|
|
|
Milanda 8 qol
|
ilito poker, Mikkoli het-trik etdi
İtaliya çempionatında XXI turun oyunları keçirilib. Turun gözlənilməz hesabı Milanda yerli “İnter”lə “Palermo” arasındakı görüşdə qeydə alınıb. Qapılara 8 topun vurulduğu qarşılaşmada meydan sahiblərində Milito poker edib, qonaq komandadan isə Mikkoli het-trikə imza atıb.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Misir stadionunda faciə
|
73 nəfər öldü, 100 nəfər yaralandı
Misir futbolunda inanılmaz hadisə yaşanıb. Ölkənin Port Said şəhərində keçirilən "Əl Masri" - "Əl Əhli" matçından sonra yaşanan insident zamanı ən azı 74 nəfərin öldüyü, 300 nəfərin isə ağır yaralandığı bildirilir. Uzun illərdir aralarında düşmənçilik olan bu iki komandanın qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn meydan sahiblərinin azarkeşlərinin stadiona axışması ilə başlayan insidentdə ölümlərin çoxunun boğularaq və ya başa alınan zərbələrlə yaşandığı öyrənilib. Britaniyanın "BBC" kanalı isə azarkeşlərin əksəriyyətinin üzərində bıçaq olduğunu açıqlayıb. Stadionun təhlükəsizlik xidməti də baş verənlərin qarşısını almaqda çətinlik çəkib.
|
Oxumaq
03.02.12
|
| |
|
|
“Neftçi” III yer uğrunda “Terek”lə qarşılaşacaq
|
|
Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qrup mərhələsinin oyunlarına yekun vurulub. Mübarizə apardığı qrupda ikinci yeri tutmuş "Neftçi", digər qrupun ikincisi, Rusiyanın "Terek" komandası ilə qarşılaşacaq. 3-cü yer uğrunda oyun fevralın 3-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
|
Oxumaq
03.02.12
|
| |
|
|
“Rəvan” nokdaun vəziyyətində
|
Amil Ağacanovun transferini həll edə bilməyən klub qapçısız qalıb
“Çox təəssüf ki, Amil Ağacanovun komandamıza keçidi alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib. Bir neçə gün öncə 2 hücumçu ilə anlaşan paytaxt təmsilçisi qapıçı problemini də yoluna qoymağa hazırlaşırdı. Belə ki, mövsümün əvvəlində Artur Kotenko ilə anlaşan debütant sonradan estoniyalı qapıçıdan imtina etdi. Çünki ölkəsinin yığmasına da çağırılan Kotenko ilk turlarda buraxdığı səhvlərlə yadda qaldı. O, 4 oyunda qapısından 6 top buraxdı.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Terrinin məhkəmə işi start götürüb
|
Çelsi"nin kapitanı irqçi təhqirdə günahlandırılır
Fevralın 1-də Con Terrinin məhkəmə işi start götürüb. Xatırladaq ki, "Çelsi"nin kapitanı İngiltərə Premyer Liqasının "Kuinz Park Reyncers"lə matçında rəqib müdafiəçi Anton Ferdinandı irqçi təhqir etməkdə suçlanır. Terri özü məhkəməyə gəlməsə də, vəkilləri vasitəsiylə izahatını çatdırıb. Vəkillər izahatı oxuduqda, Conun bütün ittihamları rədd etdiyi məlum olub.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Tiflis "Dinamo"su Aleks Qarsiya ilə yolları ayılıb
|
|
Tiflis "Dinamo"sunun rəhbərliyi Aleks Qarsiya ilə yolları ayılıb. Gürcüstan futbolunun flaqmanını 2011-ci ilin iyunundan çalışdıran ispan mütəxəssis ölkə çempionatındakı qeyri-qənaətbəxş nəticələr üzündən iş yerini itirib. Komanda hazırda 18 oyundan sonra 3-cü yeri tutur və lider "Zestafoni"dən 9 xal geri qalır. Tiflislilər artıq pireneyliyə xələf tapıb: komandanın əvəzedicilərinə başçılıq edən Georgi Devdariani baş məşqçi postuna təyinat alıb. Maraq üçün onun eyni zamanda martda Avropa çempionatının elit mərhələsində mübarizəyə başlayacaq ölkə yeniyetmələr (U-19) yığmasını çalışdıracağını da qeyd edək.
|
Oxumaq
03.02.12
|
| |
|
|
|
|
İspaniya futbolu ilə bağlı sensasiyalı xəbər
|
Primerada çıxış edən bir çox futbolçuların mafioz strukturlarla əlaqəsinin olduğu bildirilir
İspaniyanın hüquq-mühafizə orqanlarından yerli KİV-ə sensasion məlumat sızıb. Bu ölkə çempionatında çıxış edən bir çox futbolçuların mafioz strukturlarla əlaqəsinin olduğu bildirilir.
|
Oxumaq
02.02.12
|
| |
|
|
"Çelsi" iki yeniyetmə futbolçunu transfer edib
|
"Çelsi" rəhbərliyi qış "transfer pəncərəsi"nin son günlərində iki yeniyetmə futbolçunu transfer etməklə diqqət çəkib. Kevin de Bryunenin londonluların sıralarına qoşulacağı gözlənilirdi. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi "Genk"i tərk edərək yeni klubuyla 5,5 illik sözləşmə imzalayıb. Amma o, yeni komandasına yalnız mövsüm başa çatandan sonra qoşulacaq. Qeyd edək ki, Kevin ötən il ÇL-in qrup mərhələsində "Çelsi"yə qarşı hər iki matçda meydana çıxmış və londonluların seleksiyaçılarının diqqətini cəlb etmişdi. "Zadəganlar"ın transferini həll etdiyi digər futbolçu Patrik Bemforddur. "Nottingem Forest"in 18 yaşlı hücumçusu hələlik londonluların gənclərdən ibarət komandasında top qovacaq. Yeni klubunun ona görə 1,5 milyon funt sterlinq xərcə düşdüyü bildirilir.
|
Oxumaq
02.02.12
|
| |
|
|
|