələrdə tullantıların təkrar emal üçün yararlı hissəsi ayrılacaq, qalan hissəsi yandırılma və ya digər üsullarla zərərsizləşdiriləcək.
Səhmdar cəmiyyətinin sədri bildirib ki, Balaxanıda məişət tullantılarının emalı zavodu 2012-ci ilin sonunda istifadəyə veriləcək. Artıq zavodun özülünün tikintisi aparılır.
Oxumaq
04.02.10  
 
"Təmiz Şəhər" ASC-nin internet saytının təqdimatı keçirilib
Dünən "Təmiz Şəhər" ASC-nin rəsmi internet saytının (www.tamizshahar.az) təqdimatı keçirilib. "APA-Economics"in məlumatına görə, təqdimat mərasimində İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, ARDNŞ, Bakı şəhər İcra Hakimiyyəti və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, internet saytın təqdimatını keçirib.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC Azərbaycan prezidentinin sərəncamı ilə 2008-ci ilin avqust ayında təsis edilib. Şəhər tullantılarının müasir standartlara uyğun idarə edilməsi, yerləşdirilməsi və utilizasiyası səhmdar cəmiyyətə həvalə olunub.
Oxumaq
04.02.10  
 
İndoneziya Azərbaycanda səfirlik açacaq
İndoneziya hökuməti Azərbaycan da daxil olmaqla bir neçə ölkədə səfirlik açmaq barədə qərar qəbul edib. Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, İndoneziya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb. Səfirliklərin açılmasında məqsəd İndoneziyanın xarici ölkələrlə əlaqələrinin və əməkdaşlığının inkişaf etdirilməsi, İndoneziya diplomatiyasının fəaliyyətinin genişləndirilməsi, indoneziyalıların hüquqlarının qorunması, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir.
Oxumaq
04.02.10  
 
"Nabukko" layihəsi həddindən artıq siyasiləşdirilir"
İlham Əliyev: "Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik"

Prezident İlham Əliyev yanvarın 27-də Davosda "Bloomberg" informasiya agentliyinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neftin qiyməti barədə nə düşünürsünüz?

- Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət hasilatçıların və istehlakçıların tələbatlarına cavab verir və eyni zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə, kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.

- Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər Siz bundan məmnun olmayacaqsınızmı?

- Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədi ilə əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır.
Oxumaq
03.02.10  
 
AZAL Bakı-Naxçıvan marşrutu ilə aviareyslərin sayını azaldıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dünəndən etibarən Bakı-Naxçıvan marşrutu üzrə sərnişin aviareyslərinin sayını azaldıb. AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, əgər bundan öncə sözügedən marşrut üzrə həftənin hər günü uçuşlar 3 dəfə yerinə yetirilirdisə, artıq fevralın 2-dən etibarən hər gün iki uçuş həyata keçirilir: "Reyslərin azaldılmasının səbəbi sərnişinlərin az olması ilə bağlıdır. Dünəndən Bakıdan Naxçıvana təyyarə hər gün saat 14:20-də və 20:40-da, Naxçıvandan Bakıya isə 16:40-da və 22:50-də uçuşlar yerinə yetirəcək".
Qeyd edək ki, hazırda "Tu-154" avialayneri ilə yerinə yetirilən Bakı-Naxçıvan marşrutuna bir aviabiletin qiyməti 75 manat, 5-12 yaşda uşaqlar, tələbər, həmçinin I və II qrup əlillər üçün isə 65 manat təşkil edir.
Oxumaq
03.02.10  
 
Yeni milli standartlar hazırlanacaq
Nazirlər Kabineti qaz qurğusuna, paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair Azərbaycanın milli standartlarının müəyyən edilməsi barədə qərar qəbul edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabineti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları"na uyğun olaraq, həmin standartlar əsasında ARDNŞ ilə birlikdə qaz qurğusuna dair, "Azərsu" ASC ilə birlikdə paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair müvafiq milli standartların müəyyən olunmuş qaydada hazırlanmasını və qeydiyyata alınmasını təmin etmək tapşırılıb.
Oxumaq
03.02.10  
 
Qaz təchizatı şəbəkəsinin modernləşdirilməsinə 4 mlrd. manat sərmayə yatırılacaq
Azərbaycan daxilində qaz təchizatı şəbəkəsinin tam şəkildə müasirləşdirilməsinə 4 mlrd. manata yaxın investisiya yatırılacaq. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda müzakirə olunan proqram çərçivəsində ölkə ərazisinin 95% qazlaşdırılması və qaz sisteminin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Hazırda proqramın investisiya mənbələri öyrənilir. "Burada ARDNŞ-in imkanları, qazdan yığılan vəsait və s. istifadə oluna bilər" - deyə R.Abdullayev vurğulayıb.
Qeyd edək ki, "Azəriqaz" İB 2009-cu ilin iyul ayının 1-də dövlət başçısının sərəncamı ilə ARDNŞ-in tabeçiliyinə verilmiş "Azəriqaz" QSC-nin bazasında yaradılıb.
Oxumaq
03.02.10  
 
Ötən il torpaq satışı üzrə 749 hərrac və müsabiqə təşkil olunub
Ötən il Azərbaycanda torpaqların satışı üzrə ayrı-ayrı bələdiyyələrdə 749 hərrac və müsabiqə təşkil olunub. "APA-Economics"in xəbərinə görə, bu barədə komitənin sədri Qərib Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il 10 dekabr tarixli 34 nömrəli fərmanla torpaq hərrac və müsabiqələrinin təşkilatçılığı səlahiyyəti tərkibi 5 nəfərdən az olmayan komissiyalara verilibb. Ötən il qısa müddətdə tərkibi bələdiyyə şurası sədrlərindən, ictimaiyyət nümayəndəsindən, yerli icra hakimiyyətlərinin nümayəndəsindən və 2 nəfər komitənin rayon və şəhər şöbələrinin nümayəndəsindən ibarət komissiyalar formalaşdırılıb. Komissiyaların səlahiyyətləri ilə bağlı sənəd nümunələri (formalar) hazırlanaraq təsdiq edilib.
Hesabat dövründə 267 bələdiyyənin mülkiyyətinə aid torpaqların texniki dövlət kadastrı sənədləri hazırlanıb.
Qeyd edək ki, Azərbaycanda torpaq hərraclarının təşkili 2009-cu ilin mart ayından keçirilir.
Oxumaq
03.02.10  
 
"ABŞ təhsilinə ümumi baxış" mövzusunda təqdimat keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cennis Ostin "ABŞ təhsilinə ümumi baxış" mövzusunda təqdimat keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə, komissiyanın əməkdaşları və ekspertləri iştirak ediblər. C.Ostin məruzəsində ABŞ-ın təhsil sistemi, o cümlədən bu ölkədə ali məktəblərin müxtəlif pillələrinə qəbul proseduraları barədə geniş məlumat verib. Onun sözlərinə görə, ABŞ-da 132 mindən artıq ibtidai və orta məktəb, 6500-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2007-ci ildə bu ölkədə 15,6 milyon nəfər bakalavr təhsilinə, 2,3 milyon magistraturaya, 357 min nəfər isə peşə təhsilinə qəbul olunub. Yaxın gələcəkdə qəbul olanların sayının daha da artırılması nəzərdə tutulub.
C.Ostin ABŞ-da abituriyentlərin ali təhsil almaq imkanları, müraciət prosesi, tələbə qəbulu modelləri və seçim proseduraları barədə də ətraflı məlumat verib. Ekspert məruzəsinin sonunda Azərbaycanda çalışdığı müddətdə ali və orta ixtisas məktəblərinə qəbul qaydaları ilə tanış olduğunu və TQDK tərəfindən tətbiq edilən qəbul modelini yüksək qiymətləndirdiyini qeyd edib.
Oxumaq
03.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •