Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
"Mourinyo haqda düşünürəm”
Qvardiola komandasının İspaniya superkubokunu qazanacağına inanır
Oxumaq
03.08.11  
 
“Neftçi” Böyükağa Hacıyevə tapşırıldı
Avqustun 2-də  "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirilib. Klub rəhbərliyinin iştirak etdiyi toplantıda məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib.
Bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Komandanın direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq.
Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Mehmet Ak fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.
Komanda saat 19:00-da klubun bazasında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxıb.
Oxumaq
03.08.11  
 
Kruqlov karyerasını Rusiyada davam etdirəcək
Azərbaycan Premyer Liqasının iştirakçısı olan estoniyalı futbolçu Dmitri Kruqlov karyerasını yenidən Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, milli komandasının üzvü olan 27 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa təmsilçisi “Rostov”la 3 illik müqavilə bağlayıb.
Oxumaq
03.08.11  
 
Foqtsdan gözlənilən açıqlama
“Qrupdan çıxmaq şansımız yoxdur”

“Makedoniya ilə oyunda müəyyən testləri həyata keçirəcəyəm”. Bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. Avqustun 10-da Bakıda Makedoniya ilə yoldaşlıq oyununda üz-üzə gələcək millimizin dünən mətbuat üçün açıq məşqi keçirilib. Jurnalistlərin suallarını cavablandıran almaniyalı çalışdırıcı bildirib ki, həmin görüş rəsmi oyunlar öncəsi yaxşı bir sınaqdır: “Çünki Makedoniya ilə görüşdən sonra dalbadal 3 ev oyunumuz var və bunlara ciddi hazırlaşırıq”.
Oxumaq
03.08.11  
 
Əmrə şübhəli şəxs qismində istintaqa çağırılıb
Türkiyədə futbol oyunlarının nəticəsinin razılaşdırılması qalmaqalı ilə bağlı araşdırma davam edir. APA-nın məlumatına görə, dünən “Fənərbaxça” klubunun mərkəz yarımmüdafiəçisi Əmrə Belozoğlu və “Beşiktaş” klubunun sabiq rəhbərlərindən biri, hazırda televiziya şərhçisi kimi çalışan Sinan Engin şübhəli şəxs qismində ifadə vermək üçün istintaqa çağırılıb.
Hər iki şəxsin haqqında həbs qətimkan tədbiri görülüb-görülməməsinə istintaq başa çatdıqdan sonra qərar veriləcək.
Əmrənin “Ankaragücü” - “Fənərbaxça” oyunundan əvvəl rəqib futbolçu Kaan Söyleümezgillere göndərilən telefon mesajı ilə bağlı ifadə verəcəyi gözlənilir. Kaan Söyleümezgillerin də istintaqa çağırılması nəzərdə tutulur.
Oxumaq
03.08.11  
 
"Anji"dən daha bir sürpriz
Yuri Jirkov “Çelsi" ilə vidalaşıb Mahaçqalaya üz tutur

Yuri Jirkovun "Çelsi" ilə vidalaşacağıyla bağlı çoxdan yayılan xəbərlər həqiqətə çevrilib. ÇSKA-nın sabiq yarımmüdafiəçisi Mahaçqalada qərar tutub. 27 yaşlı futbolçu "Anji" ilə dördillik müqaviləyə razılıq verib. Maraqlıdı ki, bosslar hələ ki, Jirkovla bağlı xəbərləri təsdiqləməyə tələsmir. Amma Rusiya klubunun müdafiəçisi Rasim Tahirbekov rəhbərliyi bir qədər qabaqlayaraq Yuranın "Anji"yə gələcəyini söyləyib.
Oxumaq
03.08.11  
 
Balotelli Mançesterdə darıxır
Qana əsilli yeniyetmə forvard İtaliya üçün darıxır

Bir neçə gün əvvəl "Mançester Siti"nin keçirdiyi sınaq matçlarından birində real qol şansını topu dabanıyla tora qovuşdurmaq istəyi üzündən qaçırması Mario Balotellini Roberto Mançininin gözündən salmışdı. Hər halda, italyan məşqçi dərhal onu əvəzləməyi lazım bilmişdi.
Bir andaca İngiltərə mətbuatı məşqçiylə futbolçunun münasibətlərinin yenidən pozulmasıyla bağlı iddia ortaya atmışdı.
Oxumaq
03.08.11  
 
“Xəzər Lənkəran” yenə legionerlərindən imtina etdi
Mirça Rednikin sərəncamında yalnız yayda “Styaua”dan gətirdiyi futbolçular qalır
Oxumaq
02.08.11  
 
Berti Foqts “Frayburq”un futbolçusunu millimizə çağırıdı
Azərbaycan milli komandasının avqustun 1-i Bakıda başlayan təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Almaniyanın “Frayburq” klubunun hücumçusu Ufuk Budak bu gündən yığmamızın hazırlığına qatılacaq. Ufuk Almaniyada oynayan türk futbolçularındandır ki, AFFA-nın apardığı seleksiya işi nəticəsində onda Azərbaycan kökü aşkarlanıb.
Budak hələ bu ilin mayın 31-də 21 yaşlılardan ibarət yığmamızın (U-21) moldovalı həmyaşıdları ilə yoldaşlıq görüşündə sınanmışdı. O, U-21-mizin avqustun 1-dən 4-dək Bakıdakı təlim-məşq toplanışına çağırılsa da, millimizin baş məşqçisi Berti Foqts onu öz komandasında sınamağı qərara alıb.
Oxumaq
02.08.11  
 
“Real” – “Barselona” matçına bilet tapılmır
Madrid “Real” ilə “Barselona” arasında keçiriləcək növbəti derbi oyuna maraq həddən artıq böyükdür. Avqustun 14-də keçiriləcək Superkubok oyununa hələ 13 gün qalsa da, “Santyaqa Bernabeu” stadionunda baş tutacaq matçın biletlərin hamısı qurtarıb.
Budəfəki “El Klassiko”ya ən ucuz biletin qiyməti 35, ən bahalı 130 avrodur. İndi azarkeşlər yalnız VİP lojada biletləri ala bilərlər ki, bunlar məhdud saydadır.
Qeyd edək ki, “Barselona” son 2 ildə Superkuboku qazanıb. Komanda son çempion, əzəli rəqibi “Real” isə onu finalda yenərək, ölkə kubokunu qazanıb.
Oxumaq
02.08.11  
 
Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •