|
"Fənərbaxça"nın Sou arzusu
|
Klub rəsmiləri "Lill"ə 10 milyon avroluq təklif irəli sürüb
"Fənərbaxça" rəhbərliyi deyəsən azarkeşlərini bugünlərdə sevindirmək niyyətindədir. Məlum olduğu kimi, komanda uzun müddətdir ki, forvard axtarışındadır. Elə ilk dövrədəki matçlar da sübut etdi ki, "Fənər"in mütləq qolçu bir hücumçuya ehtiyacı var. Rəhbərlik təxminən 10 gündən artıqdır ki, gözünü "Lill"in istedadlı forvardı Mussa Souya dikib. İlk öncə bu transferin baş tutmadığı deyilirdi. Belə ki, kadıköylülərin təklif etdiyi ilkin məbləğ fransızları qane etməmişdi. Srağagün "Fənər" rəsmiləri "Lill"ə 10 milyon avroluq təklif irəli sürüb.
|
Oxumaq
19.01.12
|
| |
|
|
Hasan Kabze Türkiyəyə qayıtdı
|
|
Baş məşqçi postuna Ektor Kuperi gətirən "Orduspor" heyətini iki transferlə gücləndirib. Bunlardan biri türkiyəli futbolsevərlərə yaxşı tanışdı. Söhbət Hasan Kabzedən gedir. "Qalatasaray" və "Rubin"lə çempion olan Hasan son iki mövsümü "Monpelye"də keçirmişdi. "Orduspor"un başqanı Nedim Türkmən bu futbolçuyla 1,5 illik müqavilə imzaladıqlarını açıqlayıb. Bundan başqa, ordulular "Olimpiakos"dan Fransisko Xavyer Perianes və ya qısaca olaraq "Xavito" ləqəbli sol cinah futbolçusunu transfer edib. Srağagün bu futbolçu rəsmən mətbuata təqdim olunub. Qeyd edək ki, Xavito Kuperi gözəl tanıyır. Belə ki, vaxtilə onun rəhbərliyi altında çıxış edib.
|
Oxumaq
19.01.12
|
| |
|
|
|
|
PSJ istədiyi transferləri edə bilmir
|
Leonardo Paris klubunun bazardakı süstlüyünün səbəblərini açıqlayıb
PSJ rəhbərliyi ötən yay transfer bazarında çox fəal davranmışdı. Bircə Pastorenin transferini xatırlamaq kifayətdir. Bu futbolçu hazırda parislilərin aparıcı simalarından birinə çevrilib.
|
Oxumaq
18.01.12
|
| |
|
|
Veteranlar və azarkeşlərdən Kroyffa dəstək
|
Yohan Kroyff ilə "Ayaks"ın bir sıra rəhbər vəzifəli şəxsləri arasındakı qarşıdurma davam edir.
Xatırladaq ki, canlı futbol əfsanəsi "Ayaks" rəhbərliyinin Lui van Qalı komandaya qaytarmaqla bağlı qərarından kəskin narazıdır. Klubun Direktorlar Şurasının üzvü olan Kroyff ötən ilin son aylarında bu haqda jurnalistlərə fikirlərini tez-tez çatdırırdı. Amma o, son vaxtlar bir qədər susmağa üstünlük verib.
|
Oxumaq
18.01.12
|
| |
|
|
Yığmamız Fələstinlə qarşılaşacaq
|
|
Azərbaycan milli komandasının yoldaşlıq oyunundakı növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri fevralın 29-da Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq.
|
Oxumaq
18.01.12
|
| |
|
|
Xavinin ümidi Messiyədir
|
"O, El-Klassiko"da yenə də sözünü deyəcək"
"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez İspaniya kuboku çərçivəsində bu gün qarşılaşacaqları "Real" (Madrid) oyunu haqda danışıb. O, bu görüşün də taleyini komanda yoldaşı Lionel Messinin həll edəcəyini bildirib: "Messi "El-Klassiko"da hər zaman öz sözünü deyib.
|
Oxumaq
18.01.12
|
| |
|
|
|
|
Uelslilər yığmaya baş məşqçi tapdı
|
Kris Koulmenin tezliklə Uels yığmasının baş məşqçi vəzifəsinə təyinat alması gözlənilir. Əvvəllər "Fulhem" və "Real Sosyedad"dakı fəaliyyətiylə tanınan mütəxəssis uelslilərin "sükanı arxasına" keçməyə bir nömrəli namizəddir. Bilindiyi kimi, bu komandanın sabiq çalışdırıcısı Qari Spid ötən ilin noyabrında evində asılı vəziyyətdə tapılmışdı. Başqa sözlə, özünə qəsd edən çalışdırıcının boşaltdığı yer indiyədək vakant qalır.
|
Oxumaq
17.01.12
|
| |
|
|
Maradona ölümdən döndü
|
Bazar axşamı əməliyyat olunan argentinalının vəziyyəti normallaşıb
BƏƏ çempionatının son oyununda "Əl-Əhli" üzərində qələbədən sonra Dieqo Maradona özünü pis hiss edib. "Əl-Vəsl"in çalışdırıcısı böyrəklərindəki sancının təsiri altında dərhal xəstəxanaya çatdırılıb.
|
Oxumaq
17.01.12
|
| |
|
|
|