|
Sneyder "İnter"i yayda tərk edəcək
|
Qış transfer bazarında fəallıq göstərən "İnter" yanvarın son günlərində daha bir planını reallaşdırıb. "Portu"nun yarımmüdafiəçisi Freddi Quarinin keçidini həll edən milanlılar Filippe Koutinyonu mövsümün sonuna qədər "Espanyol"a icarəyə verib. İtaliya nəhəngi Juan Jezuşun keçidini də reallaşdırıb. "İnternasyonal"ın müdafiəçisinin yeni klubuna hansı qiymətə başa gəlməsi haqda hələ ki, rəsmi bilgi verilmir. Qeyd edək ki, bu futbolçu hələ yanvarın əvvəlində İtaliya klubuna satıla bilərdi. Sadəcə, Braziliyalı və İtaliya təmsilçiləri arasındakı danışıqlar prosesi bir qədər uzanmışdı. Braziliya gənclər yığmasının da şərəfini qoruyan 20 yaşlı Juan Cənubi Amerika çempionudur.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Mançini Teveslə barışmaq istəyir?
|
İtalyan məşqçi mövsümün qalan hissəsində onu yaşıl meydana buraxmaq fikrindədir
Agenti Kia Curabçyan bir neçə gün əvvəl Karlos Tevesin yanvarda heç bir kluba üz tutmayacağını bəyan etmişdi. Onun bu açıqlaması Roberto Mançininin çoxlarının gözləmədiyi fikirlə çıxışına şərait yaradıb. Məşhur futbolçunun çalışdırıcıyla münasibətlərinin nə yerdə olduğu çoxlarına bəllidir.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Löv Mourinyoya mesaj göndərdi
|
Şuster don Jozenin taktiki sxemini anlamır
Joze Mourinyonun mövsümün sonunda "Real"ı tərk etmək perspektivi qalmaqdadır. İspaniya və İngiltərə mənbələri artıq onun karyerasını yenidən futbolun vətənində davam etdirəcəyini də iddia edir.
|
Oxumaq
01.02.12
|
| |
|
|
|
|
Amauri də oynayarmış
|
Amauri nəhayət bu mövsüm ilk dəfə İtaliya çempionatında meydana çıxdı. Bunun səbəbini indi biləcəksiniz.
"Yuventus" rəhbərliyi onu yayda "Marsel"ə satmağa çox yaxın idi. Lakin yeni çalışdırıcı Antonio Konteyə lazım olmayan braziliyalı hücumçu karyerasını Fransa klubunda davam etdirmək istəməmişdi. Turinlilər bunun cavabında belə desək, Amaurini ehtiyatda çürütmək yolunu tutmuşdu. İtaliya vətəndaşlığını qəbul edən və bu ölkə millisini formasını da geyən cənubi amerikalı bir neçə gün əvvəl "Fiorentina"ya icarəyə verilmişdi.
|
Oxumaq
31.01.12
|
| |
|
|
20 milyon funt sterlinqlik səhv
|
Stüart Dauninqin "Liverpul"a keçidi hələ də müzakirə olunur
Yayda "Aston Villa"dan təxminən 20 milyon funt sterlinqə alınan Stüart Dauninqin "Liverpul"a keçidi hələ də müzakirə olunur. Axı gənc yarımmüdafiəçi cari mövsüm nə qol vura bilib, nə də məhsuldar ötürmə verib. Halbuki Dauninq Premyer-Liqada rəqib qapısına doğru ən çox zərbə endirən futbolçulardan biridir.
|
Oxumaq
31.01.12
|
| |
|
|
Ranyeri daha çempionluq uğrunda mübarizə aparmır
|
"Leççe"yə məğlubiyyət baş məşqçini fikrini dəyişməyə vadar edib
"Leççe"yə məğlubiyyət Klaudio Ranyerini skudetto uğrunda mübarizəylə bağlı fikrini dəyişməyə vadar edib. Halbuki o, son həftələr sıralanan uğurlu nəticələrdən sonra komandasının çempionluq yarışına qoşula biləcəyini vurğulayırdı. Amma görünür A seriyasının autsayderlərindən birinə uduzan "İnter"in çalışdırıcısı qızıl medalların onun komandasından uzaq düşdüyünü fikirləşir:
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Turan” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq
|
Yanvarın 28-dən hazırlıqlara başlayan “Turan” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. "Rekord.az" xəbər verir ki, hazırda komandanın düşərgəsinə 28-30 futbolçu toplanıb. Asəf Qədiri, Xəyal Qarayev, Natiq Kərimi, Cavad Mirzəyev “Turan”ın heyətinə cəlb etdiyi yeni futbolçulardı. Gürcü legionerlər də düşərgədədir. Yanvarın 30-da “Şəmkir”lə, fevralın 1-də isə “Tərəqqi” ilə yoxlama oyunu keçirməyi planlaşdırılır. Heyətə bir neçə yeni futbolçunun da cəlb edilməsi planlaşdırılır.
|
Oxumaq
31.01.12
|
| |
|
|
“Rəvan"dan daha iki transfer
|
|
Təlim-məşq toplanışını Bakıda davam etdirən paytaxtın "Rəvan" klubu növbəti iki transferini gerçəkləşdirib. Bu barədə Qol.Az-a açıqlama verən "Rəvan"ın baş məşqçisi Vladislav Qədirov komandaya baxışa gələn Nemanya Vidakoviç və "Turan"dan Sergey Artyuxla müqavilə imzaladıqlarını bildirib. Vidakoviçlə il yarımlıq müqavilə imzaladıqlarını deyən V.Qədirov eyni zamanda Syera Leonedən də futbolçu transfer etməyi planlaşdırdıqlarını vurğulayıb.
|
Oxumaq
31.01.12
|
| |
|
|
"Fənərbaxça" "Qalatasaray"la xal fərqini azaltdı
|
Türkiyə Superliqasında XXIII turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Doğma azarkeşləri önündə "Manisaspor"u qəbul edən "Karabükspor" son dəqiqə qolu ilə qələbə qazanıb. Bülənt Qorxmazın komandası 2:1 hesabı ilə qələbə qazanaraq xalını 21-ə yüksəldib. Səfərdə "Ankaragücü"nün qonağı olan "Trabzonspor" isə rəqibinə heç bir şans verməyib. Rəqibini 4 cavabsız qolla məğlub edən Trabzon təmsilçisi yenidən 4-cü pilləyə qayıdıb. "Fənərbaxça" isə "Qalatasaray"ın xal itkisindən maksimum yararlanıb. Öz meydanın "Mersin İdmanyurdu"nu qəbul edən "Fənərbaxça" rəqibini 2:1 hesabı ilə məğlub edərək liderlə xal fərqini 2-yə endirib.
|
Oxumaq
31.01.12
|
| |
|
|
|