Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
Xocalı soyqırımının 18-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezident Administrasiyasından APA-ya verilən məlumata görə, tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulur.
Oxumaq
10.02.10  
 
Baş konsul "Los Angeles Times" qəzetinə etiraz məktubu göndərib
Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov "Los Angeles Times" qəzetinin Dağlıq Qarabağı Ermənistana aid etməsi ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Məktubda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu göstərilib və belə halların yolverilməz olduğu qeyd edilib.
Xatırladaq ki, qəzet səyahət və sərgüzəşt sərgisi keçirməyi planlaşdırır. Şouda Ermənistan və Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağ birlikdə təmsil olunacaq. Ermənistan və Dağlıq Qarabağın turizm şirkətləri dekabrın 13-də təşkil olunacaq səyahət şousunda "Ermənistana xoş gəlmisiniz" köşkünü sərgi zalında yerləşdirəcəklər.
Oxumaq
10.02.10  
 
Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcək
Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcək. "Azər-Çex" Cəmiyyətindən APA-ya verilən məlumata görə, şəhərin ali rəhbər orqanlarının bununla bağlı verdiyi qərarı "Azər-Çex" Cəmiyyətinə Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima təqdim edib. Qərarın digər bir bəndində Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşması nəzərdə tutulur. Cəmiyyətin sədri Elşən Nəzərovun APA-ya verdiyi məlumata görə, bu təşəbbüsü ilk dəfə "Azər-Çex" Cəmiyyəti 2007-ci ildə qaldırıb və bu müddətdə Lidiçe şəhər rəhbərliyi ilə mütəmadi əməkdaşlıq edib.
Qeyd edək ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, yerli əhali terrora məruz qalıb. Xocalı və Lidiçe faciəsi bir-birinə oxşar olduğuna görə, 2007-ci il fevralın 27-də Lidiçedə Xocalı soyqırımından bəhs edən və 3 ay davam edən sərgi təşkil olunub.
Oxumaq
10.02.10  
 
ABŞ-ın Azərbaycanla münasiblərindəki prioritetlər dəyişməyib
"Vaşinqton Dağlıq Qarabağ münaqişəsi və Rusiya-Gürcüstan münasibətlərində yaşanan gərginlik də daxil olmaqla, regional problemlərlə dərindən məşğul olur". Bunu APA-nın Vaşinqton müxbirinə açıqlamasında Nikson Mərkəzinin icraçı direktoru Pol Saunders deyib. O, ABŞ-ın Azərbaycana olan marağına diqqət çəkərək iki ölkə münasiblərindəki prioritetlərin dəyişilmədiyinə əminliyini vurğulayıb: "ABŞ Əfqanıstan və İraq kimi daha problemli məsələlərə daha çox diqqət yetirir. Bu isə elə təəssürat yaradır ki, Birləşmiş Ştatlar digər bölgələrə lazımi qayğı göstərmir. Qətiyyən belə deyil".
Oxumaq
10.02.10  
 
ABŞ-ın Xəzər regionundakı siyasəti Vaşinqtonda müzakirə olunacaq
Azərbaycan da daxil olmaqla, ABŞ-ın Xəzər dənizi bölgəsindəki siyasəti Vaşinqtonda müzakirə olunacaq.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ-ın bir sıra tanınmış ekspertləri, habelə Xəzər bölgəsi ilə əlaqəsi olan keçmiş rəsmi şəxslər bir araya gələrək, ABŞ-ın Xəzər dənizi bölgəsindəki prioritetləri və cari məsələləri müzakirə edəcəklər.
Müzakirələr fevralın 11-də Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar fakültəsində təşkil olunacaq.
Tədbirdə Haifa Universiteti Siyasi Elmlər Fakültəsinin professoru Brenda Şaffer, ABŞ-ın Avropa Birliyindəki keçmiş səfiri Y.Boyden Qrey, Atlantik Şura yanında Avrasiya Eneryi Mərkəzinin direktor köməkçisi Aleksandros Petersen və Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru, tədqiqatçı Svante Kornel iştirak edəcəklər.
Oxumaq
10.02.10  
 
Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiqlənib
Prezident İlham Əliyev Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, fərmanda göstərilib ki, Nazirlər Kabinetinə Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Oxumaq
10.02.10  
 
Nazir əktəblərdə meyvə satışı ideyasını dəstəklədi
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məktəblərdə meyvə satışı ilə bağlı ideyasını dəstəkləyirəm. Məktəb yaşlı uşaqların təzə meyvə yeməsinə böyük ehtiyac var". APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov yurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, ideya yaxşı olsa da, bundan düzgün nəticə çıxarılmalıdır: "Əgər bu məsələdən düzgün nəticə çıxarılacaqsa, onu dəstəkləyirəm. Amma elə etmək lazım deyil ki, buna görə də haradasa pul yığsınlar".
Oxumaq
10.02.10  
 
Əhməd Davudoğlu ABŞ və Ermənistana mesaj verdi
"24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən protokolları təsdiqləyəcəyimizi gözləməsinlər"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsinə kəskin etirazını bildirib. APA-nın "Hürriyet" qəzetinə istinadən yaydığı məlumata görə, Ə.Davudoğlu ermənilərin saxta "soyqırımı"nın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılmasının təsadüf olmadığını deyib.
Münhendən qayıdarkən təyyarədə media mənsublarına açıqlama verən nazirin fikrincə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Sery Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırımı" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb. Ə.Davudoğlu narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırdığını söyləyib: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi.
Oxumaq
09.02.10  
 
Prezident Əlibaba Məmmədova "İstiqlal" ordenini təqdim edib
Dünən prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini təqdim edib. Prezident İlham Əliyev muğam ustadına müraciətlə deyib:
- Mən sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illərdir ki, öz sənətinizlə Azərbaycanın milli musiqisini təbliğ edirsiniz, ifaçılıq ustalığınızla Azərbaycan xalqını sevindirirsiniz. Azərbaycanın sərvəti olan muğam sənətini uzun illər ərzində qoruyursunuz, inkişaf etdirirsiniz, gənc nəsli bu gözəl sənətə cəlb edirsiniz. Bütün bu işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə yüksək qiymətləndirib. Bildiyiniz kimi, mən də bu gözəl yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu gün özüm bu ordeni sizə təqdim edim.
Oxumaq
09.02.10  
 
Oqtay Əsədov fevralın 20-22-də İranda rəsmi səfərdə olacaq
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Respublikasında rəsmi səfərdə olacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər zamanı O. Əsədov İran prezidenti Mahmud Əhmədineyad, bu ölkə parlamentinin sədri Əli Laricani və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə İran-Azərbaycan münasibətlərinin hazırkı durumu, gələcək inkişaf perspektivləri, iki ölkənin qanunverici orqanlarının əlaqələri müzakirə ediləcək.
Oxumaq
09.02.10  
 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •