Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin sayı 42 nəfərə çatıb
ABŞ Konqresinin üzvü Mayk MakMahon Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen MakMahon Palatanın xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin üzvüdür. O, həmçinin Palatanın Nəqliyyat və infrastruktur Komitəsinin də üzvüdür. Konqresmen MakMahonun İşçi Qrupuna qoşulması ilə birlikdə Qrupun üzvlərinin sayı yenidən 42-ə çatıb. Xatırladaq ki, cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar qrup üzvlərinin sayı 41-ə enmişdi.
Oxumaq
09.02.10  
 
Bakı aeroportu fəaliyyətini tam bərpa edib
Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib. Hava limanından "APA-Economics"ə verilən məlumata görə, ötən həftənin sonunda paytaxtda güclü qarın yağması ilə əlaqədar Bakı aeroportu müvəqqəti bağlanıb, bir çox beynəlxalq aviareys təxirə salınıb. Həmçinin, xaricə uçan təyyarələr marşrutdan kənarlaşaraq digər ölkələrdə məcburi eniş həyata keçirib, Bakıya gələn təyyarələrin əksəriyyəti isə Gəncə aeroportunda enib. "Hazırda havanın bir qədər sabitləşməsi aeroportun fəaliyyətini tam bərpa olunmasına imkan yaradıb. Belə ki, bütün təxirə salınmış aviareyslər yerinə yetirilib və hazırda bütün marşrutlar üzrə reyslər qrafik üzrə həyata keçirilir" - deyə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Oxumaq
09.02.10  
 
Azərbaycanın palçıq vulkanları finalçıların siyahısına düşüb
Azərbaycanın palçıq vulkanları "Təbiətin 7 Yeni Möcüzəsi" ümumdünya müsabiqəsində finalçıların siyahısına düşüb. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata görə, Azərbaycanın palçıq vulkanları ilə yanaşı, bu siyahıya Polşanın Mazuraları da (göllər diyarı) salınıb.
Ən yaxşı yeddilik uğrunda seçim 2011-ci ilin ortalarına qədər davam edəcək.
Oxumaq
09.02.10  
 
Azərbaycanı "Eurovision-2010"-da təmsil etmək iddiasında olan finalçılar xəstəxanaya aparılıb
Azərbaycanı bu ilin mayında "Eurovision-2010" müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və "Milk&Kisses" qrupu kəskin hava şəraiti ilə əlaqədar dünən Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub. APA-nın məlumatına görə, fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib.
Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər.
Oxumaq
09.02.10  
 
Azərbaycan və Hindistanın əczaçılıq şirkətlərinin görüşü keçirilir
Hindistanın əczaçılıq şirkətlərini təmsil edən 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, fevralın 8-də Azərbaycan və Hindistan əczaçılıq şirkətlərinin və Səhiyyə Nazirliyi rəsmilərinin iştirakı ilə seminar və alıcı-satıcı görüşü keçirilib.
Hindistanın Azərbaycandakı səfiri Debnat Şou bildirib ki, ölkəsində istehsal olunan dərmanlar uzun illərdir Azərbaycanda satılır, onların həm qiyməti münasibdir, həm də etibarlıdır. O, əczaçılıq sənayesinin Azərbaycanın qeyri-neft sektorunda mühüm sahələrdən biri olduğunu deyib. Diplomat deyib ki, bu görüşü keçirməkdə məqsəd bu sahədə Hindistan-Azərbaycan əməkdaşlığını genişləndirməkdir.
Oxumaq
09.02.10  
 
Baş Prokurorluq Daşkəsəndəki hadisə ilə bağlı kompleks profilaktik tədbirlər həyata keçirir
Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissəsində baş vermiş və 6 hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Bu barədə Respublika Baş Prokurorluğunda keçirilən kollegiya iclasında qeyd olunub. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, ötən il əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayı azalıb. Cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilib. Bildirilib ki, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub.
Oxumaq
09.02.10  
 
