|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
Ermənipərəst siyasətin iflası
|
Aprelin 22-də Ermənistan prezidentinin Serj Sarkisyanın Sürix protokollarının ratifikasiya prosedurunu birtərəfli şəkildə dayandırması istər Amerikanın, istərsə də Avropa Birliyinin regiona yönələn siyasətin fiaskosu kimi qiymətləndirilə bilər. Proseslərin indiki durumundan birmənalı nəticələr çıxarmaq mümkündür:
1. Sarkisyan bu addımını ölkəsinin «milli maraqlarının tələbi» ilə izah edib. Nədir Ermənistanın mili maraqları? Buna aydınlıq gətirmək üçün Ermənistan prezidentinin Amerikada nüvə samitində iştirakına və bundan sonra etdiyi diplomatik gedişlərə nəzər salmaq kifayət edər.
|
Oxumaq
24.04.10
|
| |
|
|
Amerikanı ifşa edən suallar
|
|
«Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir. Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeni nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?!» - Azərbaycan prezidentinin səsləndirdiyi bu suallar hər bir ölkə vətəndaşının ürəyindən xəbər verdi. Bu sualların yönəldiyi ünvan da məlumdur.
|
Oxumaq
16.04.10
|
| |
|
|
Qırğız yolu
|
|
Qırğızıstan – indi dünyanın diqqəti bu keçmiş sovet respublikasında gedən qarmaqarışıq proseslərə yönəlib. Heç kim baş verənlərə birmənalı qiymət verə bilməz. Burada həm inqilab, həm çevriliş, həm də xarici müdaxilə faktorları o qədər üst-üstə düşür ki, hadisələrin gedişinin ölkədə vətəndaş müharibəsinə çevriləcəyi, insan itkilərinin sayının daha da artacağı qorxusu yaranır. Ölkənin siyasi münasibətlərə yön verən barışmaz tayfa və klanları arasında kompromis əldə olunmasa, Qırğızıstan tədricən Əfqanıstana çevrilə bilər.
|
Oxumaq
10.04.10
|
| |
|
|
Bloq: jurnalistika, yoxsa imitasiya?
|
|
Dünyaya inteqrasiya həyatımızın bütün sferalarına təsirsiz ötüşmür. Mənfi və ya müsbət çalarlarından asılı olmayaraq, bu, qarşısıalınmaz və başadüşülən prosesdir. Azərbaycan cəmiyyətinin müasir dünyanın çağırışlarına cavab verəcək qədər dinamik olduğunu göstərmək üçün çoxlu sayda nümunə sadalamaq mümkündür. Ölkəmizdə internetin genişlənən imkanları, şəbəkə texnologiyalarının tətbiqi sahəsində MDB-də lider mövqeyimiz, son dövrlər mobil rabitənin ağlagəlməz şəkildə yayılması, elm müəssisələrində nanotexnologiyaların tətbiqi problemlərinin öyrənilməsinə başlanılması və s. Bütün bunlar Azərbaycan cəmiyyətinin dünyanın yeni dəyərlərini mənimsəməkdə maraqlı olduğunu və bu prosesə öz töhfəsini verəcəyinin göstəriciləridir.
|
Oxumaq
07.04.10
|
| |
|
|
Azərbaycan amili
|
“Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır. Avropa və Asiya arasında dinamik geosiyasi bölgədə yerləşən, Rusiya və İranla əhatə olunan Azərbaycan müsəlman əhalinin üstünlük təşkil etdiyi dünyəvi ölkədir, həm də min ildən çox xristianların və yəhudilərin evi olub». ABŞ konqresmenlərinin prezident Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktubunda belə deyilir. «Azərbaycan Birləşmiş Ştatların çox mühüm tərəfdaşıdır və Qafqazda sülhü, stabilliyi dəstəkləmək üçün böyük gücdür». Bunu isə ABŞ dövlət katibinin birinci müavini Ceyms Stainberq söyləyib.
|
Oxumaq
01.04.10
|
| |
|
|
Dövlət Departamentinin mötəbər mənbələri kimdir?..
|
|
Okeanın o tayından türk dünyasına yönələn qərəz kampaniyasına yeni detallar əlavə olunub. Erməni lobbisinin könlünü oxşamaq üçün Amerika Konqresində düzənlənən biabırçı şounun ardınca qarayaxma kampaniyasına Dövlət Departamenti də qoşuldu.
|
Oxumaq
17.03.10
|
| |
|
|
Ermənilərin qızıl dövrü
|
|
Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsində zavallı görkəmi alan ermənilər doğrudanmı soyqırımına məruz qalıblar? Onlara əsrlər boyu sığındıqları Osmanlıda münasibət necə olub? Anadoluda alovlanan erməni üsyanlarının, kilsənin də bulaşdığı çoxsaylı terror təşkilatları şəbəkəsinin hədəfində nə dayanırdı? Tarixçilərin araşdırmalı olduğu bu sualların cavabını baş nazir Ərdoğanın təbirincə desək, «xəritədə Ermənistanın yerini göstərə bilməyən» 23 konqresmen yox, tarixçilər verməlidir. Türkiyə Cümhuriyyəti dəfələrlə bəyan edib ki, Osmanlı arxivləri müvafiq mənbələri öyrənmək istəyən bütün araşdırmaçıların üzünə açıqdır.
|
Oxumaq
09.03.10
|
| |
|
|
4 «T» prinsipi…
|
|
Okeanın o tayından türk dünyasına qarşı edilən haqsızlıqdan, daha dəqiq desək, xəyanətdən yazmamaq mümkündürmü? Damarında türk qanı axan və hətta obyektivlik hissini itirməyən istənilən şəxs belə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dünən qəbul edilən qərardan hiddətlənməyə bilməzdi. Bu dünyanın ikili standartları, etiraf edilməsə də, demokratiya və sairə şirmalar altında pərdələnən xristian həmrəyliyini sübut etmək üçün nə qədər fakt var…
|
Oxumaq
06.03.10
|
| |
|
|
Nə üçün BMT-nin qərarları icra olunmur?!
|
|
Azərbaycan öz haqq səsini – torpaqlarının işğalını, soyqırımına məruz qalmasını, milyondan çox vətəndaşının öz doğma yurd-yuvasında məcburi köçkünə çevrilməsini dəfələrlə bəyan edir. Dünyanın ədalətsizliyinə, ikili standartlarına, çoxüzlü siyasi riyakarlıqlarına baxmayaraq, bizim səsimiz heç vaxt kəsilməyəcək. Müasir dünyamızın yeni düzəninə yön verən, beynəlxalq münasibətlərin güc balansını tənzimləyən qüvvələr bu savaşda Azərbaycanın haqlı olduğunu yaxşı anlayırlar, bəzən özlərini eşitməzliyə vursalar da, işğalçının əsl adını deməkdən müxtəlif diplomatik gedişlərlə yayınsalar da, həqiqəti çox gözəl bilirlər.
|
Oxumaq
03.03.10
|
| |
|
|
Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq
|
|
«Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarixi həqiqət və beynəlxalq hüquq normaları sübut edir. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaqdır. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaqdır». Azərbaycan prezidenti dəfələrlə səsləndirdiyi bu bəyanatı fevralın 23-də Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yeni yaşayış binalarının açılışı mərasimində bir daha xatırlatdı.
|
Oxumaq
25.02.10
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 » #
|
|