Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 53 54 55 56 57 58 59 60 61 » #
Rəşad Abdullayev sentyabrın ən yaxşısı oldu
Premyer Liqanın sentyabr ayı üçün "ən yaxşı oyunçusu"nun mükafatlandırılma mərasimi keçirilib. Mükafat "Neftçi"nın yarımmüdafiəçisi Rəşad Abdullayevə verilib. O, klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilən sorğunun qalibi olub. Sentyabr ayının "ən yaxşı oyunçusu" adına layiq görülən futbolçuya Peşəkar Futbol Liqasının xüsusi hədiyyəsi və çempionatın sponsorunun 1111 manat məbləğində pul mükafatı təqdim olunub.
Oxumaq
28.10.11  
 
Kamerun yığmasına baş məşqçi tapıldı
Bugünlərdə Xavyer Klementeni qeyri-qənaətbəxş nəticələr üzündən istefaya göndərən Kamerun Futbol Federasiyası (KFF) yığmanın baş məşqçi problemini tezliklə yoluna qoyub. Komandanı bundan sonra Denis Lavanye çalışdıracaq. Gələn ilin əvvəlində keçiriləcək Afrika Millətlər Kubokundan kənarda qalan kamerunluların yeni çalışdırıcısı qarşısında komandanı 2013-cü ilə planlaşdırılan qitə çempionatında çıxarmaq vəzifəsi qoyulub. Maraq üçün Lavanyenin ötən əsrin 90-cı illərində Fransanın bir sıra klublarında baş məşqçi köməkçisi kimi fəaliyyət göstərdiyini, son illər isə Kamerun futbolunda dominantlıq edən "Koton Sport"u çalışdırdığını diqqətinizə çatdıraq. KFF-nin ikiillik müddətə anlaşdığı Lavanye təqdimat mərasimində "hədəfim sadədir: Kamerun millisini AMK-2013-ə çıxarmalıyam. Əlbəttə, eyni zamanda qarşıdakı bir neçə il ərzində qatılacağımız digər turnirləri də düşünməliyik".
Oxumaq
28.10.11  
 
Kanuteyə bir oyunluq cəza
İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (NİK) Frederik Kanuteyə bir oyunluq cəza kəsib. Sevilya"nın hücumçusu primeranın 9-cu turu çərçivəsində "Barselona" ilə keçirilən oyunun (0:0) son dəqiqələrindəki hərəkətinə görə meydandan qovulmuşdu.
Rəqib yarımmüdafiəçi Fransesk Fabreqasın boğazından yapışan 34 yaşlı malili canını, qeyd etdiyimiz kimi, bir matçlıq cəzayla qurtara bilib. Fabreqasın Frederiki təxribata sürüklədiyi iddia edilirdi: "Barsa"nın oyunçusunun afrikalı həmkarını irqçi təhqirə məruz qoyduğu ehtimal olunurdu.
Oxumaq
28.10.11  
 
Runinin məsələsi hələ də qaranlıq qalır
İngilislər apelyasiya verməyə hazırlaşırlar

AÇ-2012-nin Çernoqoriya ilə son seçmə oyununda (2:2) rəqibi Miodraq Cudoviçə qarşı kobudluğuna görə 3 matçlıq cəzayla üzləşən Ueyn Runinin məsələsi hələ də qaranlıq qalır.
Oxumaq
28.10.11  
 
“Xəzər Lənkəran” Kamran Ağayevi kapitanlıqdan uzaqlaşdırdı Tuyqun Nadirov: “Onun durumu kapitan olmasına imkan vermir”
Premyer Liqanın X turunun “Bakı” ilə səfər oyununda etdiyi uşaq səhvi “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayevə baha başa gəlib.
Oxumaq
27.10.11  
 
5 komanda 1/8 finalda
“Karvan” mübarizəni dayandırdı

Oktyabrın 26-da Azərbaycan kubokunda növbəti mövsümün startı verilib. Azarkeşlər milli çempionatda olduğu kimi, kubokda da yubiley – 20-ci olan mövsümünün start həyəcanını yaşayıblar. Belə ki, 1/16 final mərhələsinin 5 qarşılaşması baş tutub.
Oxumaq
27.10.11  
 
Qattuzodan şok açıqlama
34 yaşlı yarımmüdafiəçi bir gözünün görmədiyini etiraf edib

İtaliyalı futbolçu Cennaro Qattuzonun səhhətində ciddi problem yaranıb. Apasport.az saytının məlumatına görə, “Milan”ın 34 yaşlı yarımmüdafiəçisinin bir gözünün görmədiyini açıqlamağı şok effekti yaradıb. O bildirib ki, bu problem 4 aydan sonra ediləcək əməliyyatla aradan qaldırılacaq. Həmin vaxta kimi yaşıl meydandan kənarda qalan futbolçu əməliyyatdan sonra görmə qabiliyyətinin yaxşılaşa biləcəyini deyib. Qattuzo hələ sentyabrda “Milan”ın məşqi zamanı komanda yoldaşı Alessandro Nesta ilə baş-başa dəyəndən sonra gözlərində ağrı hiss edib. Müayinə onun göz sinir sisteminin iflic olduğunu bildirib.
Oxumaq
27.10.11  
 
Karpin arzuolunmaz vəziyyətə düşüb
Valeri Karpin arzuolunmaz vəziyyətə düşüb. "Spartak"ın çalışdırıcısının çantası oğurlanıb. Başqa sözlə, çantadakı sənədlər və 200 min rubl məbləğində pul da yoxa çıxıb. Bununla bağlı yayılan xəbərlərdə oğurluq zamanı Karpinin öz avtomobilində mobil telefonuyla danışdığı bildirilir. Hələ ki, kimliyi məlum olmayan cinayətkar(lar)ın hansı vasitəyləsə maşının qapısını açaraq çantanı çırpışdırdığı ehtimal edilir. Artıq hadisəylə bağlı cinayət işi açılıb. Bəzi mənbələr "Spartak"ın baş məşqçisinə təxminən 300 min rubl məbləğində zərər dəydiyini xəbər verir. Tapılacağı halda cinayətkarı 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasının gözləyəcəyi də bildirilir.
Oxumaq
27.10.11  
 
Tuqay yenidən "Dumanlı Albion"a qayıdır
O, "Blekbern"in aşağı yaş qruplarından ibarət komandasında çalışacaq

"Qalatasaray" azarkeşlərinin sevimli isimlərindən biri olan Tuqay Kərimoğlu yenidən "Dumanlı Albion"a qayıdır. Məlum olduğu kimi Tuqay uzun illər premyer-liqada çıxış edən "Blekbern"in formasını geymiş və karyerasını da elə bu komandada bitirmişdi. Daha sonra Türkiyəyə qayıdan Tuqay "Cim-Bom"un futbol akademiyasının və aşağı komandaların başına gətirilmişdi.
Oxumaq
27.10.11  
 
“Neftçi” yenidən 2-ci pillədə
2 turluq fasilədən sonra
Oxumaq
26.10.11  
 
Səhifələr : # « 53 54 55 56 57 58 59 60 61 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •