Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 95 96 97 98 99 100 101 102 103 » #
“Beşiktaş”ın yeni transferi iddialı danışdı
“İstedadın varsa, mütləq oynayacaqsan”

Mövsüm başa çatan kimi "Beşiktaş"ın ilk transferlərindən biri Egemən Korkmaz oldu. Ümumiyyətlə, 29 yaşlı müdafiəçi Türkiyədə çox tanınmış futbolçulardandır.  O,  son mövsüm "Trabzonspor" müdafiəsinin dirəyi hesab olunurdu. Hazırda Türkiyə yığmasının heyətində olan Egemən jurnalistlərə maraqlı açıqlamalar verib. O, sözünə belə başlayıb: "Karyerama 1999-cu ildə başlamışam. Bir il sonra "Kartalspor"la ilk peşəkar müqaviləmi imzaladım. Həmin komandada kimlər yox idi ki... Volkan Dəmirəl, müdafiədə Sərvət Çətin. İndi hər ikisi mənim kimi yığmanın oyunçusudur.
Oxumaq
02.06.11  
 
“Qalatasaray” 5 futboçu ilə yollarını ayırır
Yeni oyunçuların alınması üçün danışıqlar da davam edir

Yeni mövsümə çox ciddi hazırlaşan "Qalatasaray"da artıq komandanı tərk edəcək futbolçular məlumdur. Hələ ki, Ylohan Elmander və Səlcuk İnanın transferini bitirən "Cim-Bom" nə az, nə çox düz 5 futbolçuyla yollarını ayırmaq qərarına gəlib. Bu haqda "Aslan"ın futbol şöbəsinin rəhbəri Bülənt Tulum xəbər verib. Beləliklə, komandayla müqaviləsi başa çatan Lukas Neyl, Hari Kyuell və Barış Özbək yeni mövsüm "Qalatasaray"da olmayacaq. İstanbulda icarə əsasında çıxış edən Federiko İnsua isə "Liverpul"a geri göndəriləcək. Qapıçı Robinson Zapataya gəlincə, onun birillik şərti müqaviləsindən istifadə edilməyəcək. Yəni Zapatanın müqaviləsi ləğv ediləcək.
Oxumaq
02.06.11  
 
“Gəncə” adını dəyişir
Klub növbəti mövsüm “Kəpəz” adını daşıyacaq
Oxumaq
01.06.11  
 
FİFA prezidenti jurnalistlərlə dalaşdı
FİFA prezidenti Yozef Blatter Sürixdə keçirdiyi mətbuat konfransında xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb. Öncə birdən-birə 2 sual verən jurnalistdən hansı suala cavab verməli olduğunu soruşan Blatter ardından Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının rəhbəri Cek Uornerin onun ünvanına səsləndirdiyi ittihamlara şərh verməyib.
Oxumaq
01.06.11  
 
Pastore satılacaq
Onu “Malaqa”nın ərəb sahibi gözaltı edib

Nəhayət, Mauritsio Zamparini Xavyer Pastore ilə bağlı əvvəlki açıqlamalarından 180 dərəcə fərqlənən bəyanat verib: o, bu futbolçunun tezliklə "Palermo"nu tərk edə biləcəyini dilə gətirib.
Oxumaq
01.06.11  
 
Benites İngiltərə klublarından təklif gözləyir
O, “Atletiko”dan aldığı təklifi geri çevirib

Rafael Benites yenidən İngiltərə futbolunda çalışmaq istədiyini elə-belə bəyan etmirmiş. İspaniyanın bir sıra klublarının maraq dairəsinə düşən təcrübəli çalışdırıcı "Atletiko"dan aldığı təklifi geri çevirib. Ötən mövsümün gedişində "İnter"dən qovulan Benitesin bu qərarına Liverpulda yaşamaq istəyən həyat yoldaşının inadkarlığı da təsir edib. Don Rafael indi İngitərə klublarından təklif gözləyir. "Atletiko" bossları isə ondan əlini üzəndən sonra Xoakin Kaparros, Qreqorio Mansano və Luis Enrikenin namizədliyini götür-qoy etməkdədi. Baş məşqçi problemi Kike Sançes Floresin mövsümün sonunda iş yerini tərk etmək qərarı üzündən ortaya çıxıb.
Oxumaq
01.06.11  
 
Bosniya və Hersoqovina bağışlandı
UEFA-nın fövqəladə vəziyyətlər üzrə işçi qrupu Bosniya və Herseqovina Futbol Federasiyasına (BHFF) kəsilən cəzanı ləğv edib. Buna BHFF rəhbərliyinin FİFA və UEFA-nın tələbini yerinə yetirməsi şərait yaradıb.
Xəbər verdiyimiz kimi, BHFF-nin rəhbər strukturlarında beynəlxalq futbol təşkilatlarının nizamnamələrinə zidd olan vəziyyət yaranmışdı. Buna görə də FİFA və UEFA təxminən iki ay əvvəl BHFF-ni müvəqqəti sıralarından kənarlaşdırmışdı. Bu balkanlıların klub və yığma komandalarının beynəlxalq futbol qurumlarının bayrağı altında keçirilən turnirlərdən kənarda qalması demək idi. Amma BHFF rəhbərliyi mayın 26-da keçirdiyi son toplantısında milli futbol qurumunun yeni nizamnaməsini qəbul edib. Xatırladaq ki, balkanlılara kəsilən cəza aprelin 1-dən qüvvəyə minmişdi.
Oxumaq
01.06.11  
 
Koreyada danışılmış oyunlar
Daha 3 futbolçu həbs edilib

Koreya prokurorluğu ölkə çempionatında çıxış edən üç futbolçunu həbs edib. Onların danışılmış oyunlarda iştirak etdiyi bildirilir. Həbs edilən futbolçuların kontorlardan 110 min dollar məbləğində rüşvət aldığı iddia edilir. Yeri gəlmişkən, bir müddət əvvəl daha iki koreyalı futbolçu istintaqa cəlb edilmişdi. Ölkə yığmasının şərəfini qoruyan, lakin adı çəkilməyən bir futbolçu da daxil olmaqla 10-dan artıq oyunçunun şübhə altında olduğu qeyd edilir. Son hadisələr Koreya klublarının sahiblərini "Sports Toto" dövlət idman lotereyasının təşkilatçılarını futbol matçlarına pul qoyuluşu qəbul etməməyə çağırmağa vadar edib. Ümumiyyətlə, tezliklə idmanda korrupsiyayla mübarizə üzrə xüsusi dövltə komitəsinin təşkili gözlənilir.
Oxumaq
01.06.11  
 
Kejman vətəninə qayıdıb
Son vaxtlar Asiyada çıxış edən Matey Kejman Honkonqu tərk etmək qərarına gəlib. O 6 aylıq fasilədən sonra vətəni Serbiyaya qayıdıb.
32 yaşlı tanınmış hücumçu "Saut Çayna" klubuyla yollarını ayırıb. Amma Mateyin bu komandadakı çıxışını major notda başa vurduğunu qeyd etməliyik: "Saut Çayna"ya Honkonq kubokunun finalında qələbə gətirən qola məhz Kejman imza atıb. MLS liqasının bir sıra klublarından təklif alan səbəbkar iyuldan tez qərar çıxarmayacağını söyləyib: "İndi vətənimə xoş xatirələrlə qayıdıram. Mən daha bir komandada uğur qazanmışam. Gələcək karyerama gəlincə, bu haqda bir aydan sonra qərar çıxaracam. Hələ ki, ailəmlə birgə yaxşıca istirahət etmək niyyətindəyəm".
Oxumaq
01.06.11  
 
Ərəblər Qvardioladan əl çəkmirlər
Xosep Qvardiola hələ də Qətər Futbol Federasiyasının (QFF) maraq dairəsindədi. Bir müddət əvvəl onun 2022-ci ildə dünya çempionatına səhnə olacaq Asiya ölkəsinin əsas komandasına üz tutmaq ehtimalıyla bağlı yayılan xəbərlər doğru imiş. Son xəbərlərdə QFF prezidentinin gənc mütəxəssisə supertəklif irəli sürdüyü bildirilir. "Marka" qəzetinə inansaq, "Barselona"da müqavilə üzrə daha bir il də işləmək niyyətini bəyan edən Qvardiola Qətər yığmasında birillik fəaliyyətinə görə təxminən 36 milyon avro maaş almaq şansına malikdir.
Oxumaq
01.06.11  
 
Səhifələr : # « 95 96 97 98 99 100 101 102 103 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •