|
“Əsas məqsəd içməli suyun keyfiyyətini daimi nəzarətdə saxlamaqdır”
|
Əhməd Məmmədov: “Bakı və Abşeron yarımadasına yönəldilən vəsaitlər burada kifayət qədər su ehtiyatının yaradılmasına imkan verəcək”
Son illər Azərbaycanın sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Bu inkişafda infrastrukturun, o cümlədən su təchizatı və kanalizasiya sektorunun xüsusi payı var. Azərbaycanın maliyyə imkanlarının ilbəil artması paytaxt Bakıda, eləcə də bölgələrdə mühüm layihələrinin reallaşdırılmasına imkan yaradır. Ölkə rəhbərliyinin yeritdiyi uğurlu sosial siyasət nəticəsində əhalinin keyfiyyətli su ilə fasiləsiz təminatının yaxşılaşdırılması, eləcə də kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə bağlı mühüm layihələr reallaşdırılır.
|
Oxumaq
22.02.12
|
| |
|
|
Siyasətşünaslıq elminə dəyərli töhfə
|
Fuad Babayevin yenicə çapdan çıxmış monoqrafiyası haqqında
Yeni müstəqillik qazanmış ölkə üçün ən aktual məsələlərdən biri cəmiyyətdə vətəndaş inteqrasiyası problemidir. Xüsusilə də Azərbaycan kimi, ictimai-iqtisadi formasiya dəyişikliyi yaşayan, ərazi bütövlüyü təhdid altında olan, avtoritarizmdən demokratik siyasi sistemə keçid edən bir ölkə üçün bu, olduqca vacib məsələdir. Müstəqilliyinin ilk illərində Azərbaycan cəmiyyətində vətəndaşların cəmiyyətə inteqrasiyası xeyli dərəcədə problematik məqamlarla yadda qalmışdır. Təbii ki, bunun müəyyən səbəbləri vardır ki, onlar həm obyektiv, həm də subyektiv amillərlə izah edilə bilər.
|
Oxumaq
21.02.12
|
| |
|
|
50 milyonun dili
|
Azərbaycan xalqının milli varlığının ifadəsi olan ana dilinin rəsmi istifadəsi İran rejimi tərəfindən hələ də yasaqlanır
Beynəlxalq Ana Dili Günü YUNESCO-nun himayəsi altında hər il fevral ayında qeyd edilir. Bu təşəbbüs dünyada mövcud olan bütün dil və mədəniyyətlərə hörmət və onların istifadə olunmasının təşviqinə yönəlib. Beynəlxalq Ana Dili Günü 1999-cu ildə YUNESCO Baş Konfransının 30-cu sessiyasında təsis olunub. Doğma dillərin qorunması üçün YUNESCO bu dillərdən məktəb təhsilində rəsmi dillərlə yanaşı istifadə olunmasını tövsiyə edir.
|
Oxumaq
18.02.12
|
| |
|
|
“Sivilizasiya” jurnalının ilk sayı işıq üzü görmüşdür
|
|
Azərbaycan dövrü mətbuatının cərgəsinə bir nəşr də əlavə olunub. Bakı Avrasiya Universitetinin “Sivilizasiya” adlı elmi-nəzəri, praktik jurnalının ilk sayı çapdan çıxıb. Redaksiya heyəti ölkəmizin görkəmli tarixçi alim və filosoflarından tərtib olunan yeni dərginin əsas məramı dünya sivilizasiyalarının inkişaf qanunauyğunluqları, Azərbaycanın ədəbi, fəlsəfi fikrinin bəşər mədəniyyəti ilə qarşılıqlı əlaqələri, müasir qloballaşma şəraitində etnos və xalqların milli-mənəvi, əxlaqi dəyərlərinin üzləşdiyi problemlər və s. barədə oxuculara geniş məlumat verməkdir.
|
Oxumaq
17.02.12
|
| |
|
|
“Azərbaycanda pensiya yaşının dəyişdirilməsi gözlənilmir”
|
DSMF-nin sədr müavini: “Demoqrafik göstəricilərin pensiya sisteminə təsirinin qiymətləndirilməsi pensiya yaşının artırılması kimi başa düşülməməlidir”
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyevin “APA-ECONOMICS”ə müsahibəsini təqdim edirik.
|
Oxumaq
17.02.12
|
| |
|
|
|
|
Dünyanın eşitmədiyi haray
|
Xocalı soyqırımı haqqında daha nələri bilirik? Soyqırımda İslam faktoru əsas amil olubmu? Niyə bir ermənini öldürdüyünə görə Ramil Səfərov zabit kimi ömürlük həbs edilib, bəs Xocalıda yüzlərlə azərbaycanlını qətlə yetirən erməni və rus zabitləri niyə azadlıqda gəzirlər?
|
Oxumaq
14.02.12
|
| |
|
|
Faciəmizin 20 ili
|
XX əsr bir çox gözəl illər kimi yaddaşımıza həkk olundusa da, faciəli, fəlakətli illərini də yaşatmalı oldu bizlərə. 1992 – c il 26 fevral – Xocalı façiəsi buna canlı misaldır.
Erməni separatçıları keçmiş SSRİ – nin Xankəndində yerləşən 366 – cı motoatıçı alayının iştirakı ilə ağlasığmaz bir façiə törətdilər. Onlar Xocalı şəhərini yerlə yeksan etdilər. Bu faciədə 613 nəfər şəhid, 487 nəfər şikəst və əlil oldular.Qətlə yetrilnərdən 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə yaşlı insanlar idi.
|
Oxumaq
14.02.12
|
| |
|
|
Xalqımızın mənəvi pasportu
|
Vatikanın məxfi arxivindən Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna daxil olan sənədlər tədqiq olunur
Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva keçən ilin sonlarında İtaliyada səfərdə olarkən kardinal Can-Franko Ravasi ilə görüşündə iki ölkə arasında, o cümlədən mədəniyyət sahəsində mövcud olan güclü əlaqələr müzakirə olunub. Kardinal Vatikan kitabxanasında qədim Quran əlyazmaları da daxil olmaqla, 40-dan artıq Azərbaycan əlyazmasının bərpası ilə bağlı işlərin davam etdirildiyini bildirib.
|
Oxumaq
11.02.12
|
| |
|
|
Vatikanın məxfi arxivindən Azərbaycana gətirilən sənədlərin tərcüməsinə başlanılıb
|
|
Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcək. İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılıb: “Bu sənədlər XV-XVI əsrlərə, Səfəvilər dövlətinə aiddir. Tərcümə xeyli vaxt aparacaq. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməsinə ehtiyac var”.
|
Oxumaq
10.02.12
|
| |
|
|
|