Amerikalı diplomat Qarabağ danışıqlarının başa çatmaqda olduğu barədə fikirləri bölüşməyib
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır. APA-nın "Armenia Today" saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin 1-ci müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini deyən C.Steynberq bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır: "Minsk prosesi də effektlidir və bu yolu davam etdirmək daha düzgün olardı. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir". C.Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb:
Oxumaq
09.02.10  
 
İşğalçılarla əlaqə yaradanların Azərbaycanda fəaliyyəti qadağan olunmalıdır
Virtual dünyada Azərbaycan əleyhinə təbliğat aparanlar da üzə çıxarılmalıdır

Məlum olduğu kimi, parlamentin yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mübariz Qurbanlı işğal olunmuş ərazilərlə bağlı Milli Məclis tərəfindən ayrıca qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış edib. Bu təklif digər millət vəkilləri tərəfindən də dəstəklənir. Bitərəf millət vəkili Qənirə Paşayeva da hesab edir ki, bu qanun mütləq qəbul olunmalıdır. Onun sözlərinə görə, M.Qurbanlının təklifi çox müsbətdir və zamanında səsləndirilib. "Müharibə vəziyyətində olan bir ölkə kimi Azərbaycanda belə bir qanunun qəbuluna çox böyük zərurət var. Odur ki, gecikmədən bu qanun layihəsinin hazırlanaraq, parlament müzakirələrinə çıxarılması və qəbul edilməsi lazımdır" - deyə millət vəkili sözlərinə əlavə edib.
Yeri gəlmişkən, təxminən ilyarım öncə Q.Paşayevanın özü buna bənzər bir təkliflə çıxış etmişdi. Daha doğrusu, işğal olunmuş ərazilərimizdə separatçı-terrorçu reyimlə işbirliyi quran xarici şirkətlərlə, bu ərazilərə qanunsuz səfər edənlərlə, eləcə də digər məqamları özündə ehtiva edən məsələlərlə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifini irəli sürmüşdü. Q.Paşayevanın bildirdiyinə görə, o, yenə də öz təklifində qalır:
Oxumaq
05.02.10  
 
Miqrasiya İdarəsində ölkədə qeydiyyatsız yaşayan 30-a yaxın əcnəbi saxlanılır
Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsində Azərbaycan ərazisində qeydiyyatsız yaşamaqda təqsirli bilinən 30-a yaxın əcnəbi vətəndaş saxlanılır. Bu barədə APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. DİN-nin Miqrasiya İdarəsində olduğunu bildirən komitə sədri orada saxlanılan şəxslərin əksəriyyətinin Əfqanıstan vətəndaşı olduğunu bildirib. Hazırda həmin şəxslərin öz ölkələrinə deportasiya edilməsi istiqamətində tədbirlər görülür.
E.Behbudov, həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində olduğunu, ölkədə insan alveri qurbanlarının vəziyyəti ilə bağlı araşdırma apardığını qeyd edib. Bu gün Azərbaycanda yüngül həyat tərzi keçirən qadınların əksəriyyətinin ağır xəstəlik daşıyıcısı olduğunu bildirən E.Behbudov həmin qadınların məcburi müalicəyə cəlb edilməsi üçün səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayacağını söyləyib.
Oxumaq
05.02.10  
 
Xəzər dənizi akvatoriyasında seysmik aktivlik artıb
21 rəqəmsal və 14 analoq seysmik stansiya şəbəkəsi ilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Respublika Seysmoloyi Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AMEA Rəyasət Heyətinin 2009-cu ilin nəticələrinə həsr olunmuş hesabat iclasında məlumat verib. O deyib ki, bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib.
Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmış seysmik eneryinin miqdarı düşüb. 2009-cu ildə Azərbaycan ərazisində dərinliyi 10 km olan 130, 10-20 km olan 262, 20-30 km olan 130, 30-40 km olan 82, 40-51 və 46-50 km olan 44 zəlzələ qeydə alınıb.
Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə, Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb.
Oxumaq
05.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •