Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
İqtisadi kapitaldan intellekt kapitalına
İqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub

Müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığı inkişaf etdirən Azərbaycanda hazırda qabaqcıl dünya ölkələri ilə ayrı-ayrı sahələrdə inteqrasiya prosesləri geniş vüsət alıb. Ölkənin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər ölkədə bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri edib.
Oxumaq
07.07.11  
 
Qədim mədəni irs
Qobustanın unikal qayaüstü rəsmiləri mədəni irsimizi zənginləşdirən nümunələrdir

Qobustan qoruğu dünyada açıq səma altında yerləşən ən iri tarixi-bədii qoruqdur. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması dövlətin daim diqqət və marağındadır.
Oxumaq
06.07.11  
 
Qədim yaşayış məskəni
Tarixi və memarlıq abidələrimizin qorunması dövlətin diqqət mərkəzindədir

Abidələr tarixin daş yaddaşıdır. Hər bir daş abidə mənsub olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsidir. Daş yaddaşımızı nə dərəcədə qoruya, gələcək nəsillərə ötürə biliriksə, bir o qədər tariximizin zənginliyinə və dəqiqliyinə zəmanət veririk. Azərbaycan dövləti tarixi və memarlıq abidələrimizin qorunmasına böyük diqqət və qayğı göstərir. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər tarixi abidəsi isə dövlətin xüsusi diqqətindədir.
Oxumaq
02.07.11  
 
Tarixi saxtakarlıqlara son!
Ölkəmizin tarixini araşdırıb gənc nəslə çatdırmaq milli və dövlət maraqlarımızın özəyini təşkil edir

Bu il Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 20 ili tamam olur. Hər bir xalqın tarixində bu, ən əlamətdar hadisə kimi qeyd olunur. Qeyd etməliyik ki. müstəqilliyimizin tarixi 20 il olsa da, dövlətçilik ənənələrimizin tarixi minilliklərə gedib çıxır. Ölkə rəhbərliyi də həyata keçirdiyi dövlət proqramlarında dövlətçilik tariximizin öyrənilməsi qarşıya əsas məqsəd kimi qoyulub.
Oxumaq
01.07.11  
 
Mənəvi sərvətimiz
El arasında deyirlər ki, «Əshabi-Kəhf»i yeddi il dalbadal ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir

Naxçıvanda ən müqəddəs  yerlərdən sayılan «Əshabi-Kəhf»ə inam olduqca güclüdür. Hər il bura on minlərlə  insan ziyarətə gəlir. «Əsahabi-Kəhf» tarixilik, dini inancların zənginliyi baxımından diqqəti cəlb edir.
«Əshabi-Kəhf» Naxçıvan ərazisində ən müqəddəs dağdır.  Naxçıvan şəhərinin şərq tərəfində, keçmiş Haçaparaq kəndi yaxınlığında yerləşir. Müqəddəslik buradakı mağara və onunla bağlı rəvayətlərlə əlaqədardır.
Mağaranın müqəddəsliyi xalq arasında  yayılan və bir sıra qaynaqlarda əksini tapan rəvayətlə bağlıdır.
Oxumaq
25.06.11  
 
Əbədi odlar şəhəri
Bakının 30 kilometrliyində yerləşən od məbədi olan "Atəşgah" tarix boyu bura səfər edənlərin diqqətini cəlb edib

Qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilən od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilib.
Oxumaq
18.06.11  
 
Səhralaşmaya qarşı mübarizə 2020-ci ilədək davam edəcək
Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də bu problem son dərəcə aktualdır

Bu gün qlobal ekoloji və sosial - iqtisadi problemə çevrilən səhralaşma Yer kürəsində quru ərazinin 25 faizini əhatə edir. Hazırda 110 ölkədə torpaqlar deqradasiya təhlükəsi qarşısındadır. Hər il səhralaşma üzündən 12 milyon hektar torpaq sıradan çıxır. Bu, Bolqarıstanın ərazisinə bərabərdir. 1994-cü ildə problemə diqqət çəkən BMT-nin Baş Assambleyası tərəfindən 17 iyun - “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” kimi elan olunub. Həmin ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.
Oxumaq
17.06.11  
 
Mirzə Şəfinin orijinal əsərlərinə dair yeni tapıntılar
Görkəmli şair və mütəfəkkirin ədəbi irsi bütün dövrlərdə ədəbi-mədəni ictimaiyyətin diqqət mərkəzində olub

Görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin anadan olmasından 217 il keçir. XIX əsrin ortalarından başlayaraq Avropada, həmçinin dünyanın bir sıra başqa ölkələrində istedadlı lirika ustası, müdrik hikmətlər və aforizmlər müəllifi kimi tanınan Mirzə Şəfi Vazehin yaradıcılıq yolu maraqlı və qiymətli səhifələrlə zəngindir. Görkəmli şair və mütəfəkkirin ədəbi irsi bütün dövrlərdə ədəbi-mədəni ictimaiyyətin diqqət mərkəzində olsa da, bu sahədə məxsusi olaraq dərin və ciddi axtarışlar aparılmayıb.
Oxumaq
15.06.11  
 
Yerüstü su ehtiyatları
Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri müxtəlif təbii vilayətlərdə qeyri-bərabər paylanılıb

Azərbaycanın təbii sərvətləri sırasına yerüstü suları da daxildir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s. təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Ümumiyyətlə, ölkə ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Oxumaq
14.06.11  
 
Ekoloji və estetik əhəmiyyətli təbiət kompleksləri - milli parklar
Hazırda milli parklar ölkə ərazisinin 3,6 faizini təşkil edir

Bu gün bütün biomüxtəlifliyin qorunmasında Milli Parkların rolu yüksəkdir. Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaranmasından əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq nazirlik tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb.
Oxumaq
11.06.11  
 
Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •