|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
Tariximizin ən faciəli səhifəsi - Mart soyqırımı
|
Daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.
|
Oxumaq
28.03.12
|
| |
|
|
Novruz tonqalı hər yerdə qalansın!
|
|
Yurdumuza bahar gəlir. Bahar könüllərə bahar gətirir. Havalar mülayimləşdikcə gül-çiçəklər yarpaqlayır, ləçək tökür. Göz oxşayan, könül xoşlayan zərif yarpaqlı, incə saplaqlı Novruzgülü qar altından baş qaldırır. Tər bənövşələr, yasəmənlər də baharla oyanır, ətir saçır. Zirvədəki qayaların damcı-damcı, gilə-gilə buzu əriyib torpağa qarışır. Qara torpaq sinə dolusu nəfəs aldıqca sanki qoca dünyamız cavanlaşır.
|
Oxumaq
20.03.12
|
| |
|
|
Xocalı faciəsi rəssam Nazim Məmmədovun tablolarında
|
|
"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür."
|
Oxumaq
16.03.12
|
| |
|
|
|
|
Şabranda imza günü
|
Martın 10-da Şabran şəhər kitab evində yazıçı-dramaturq Elçin Hüseynbəylinin imza günü keçirilib.
«Yolayrıcında qaçış» romanı ilə şabranlıların görüşünə gələn Elçin Hüseynbəyli rayon ictimaiyyətinin nümayəndələrilə görüşüb. Tədbirdə rayon rəhbərliyi, orta məktəb müəllimləri, Şabaran Ədəbi Məclsinin üzvləri iştirak ediblər.
|
Oxumaq
15.03.12
|
| |
|
|
Ekoloji terror
|
Sülh danışıqlarının uzanması Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror siyasətinin aktivləşməsinə səbəb olur
Azərbaycanın sürətli iqtisadi inkişafını zəiflətmək, bu sahədə baş verən artımları və yüksəlməkdə olan göstəriciləri dayandırmaq üçün, Ermənistan Hökuməti, işğal altında saxladığı Azərbaycan ərazilərində son 20 ildə çox ciddi şəkildə Azərbaycanın həyatı üçün zəruri olan yeraltı və yerustu sərvətləri qarət edərək Ermənistana daşıyır, eləcədə Azərbaycan iqtisadiyyatını iflic etmək üçün ciddi tədbirlər həyata keçirir.
|
Oxumaq
15.03.12
|
| |
|
|
Yolunu gözləyirik
|
|
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi Azərbaycan kəndlərinin, şəhərlərinin dağıdılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu müddət ərzində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib, 1 milyondan artıq adam öz el-obasından, yurd-yuvasından didərgin salınıb, 18 mindən çox həmvətənimiz həlak olub, 20 mindən çox insan yaralanıb, 50 mindən çoxu isə əlil olub.
|
Oxumaq
15.03.12
|
| |
|
|
İnkişaf rəqəmlərin dili ilə
|
Nərimanov rayonunu inkişafını ötən il də uğurla davam etdirilib
2011-ci ildə ölkə iqtisadiyyatının uğurlu inkişafı davam etmişdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ xüsusilə qeyd edilmişdir. Ötən il ərzində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapmış, qəbul edilmiş bütün proqramlar uğurla icra edilmişdir. Əlamətdar hal ondan ibarətdir ki, əvvəlki illərdə görülmüş işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı davam etmişdir. Belə ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır.
|
Oxumaq
15.03.12
|
| |
|
|
Yazıçının ilk romanı
|
|
İstər təbiətdə, istər ictimai həyatda elə hadisələr, elə vaqiələr olur ki, onlar yaddaşlarda üzün zaman yaşayır, hafizələrə iz salır, şüurlara hakim kəsilirlər. İncəsənətin, ədəbiyyatın da belə hadisələri, belə vaqiələri var. Mötəbər ədəbi məclislər, təntənəli yubileylər, başqa tədbirlər – mədəni həyatın əlamətdar mərhələləridir. Amma sənətin, ədəbiyyatın ən mühüm hadisəsi – böyük təsir gücünə malik yeni bədii əsərin yaranmasıdır. Belə əsərlər, şübhəsiz, hər gün, ya günaşırı yaramır, odur ki, onların dünyaya gəlməsini xüsusi qeyd etməyə dəyər. «Azərbaycan» jurnalının bu ilin dördüncü nömrəsində Yusif Səmədoğlunun «Qətl günü» adlı romanı dərc olunmuşdur. Mən bu romanı ədəbi hadisə hesab edirəm.
|
Oxumaq
14.03.12
|
| |
|
|
«Avtovaz»ın brendinə qadağa nə ilə nəticələnəcək?
|
Qadağanın qoyulması «Xəzər-Lada»nın biznes planının yerinə yetirilməyəcəyi, böyük maliyyə sanksiyalarına məruz qalacağı deməkdir
Qadağa tətbiq olunacağı halda müqavilə şərtlərinə əsasən ilin sonunadək qalmış 4000 avtomobilin idxalı mümkün olmayacaq. Qadağanın qoyulması «Xəzər-Lada»nın biznes planının yerinə yetirilməyəcəyi, böyük maliyyə sanksiyalarına məruz qalacağı deməkdir. 2011-ci ilin yekununa görə, «Xəzər - Lada» ASC 15 milyon ABŞ dolları həcmində ƏDV, aksiz, gəlir vergisi ödəyib. Qadağa ilə əlaqədar bu vergi ödəməli həcmində böyük miqdarda azalma olacaq. Məcburuq ki, böyük bir qrup işçiləri ixtisara salaq. Bu, 400-500 insanın iş yerini itirməsi demək olacaq.
|
Oxumaq
13.03.12
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
|