Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
Elin Süleymanov Kaliforniya Universitetində çıxış edib
Yanvarın 26-da Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov Kaliforniya Universitetində "Azadlığa aparan yol və qanlı yanvar" mövzusunda çıxış edib. Konsulluqdan APA-ya verilən xəbərə görə, çıxış zamanı E. Süleymanov 20 yanvar olayı və bu hadisədən öncə Moskvanın Azərbaycanla bağlı sərt mövqeyi barədə iştirakçıları məlumatlandırıb. O, yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinin təməlinin qoyulmasında mühüm rol oynadığını vurğulayıb. Baş konsul SSRİ rəhbərliyinin Azərbaycana qarşı zorakılıq siyasətinin məhz Moskvanın özünə qarşı çevrildiyini və sonda SSRİ-nin parçalanmasına səbəb olduğunu qeyd edib.
Qeyd edək ki, tədbir Kaliforniya Universitetinin Yaxın Şərq Araşdırmalar Mərkəzinin dəstəyi ilə təşkil olunub. Tədbirdə müəllim və tələbələr iştirak edib.
Oxumaq
28.01.10  
 
İran və Ermənistanın xarici işlər nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər
İrəvanda Ermənistan və İran xarici işlər nazirlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, Ermənistan-İran hökumətlərarası komissiyasının 9-cu iclası çərçivəsində keçirilən görüşdə tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional xarakterli məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesləri ətrafında da fikir mübadiləsi aparıblar. İranın xarici işlər naziri Manuçöhr Mottəki Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlik səyləri alqışladığını bildirib. XİN başçısı erməni həmkarını İranın nüvə proqramı sahəsində görülən son işlərlə də tanış edib.
Oxumaq
28.01.10  
 
Ermənistan faktaraşdırıcı missiyaların işğal olunmuş ərazilərə səfərinə əngəl törədi
"YUNESKO və Avropa Şurasının faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə gözlənilən səfəri hələ danışıqlar səviyyəsindədir". APA-nın məlumatına görə, bu açıqlamanı yurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir qeyd edib ki, uzun müddətdir nəzərdə tutulan bu səfərlərin gecikməsinə səbəb qonşu tərəfin törətdiyi əngəllərdir: "Biz YUNESKO və Avropa Şurasının faktaraşdırıcı missiyasının gəlməsi ilə bağlı uzun müddətdir danışıqlar aparırıq. Bu danışıqlar bu gün də davam edir. Amma bu səfər mütləq hər iki tərəfin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. Maddi irsin vəziyyətinin təyin edilməsi, missiyanın hansı tərəfdən gəlməsi və nə zaman gələcəyi ikitərəfli razılaşdırma əsasında reallaşmalıdır. Bilirsiniz ki, qonşu tərəf daim buna əngəllər törədir. Biz isə Azərbaycan tərəfi olaraq bu səfərə açığıq". Ə.Qarayev deyib ki, bu səfərlərin həyata keçirilməsi üçün xüsusi şərtlər var: "Biz tələb olunan şərtlərə riayət edirik. Lakin qarşı tərəf hər zaman əngəl törədir. "İndi olmasın, sabah olsun" deyə-deyə bu işi uzadırlar. Sözsüz ki, bu cür hallar həm YUNESKO, həm Avropa Şurasının faktaraşdırıcı missiyasının gəlməsini kifayət qədər çətinləşdirir".
Oxumaq
28.01.10  
 
Suraxanıda qəbiristanlıq dağıdılıb
Bakının Suraxanı rayonu ərazisində qəbiristanlıqlardan birində məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Ötən gün Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda 20-25 məzarın baş daşı naməlum şəxslər tərəfindən dağıdılaraq sındırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.
Hadisənin düşmənçilik, yaxud xuliqanlıq zəminində baş verməsinə gəlincə, prokurorluqdan bununla əlaqədar hələlik dəqiq məlumat olmadığını bildiriblər.
Oxumaq
28.01.10  
 
Tikintidə baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı artıb
Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatla əlaqəli 250 hadisənin təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 69 nəfər ölüb və 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 270 nəfərə "İZ" formalı (istehsalat zədəsi) aktın verilməsi təmin edilib, 17 nəfərə isə qaydaların tələblərinə müvafiq olaraq müxtəlif səbəblərdən "İZ" aktı verilməyib. "APA-Economics"in məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hesabat ilində tikinti sektorunda 65 hadisə baş verib və bu hadisələr zamanı xəsarət alanların sayı 48 nəfər, ölənlərin sayı isə 2008-ci ilin yekunları ilə müqayisədə 6,7% artaraq 32 nəfər olub.
Oxumaq
28.01.10  
 
"Elmlər Akademiyası" stansiyasında ikinci çıxışın inşası bərpa olunacaq
Bu il Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında ikinci çıxışın inşası layihəsinin icrası bərpa olunacaq. Bu barədə "APA-Economics"ə Bakı Metropolitenindən məlumat verilib.
Stansiyanın ikici çıxışında işlərin bərpası məqsədi ilə dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulur. Vəsait ayrılarsa, işlərə artıq bu ilin II rübündə başlanması planlaşdırılır.
İkinci çıxış Bakı Dövlət Universitetinin qarşısında açılacaq.
Qeyd edək ki, bu il eyni zamanda "Elmlər Akademiyası" stansiyasında eskalatorların yenilənəcəyi gözlənilir.
Oxumaq
28.01.10  
 
Silahlı münaqişələrdə mədəni dəyərlərin qorunması müzakirə edilib
Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə "Silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunmasına" həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, tədbirdə 6 ölkənin eksperti iştirak edir. Nazir deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycana məxsus 25 musiqi məktəbi, 4 rəsm qalereyası, 40 minə qədər muzey eksponatları məhv edilib. Nazir bildirib ki, Dəyirmi masa iştirakçılara öz ideyalarını və silahlı münaqişə şəraitində mədəni dəyərlərin qorunması haqqında 1954-cü ilin Haaqa Konvensiyasının və iki Əlavə Protokolun implementiyasiyası zamanı topladıqları təcrübəni bölüşməyə imkan yaradır: "Müqavilələr bildirir ki, silahlı münaqişələr zamanı mədəni dəyərlər heç bir düşmən münasibətə məruz qalmamalı və onların dağıdılmasına, onlara zərər vurmasına gətirib çıxara biləcək məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycan 1954-cü ilin Haaqa Konvensiyasına və I protokola 1993-cü ildə, II protokola isə 2000-ci ildə qoşulub".
Oxumaq
28.01.10  
 
Şəhərdən kənarda neft-kimya kompleksi yaradılacaq
ARDNŞ ekoloyi layihələrə 50 milyon manatdan çox vəsait ayıracaq

Dünən ARDNŞ-nin ekologiya üzrə viste-prezidenti Muxtar Babayev "İnterfaks-Azərbaycan" agentliyinin ofisində mətbuat konfransı keçirdi. 2010-cu ildə ekologiya sahəsində prioritetləri elan edən şirkətin vitse-prezidenti bura tullantıların sıfır səviyyəyədək azaldılması, lay sularının, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, atmosferə atılan tullantıların azaldılması, Bakı buxtasının təmizlənməsi, ekoloyi parkların yaradılması, ekoloyi monitorinqlərin və tədqiqatların aparılmasının daxil edildiyini bildirdi. M.Babayev vurğuladı ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin Ekologiya ili elan olunub. Bu səbəbdən də ekologiya sahəsində çalışan bütün qurumların, o cümlədən Dövlət Neft Şirkətinin qarşısında böyük vəzifələr durur: "2009-cu ildə ARDNŞ-nin bütün müəssisələrində müvafiq ekoloyi layihələr keçirilib. Bu layihələrlə yanaşı, yeni avadanlıqların tətbiq olunması, tullantıların azalması üçün müvafiq tədbirlər görülüb. Bizim əsas problemimiz olan lay sularının utilizasiyası ilə bağlı böyük proqram hazırlanıb. Bu proqramla bağlı bir neçə neftqazçıxarma idarəsinin ərazilərində tədbirlər görülüb. Bu işlər üçün artıq layihələr hazırlanıb, müvafiq maliyyə vəsaiti də ayrılıb. Neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində də ayrıca işlər görülüb.
Oxumaq
27.01.10  
 
Millət vəkili Avropa Şurası Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva AŞ PA-nın qış sessiyasının ilk iclas günündə AŞ Nazirlər Komitəsinin sədri, İsveçrənin xarici işlər naziri, xanım Mişelin Kalmi-Reyə suallarla müraciət edib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının məlumatına görə, G.Hacıyeva bildirib ki, 2009-cu il dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib: "Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından didərgin düşmüş 700 mindən artıq məcburi köçkün seçki hüququndan məhrum olduğu üçün bu prosesdə iştirak edə bilməyib. Bununla bağlı Avropa Şurası yenəmi uğursuz fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna istinad edəcək? Məgər azərbaycanlı qaçqınların probleminin həlli istiqamətində Avropa Şurası özünün qəbul etdiyi qətnamələrinin yerinə yetirilməsi üçün cəsarət nümayiş etdirə bilməzmi?"
Oxumaq
27.01.10  
 
ABŞ-da nəşr olunan "Birlik" jurnalının növbəti buraxılışı Azərbaycana həsr olunub
ABŞ-da nəşr olunan türkdilli xalqlar haqqında ilk yurnal olan "Birlik" yurnalı növbəti buraxılışını Azərbaycana həsr edib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, yurnalın əsas qış buraxılışı yanvarın 25-də Berkli Universitetinin Türk Tələbələr Assosiasiyasının dəstəyi ilə nəşr olunub.
Yeni 50 səhifəlik yurnalda turizm, gəzməli yerlər, iqtisadiyyat, siyasi vəziyyət, inkişaf perspektivləri haqqında məlumat verilib, həmçinin dünya şöhrətli alim, Berkli Universitetinin professoru Lütfi Zadə ilə müsahibə dərc olunub.
"Birlik" yurnalının üz qabığı Şərqi Türküstanda uyğurların insan haqları məsələsinə həsr olunub. Jurnalın qış buraxılışı "Pax Turcica" təşəbbüsü çərçivəsində dərc olunan ilk əsas nəşrdir. Burada Azərbaycanın Los-Angelesdəki baş konsulu Elin Süleymanovla müsahibə, türk xalqlarını təmsil edən alimlərin, ekspert və tələbələrin məqalələri dərc olunub.
Oxumaq
27.01.10  
 
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •