Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
Dmitri Medvedyev MDB dövlət başçılarını qeyri-rəsmi görüşə dəvət edib
Rusiya prezidenti Dmitri Medvedyev MDB dövlət başçılarını Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi münasibətilə keçirilən parada və bu tədbir çərçivəsində qeyri-rəsmi görüşə dəvət edib. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, prezident bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevlə görüş zamanı bildirib.
S.Lebedev isə öz növbəsində artıq qeyd olunan qeyri-rəsmi görüşə hazırlıq işləri ilə bağlı prezidenti məlumatlandırıb. Onun sözlərinə görə, qeyd olunan tədbirlərdən başqa martın 5-də Moskvada iqtisadi forum keçiriləcək. Forumun ilk növbədə Rusiyanın MDB məkanında yeni təşəbbüslərə həsr olunması nəzərdə tutulur. Martın 26-da isə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Oxumaq
05.02.10  
 
Azərbaycan terminlərinə aid portal yaradılıb
Yaxın günlərdə Azərbaycan terminlərinə aid www.azterm.az portalı istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin son iclasında qərar qəbul olunub. Portal AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Terminologiya Komissiyası ilə birgə yaradılıb.
Portalın yaradılmasında əsas məqsəd mövcud terminoloyi lüğətləri ilk dəfə olaraq vahid mərkəzdə toplamaq, şagird, tələbə, müəllim və elmi araşdırmalarla məşğul olanların, müxtəlif peşə sahiblərinin gündəlik işlərində rastlaşdıqları terminlərin izahını asanlıqla tapmasına yardımçı olmaqdır. Hazırda Azərbaycanda elm və texnikanın müxtəlif sahələrinə aid təxminən 600-ə yaxın terminoloyi lüğət mövcuddur. Portalın yaradılması xaricdə yaşayan azərbaycanlılara da Azərbaycan dilinin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcək.
Oxumaq
05.02.10  
 
Prezident Almaniyada işgüzar səfərdədir
Dünən prezident İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə Almaniyaya işgüzar səfərə gəlib. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin "Tegel" hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar. /AzərTAc/
Oxumaq
05.02.10  
 
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan olunub
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5 fevral tarixdən 42 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apelyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır. Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
Oxumaq
05.02.10  
 
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın "A" hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaxın günlərdə I cild oxuculara təqdim ediləcək. "Şərq-Qərb" nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq. 25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cildinə 4281, II cildinə 4000 söz daxil edilib.
Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə "B" hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən "B" hərfinə aid məqalələrin bir qismi tərtib edilib.
Oxumaq
05.02.10  
 
İtaliya parlamentinə Cənubi Qafqaza dair qətnamə çıxarılır
Sənəddə çox mühüm məqamların yer alacağı gözlənilir

Yaxın vaxtlarda İtaliya parlamentində Cənubi Qafqazdakı vəziyyətə dair qətnamə layihəsi müzakirə olunacaq. Bu barədə bu günlərdə parlament nümayəndə heyətinin tərkibində Romada səfərdə olmuş millət vəkili Fuad Muradov məlumat verdi. O qeyd etdi ki, İtaliya parlamentində müzakirəsi olacaq qətnamədə çox mühüm məqamların yer alacağı gözlənilir. Millət vəkilinin sözlərinə görə, təxminən bir il öncə Almaniya Bundestaqı Cənubi Qafqazdakı vəziyyətlə bağlı çox obyektiv bir qətnamə qəbul edib. İlk dəfə bir Avropa ölkəsinin parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyib və bu siyasətin dayandırılmasını tələb edib. Hazırda İtaliya parlamenti ilə də bu istiqamətdə iş aparılır. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı müəyyən məqamlar yer alacaq. "Hesab edirəm ki, yaxın vaxtlarda İtaliya parlamentinin də müəyyən addımlar atdığının şahidi olacağıq" - deyə millət vəkili vurğuladı.
F.Muradov qeyd etdi ki, İtaliya Azərbaycana böyük diqqət yetirir. Məhz bunun nəticəsidir ki, bu yaxınlarda İtaliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb. Hələlik dostluq qrupunun rəhbəri seçilməyib. Amma bu postda İtaliya Senatının Avropa məsələləri üzrə komitəsinin sədri xanım Rossana Boldinin rəhbərlik edəcəyi gözlənilir.
Oxumaq
04.02.10  
 
Qətərdəki səfirimiz bu ölkənin turizm idarəsinin rəhbəri ilə görüşüb
Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov bu ölkənin turizm idarəsinin rəhbəri Əhməd Nəimi ilə görüşüb. APA-nın "Əl-Raya" qəzetinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf yolları müzakirə olunub. E.Səlimov Ə.Nəimini aprel ayında Bakıda keçiriləcək 9-cu beynəlxalq turizm sərgisinə dəvət edib.
Oxumaq
04.02.10  
 
Əflatun Amaşov "reket" qəzetlərə xəbərdarlıq edib
"Son günlər Mətbuat Şurasının açıqladığı "qara siyahı"larda yer alan bəzi qəzetlər məhkəmələrə üz tutur. Əksəriyyətinin iddiasında yüksək məbləğdə pul təzminatı və adlarının "qara siyahı"dan çıxarılması tələbi yer alır. Mətbuat Şurasının iş prinsipləri, məqsəd və məramları cəmiyyətə kifayət qədər yaxşı bəlli olduğundan məhkəmələrin ədalətli qərar çıxaracağına inanıram". Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. O, "qara siyahı"dakı bəzi nəşrlərin MŞ-ni məhkəməyə verməklə yanaşı, şuranın İdarə Heyəti üzvlərinə qarşı kampaniyaya başladıqlarını da bildirib: "Onlar İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Bizi hədələyənlər, məhkəmədə iddia qaldıranlar, demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinsiplərini qoruyurlarmış kimi imitasiya edənlər, bu yolla həqiqi simalarını pərdələməyə çalışanlar da, köhnə şakərlərini yeni adla qeydiyyatdan keçirdikləri qəzetlərdə davam etdirənlər də var.
Oxumaq
04.02.10  
 
Erməni konyaklarının etiketləri kəsilərək götürülüb
"Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisində Qarabağ ərazisi "Artsax" adı altında göstərilib

Almaniyanda keçirilən ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2010" sərgisində ermənilər etiketində Qarabağın Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyakları nümayiş etdirməyə çalışıblar. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, 1926-cı ildən başlayaraq hər il Berlin şəhərində keçirilən sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş etdirilir. Növbəti sərgi isə yanvarın 15-dən 24-ə qədər davam edib. Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan da 3-cü dəfə iştirak edib. Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və 10-dan çox şirkətin nümayəndələri təmsil edib.
Oxumaq
04.02.10  
 
491 əcnəbi barəsində ölkəni tərk etmə qərarı qəbul edilib
Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa və s. ilə bağlı 4690 müraciət daxil olub. DMX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, müraciətlərin hər biri ayrı-ayrılıqda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
Oxumaq
04.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •