Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Baş məşqçi məhkəmə qarşısında
Harri Rednapp vergidən yayınmada ittiham olunur
Oxumaq
25.01.12  
 
Quti Avropada qalası oldu
"Beşiktaş"la yollarını ayıran futbolçu Raulun yanına yollanır

Ötən ilin noyabrında "Beşiktaş"la yollarını ayıran Quti karyerasını böyük ölçüdə Asiyada davam etdirəcəyinə işarə vursa da, Avropada qalası olub.
Əsasən "Real"dakı çıxışıyla məşhurluq qazanan ispan futbolçu bir müddət tərəddüd etdikdən sonra karyerasını davam etdirmək qərarına gəlib.
Oxumaq
25.01.12  
 
2011-ci il üçün İtaliyanın ən yaxşı futbolçusu məlum oldu
Bu uğura Zlatan İbrahimoviç nail olub

2011-ci ildə İtaliyanın ən yaxşı futbol adamlarının kimliyinə aydınlıq gəlib. Bəri başdan İtaliya Futbolçular Assosiasiyasının (İFA) keçirdiyi sorğunun əsas qalibinin Zlatan İbrahimoviç olduğunu vurğulayaq.
Oxumaq
25.01.12  
 
“Qalatasaray” Mevlut Ərdinci alır
”Qalatasaray” daha bir transferini reallaşdırmağa hazırlaşır. Komandanın baş məşqçisi Fatih Terim Türkiyə yığmasında rəhbərliyi altında oynadığı hücumçu Mevlut Ərdinci yenidən sərəncamında görmək istəyir. Bununla bağlı göstəriş alan klub rəhbərliyi Fransanın PSJ klubunda oynayan 24 yaşlı futbolçunun icarəyə götürmək üçün hərəkətə keçib. Ancaq bu, Mevlutun sonradan birdəfəlik transfer olunmaq şərti ilə gerçəkləşəcək.
Oxumaq
25.01.12  
 
Trabzonda 26 lisenziya öz sahibini tapacaq
Türkiyənin Trabzon şəhərində keçiriləcək boks üzrə Olimpiya oyunlarına lisenziya xarakterli Avropa kvalifikasiya turnirinə 3 aydan da az vaxt qalıb. Artıq AİBA qardaş ölkədəki yarışda neçə lisenziya qazanılacağını açıqlayıb.
Trabzondakı turnirdə cəmi 26 boksçu London Olimpiadasına vəsiqənin sahibi olacaq. Azərbaycan Trabzon turnirində 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzu Olimpiadaya vəsiqə qazanmaq üçün daha çətin sınaq gözləyir.
Oxumaq
25.01.12  
 
Məktəblilər arasında «Sumqayıt Kuboku» turnirinə start verilib
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafının artırılması, gənclərin idmanın müxtəlif növlərinə daha çox cəlb edilməsi, əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə prezident İlham Əliyevin 2012-ci ilin «İdman ili» elan edilməsi ilə bağlı müvafiq sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin, şəhər Təhsil şöbəsinin və ötən ilin futbol mövsümündən başlayaraq ölkə çempionatının güclülər dəstəsində gənclik şəhərini təmsil edən «Sumqayıt» futbol klubunun birgə təşəbbüsü və təşkilatçılığı ilə «Sumqayıt kuboku» uğrunda ümumşəhər futbol turnirinə start verilib.
Oxumaq
25.01.12  
 
Mpenza Belçikaya qayıdır
34 yaşlı hücumçu bu həftə “Vesterlo” ilə müqavilə imzalayacaq

“Neftçi”nin transferə çıxardığı belçikalı futbolçu Emil Mpenzanın karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu bundan sonra vətənində “Vesterlo”nun şərəfini qoruyacaq.
Oxumaq
25.01.12  
 
Yozef Blatter Rövnəq Abdullayevin dəvətini qəbul etdi
FİFA-nın prezidenti sentyabrın 22-də Azərbaycana səfər edəcək
Oxumaq
24.01.12  
 
Subotiç zorlamada ittiham olunur
Neven Subotiç arzuolunmaz vəziyyətə düşüb. Ötən çərşbənbə günü onun evində iki müxtəlif hal yaşanıb. Xorvat futbolçunun mənzilində gecə təşkil edildiyini ilk növbədə vurğulayaq. Amma tədbirdə iştirak edən 21 yaşlı qız uşağının zorlanması Dortmund "Borussiya"sının müdafiəçisini çətinə salıb. Hər halda, gənc qız hüquq-mühafizə orqanlarına şikayət edib. Özü də qəbul etdiyi içki qədəfinə hansısa maddənin salındığından şübhələndiyini bildirib. Subotiç bu cinayət hadisəsi baş verərkən yatdığını iddia edir. Polis isə təbii ki, artıq müvafiq araşdırmaya başlayıb. Subotiçdən müvafiq analiz götürüləcəyi istisna edilmir. Futbolçu isə jurnalistlərlə məlum hadisə haqda heç nə danışmaq istəmir.
Oxumaq
24.01.12  
 
Maradona "Anji"nin düşərgəsinə gəldi
Onu bura Roberto Karlos dəvət edib

Rusiya Premyer Liqasının 1-ci mərhələsinin yekunlarına görə ilk "8-liy"ə düşən "Anji" mövsümün həlledici mərhələsinə BƏƏ-də hazırlaşır. Mahaçqalalılar Dubayda təlim-məşq toplanışındadır.
"Park Hayat" otelində məskunlaşan Dağıstan klubunun düşərgəsində maraqlı hadisə yaşanıb. Canlı futbol əfsanəsi Dieqo Maradona həmin otelə gəlib.
Oxumaq
24.01.12  
 
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •