|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
|
Dədə palıdın kölgəsi
|
|
Elə suallar var ki, ona vaxtında cavab tapmaq lazımdı. Ömrün hansısa vədəsində ayılıb görürsən ki, dünyanın artıq müxtəlif variasiyalarda cavablandırdığı suallar sənin üçün hələ də tapmaca olaraq qalıb. Belə suallar bizdə lap çoxdu, xirtdəyə qədər. Məsələn, elə son vaxtların qızğın müzakirə mövzularından biridi – ziyalı necə olmalıdır? Ya da ki, demokratik cəmiyyət barədə söhbət gedəndə uzun illərin partiya sədri beqafıl qayıdır ki, «demokratiya deyəndə nəyi nəzərdə tutursan?» və s. Mən İsi Məlikzadədən yazıram, amma belə təsəvvürüm var ki, mütləq ənənəvi suallarsız ötüşməyəcəyik. Mütləq soruşan tapılacaq «kimdi e İsi Məlikzadə?»
|
Oxumaq
04.02.12
|
| |
|
|
Rafiq Tağı, üç mirzəyə salam deyərsən
|
|
Üç ay əvvəl Rafiq Tağı ilə dərdləşmişdim. Yazmışdım ki, çoxdandı dərdləşməyə adam axtarırdım səni tapdım. Dərdlərimizi sıraya düzmüşdüm, birinci yerdə də Vətən dərdi gəlmişdi. Dərdi sağaltmaq üçün Vətəni dəyişmək, hisdən-pasdan təmizləmək, gözəlləşdirmək lazımdır. Rafiq Tağı deyirdi ki, bunu sevərək, ürək yanğısı ilə, təkamüllə etmək olar. «İnqilabçılıq quldurluq formasıdır, yarımçıqlıq təzahürüdür» deyirdi, çoxları bu fikrinə görə onu təkləmək istəyirdi. Belə məqamda yazı yazdım, qahmar çıxdım. Keşkə ona bıçaq vurulanda da yanında olaydım…
|
Oxumaq
26.11.11
|
| |
|
|
Yeni hədəflərimiz
|
|
Müstəqilliyinin 20-ci ilini yaşayan Azərbaycanın bu illər ərzində keçdiyi yola nəzər saldıqda onu bir neçə mərhələyə bölmək olar: yeni əldə edilmiş müstəqilliyin qorunması və dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin verdiyi üstünlüklərdən yararlanıb, milli həmrəyliyə və inkişafa nail olunması, ölkənin sosial-iqtisadi rifahını yüksəltmək və dünyada layiq olduğu yerə gətirib çıxarmaq. Şərti olaraq böldüyümüz hər bir mərhələnin öz xüsusiyyətləri, problemləri və itkiləri olmuşdur. Müstəqil dövlət kimi ayaqda durmağın çətinliklərini dəf edən Azərbaycan artıq inkişafının yeni bir mərhələsinə qədəm qoymaqdadır.
|
Oxumaq
26.10.11
|
| |
|
|
Elşad Abdullayev, rüşvətdən danış, rüşvətdən
|
|
Heç belə yazı yazmaq istəmirdim. Bu mövzuya həsr elədiyim vaxta təəssüflənsəm də, şərəflə şərəfsizliyin, ləyaqətlə ləyaqətsizliyin arasındakı gözlə görünməyən, amma dərin-dibsiz uçuruma oxşayan sərhədi cızıb əyani təsəvvür eləmək üçün yazmamaq mümkün də deyildi. İnsanların mənəviyyatını korlayan, xüsusən bizim kimi keçid dövrünü adlamaq istəyən insanların başının üstünü kəsdirib özünə qul edən rüşvət və ondan qaynaqlanan mənəvi deqradasiya haqqında o qədər yazmışıq ki. Bu yazı da olsun onlardan biri.
|
Oxumaq
04.10.11
|
| |
|
|
“Freedom House” – kirayəyə götürülmüş «Azadlıq Evi»
|
|
Nə üçün son bir neçə ayda Azərbaycana münasibətdə insan haqları məsələsi bu qədər qabardılmaqdadır? Özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxslərin, həmçinin onların xaricdəki dəstək qruplarının açıqlamaları ilə tanış olduqda adamda qəribə təəssürat yaranır. Sanki biz başqa-başqa reallıqlarda, paralel dünyalarda yaşayırıq. Elə bil Əfqanıstanda, İraqda insanların kütləvi şəkildə hüquqlarının pozulmasını, qətlə yetirilməsini, işgəncələrə məruz qalmasını ancaq biz görürük. Liviyada başına bombalar yağdırılan, nə üçün başlandığı bilinməyən müharibənin hər gün əzib məhv elədiyi balaca uşaqlar, qadınlar, dinc sakinlər insan deyilmi görəsən? Londonda aksiya keçirmək istəyənlərin kütləvi həbsi də, sən demə, sərbəst toplaşmaq azadlığının pozulması deyilmiş! Dövlət Departamentində işdən çıxarıldıqdan sonra “Freedom House” adlı təşkilatda reabilitasiya keçən Devid Kramerin son açıqlamaları bir daha təsdiqləyir ki, dünyada baş verənləri ancaq biz görürük. Cənab Kramerin gözləri isə ancaq Azərbaycana dikilib.
|
Oxumaq
19.08.11
|
| |
|
|
Akif Aşırlının kitabı
|
|
Türkiyəyə atüstü istirahətə gedəndə neyləyəcəyimi bilmirdim. Ancaq həftə sonları dost-tanışla çay içməyi və imkan olsa doyunca yatmağı istirahət kimi başa düşənlər yəqin məni anlayarlar. Özümlə çoxdandı gözaltı elədiyim, hələ bir vərəqini belə qatlamadığım təzə yazıçıların bir xeyli kitabını götürmüşdüm. Elə bil, Antalyaya yox, Axundov kitabxanasının oxu zalına gedirdim. Belə vaxtlarda kitab oxumaq mütaliə ehtiyacından daha çox istirahət vərdişinin olmamasını ört-basdır eləmək üçün işə yarayır. Amma onların içərisindən yalnız birini tam oxuyub başa çatdıra bildim, bəzilərini hətta dilimi dişimə tutub, oxumaq istəsəm də alınmadı. Əslində çoxunu heç oxumağa dəyməzmiş, elə bir-iki vərəq aşıran kimi sanki kitab özü dilə gəlib deyir ki, «sən Allah qatla qoy qırağa məni»...
|
Oxumaq
06.08.11
|
| |
|
|
20 ildə biz ortaya heç bir kadr qoya bilməmişikmi?
|
|
Yazının sərlövhəsində yer alan fikri parlamentin mayın 17-də keçirilən iclasında deputat Siyavuş Novruzov səsləndirib. Söhbət büdcə təşkilatında çalışan vətəndaşların 65 yaşa çatdıqdan sonra təqaüdə göndərilməsi ilə bağlı Milli Məclisdə gedən müzakirələrdən gedir. Yazıya uzun-uzadı giriş vermək fikrində deyiləm, bu elə mövzudur ki, əlində ali təhsil haqqında diplomu iş axtarmaq istəyən gəncdən tutmuş, dövlət müəssisəsinin hansısa şöbəsində, Akademiya və ya universitetlərin künc-bucaqlarında illərdir perspektiv gözləyərək ömrünü xərcləyən hər kəsi düşündürür. Məsələni təkcə yetişməkdə və qocalmaqda olan cavan kadrların irəli çəkilməsi ilə çərçivələmək onun aktuallığı bir qədər azaldır, söhbət artıq çoxdan buxova çevrilmiş bürokratiyanın bel sütununun - heydən düşmüş bir təbəqənin əvəzlənməsindən gedir.
|
Oxumaq
19.05.11
|
| |
|
|
Kimlər kimi küçəyə çağırır?
|
|
Son bir neçə gündə sosial şəbəkələrdə adları indiyə qədər heç kimə məlum olmayan və ya şərti adlar altında gizlənən şəxslər çağırışlar edir, radikal ovqatlı şüarlar səsləndirirlər. Onlar virtual məkanın imkanlardan sui-istifadə edərək bütün istifadəçilərin ünvanlarına dəvətlər yollayaraq tanımadıqları həmin şəxsləri də antiazərbaycan təbliğatının həlqəsinə çevirmək istəyirlər. Yaratdıqları süni qruplar da normal diskussiya məkanından daha çox, sanki bir neçə adamın müxtəlif adlar altında monoloqundan qabağa getmir. Sanki eyni boyda, eyni biçimdə, eyni dağıdıcı ovqatda olan insanlar özləri deyib, özləri də eşidir, özləri söyüb, özləri də ləzzət alırlar.
|
Oxumaq
11.03.11
|
| |
|
|
Yarımçıq diplomatın uydurmaları…
|
Gücünü ortaq tariximizdən və mili-mənəvi dəyərlərimizdən alan Azərbaycan-Türkiyə münasibətləri zaman-zaman çox qüvvələri narahat edib.
Onlar qardaş xalqlar arasında əlaqələri korlamaq məqsədi ilə çox ssenari işləyib hazırlayıblar. Həmin dairələrin erməni məkrinə xidmət edən sonuncu planları sərhəd açılımı ilə bağlı idi, ölkə rəsmiləri yaradılmış gərginliyi aradan qaldırmaq üçün çox səy göstərməli oldular. Ancaq hələ demək olmaz ki, Qərbin əslində türk dünyasını parçalamaq niyyəti ilə ortaya atdığı Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüsü tam gündəmdən çıxıb. Əksinə, tərəflər daha ciddi təxribatlara hələ bundan sonra da hazır olmalıdırlar.
|
Oxumaq
18.12.10
|
| |
|
|
“WikiLeaks” müəmmasına dair 7 sual
|
|
“WikiLeaks” saytının yaydığı məlumatlar artıq dünyanın gündəmində ön sırada yer alan xəbərlər cərgəsindədir. Müxtəlif versiyalar irəli sürülür, ekspertlərin rəngarəng şərhləri eşidilməkdədir. Amma bütün bunlar qaranlıqda qalan çoxsaylı sualın cavabı demək deyil. Açıqlanmış sənədlərin təhlili birmənalı olmayan nəticələr çıxarmağa əsas verir:
|
Oxumaq
02.12.10
|
| |
|
|
|
|
|