|
|
|
"Neftçi"də 6 oyunçu zədələnib
|
"Standard"la oyuna hazırlaşan "Neftçi" klubunun heyətində zədəlilərin sayı artıb. Apasport.az saytının xəbərinə görə, zədə üzündən son oyunları buraxan Zaur Tağızadə və Andrey Stepanova "Muğan"la görüşdən sonra daha bir neçə futbolçu qoşulub. Suat Usta, Ruslan Abışov, Adrian Neaqa, Dmitri Kruqlov, Samir Əliyev və Leonard Naydinin "Standard"a qarşı oynayıb-oynamayacaqları hələ məlum deyil. Qeyd edək ki, Unibank Premyer Liqasının XVI turunda "Standard" klubunu qəbul edəcək "Neftçi" sabahdan etibarən klubun bazasında məşqlərini bərpa edəcək.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Pyuel hamıdan çox qazanır
|
Onun aylıq məvacibi 250 min avrodur
"Yournal du Dimanche" nəşri Fransa çempionatının güclülər dəstəsində çıxış edən klubların çalışdırıcılarının məvacibiylə bağlı maraqlı məlumat yayıb. Sən demə, bu baxımdan Klod Pyuel Liqa-1-də çalışan bütün həmkarlarını arxada qoyur. Lion "Olimpik"inin baş məşqçisinin aylıq məvacibi 250 min avroya bərabərdir. Hər halda, sözügedən yurnal belə iddia edir. Amma "Olimpik"in prezidenti Yan-Mişel Olya Pyuelin aylıq məvacibinin 230 min avro olduğunu bildirib. Fakt budu ki, K.Pyuel 2-ci sıradakı Didye Deşamı yetərincə böyük fərqlə qabaqlayır. Cari mövsümdən Marsel "Olimpik"inə rəhbərlik edən Fransa millisinin keçmiş yarımmüdafiəçisi aya 180 min avro alır. 3-cü sıradakı Loran Blanın "Bordo"dakı bir aylıq fəaliyyətinin 140 min avro ilə dəyərləndirilməsi bir qədər qəribədir. Hər halda, Fransa millisinin keçmiş müdafiəçisi ötən mövsüm "yirondistlər"i uzun fasilədən sonra Liqa-1-in çempionluğuna daşıyıb. "Bordo" uğurlu oyunlar seriyasını cari mövsümdə də davam etdirir.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Adriano vətənində qaldı
|
|
Son vaxtlar haqqında çoxlu söz-söhbət yayılan, Avropanın müxtəlif klublarına keçidi müzakirə olunan braziliyalı hücumçu Adriano vətənində qalmağı üstün tutub. Son ölkə birinciliyində "Flamenqo"yla çempionluğu bayram edən və vurduğu 19 topla A seriyasının ən yaxşı 2 qoleadorundan biri olan "İmperator" ləqəbli hücumçu "Fla"yla müqaviləsinin müddətini 6 aylığa uzadıb. Görünür, Braziliyada çempionatın ən yaxşı oyunçusu seçilən Adriano vətənində qalmaqla yenidən milli komandaya dönmək perspektivinin daha yüksək olduğunu zənn edir. Həqiqətən də o, "Flamenqo"da top qovduğu müddətdə əvvəlki Adrianoya çox yaxınlaşıb.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Dominges "Valensiya"da
|
Argentinalı İspaniya klubuyla 3,5 illik müqavilə bağlayıb
Alexandro Domingesin "Valensiya"ya gözlənilən transferi rəsmiləşib. Rusiya çempionatları tarixinə ən güclü legionerlərdən biri kimi düşən argentinalı İspaniya klubuyla 3,5 illik müqavilə bağlayıb. "Rubin"in ardıcıl 2-ci dəfə Rusiya çempionu olmasında mühüm rol oynayan Alexandro yeni komandasında yalnız gələn il debüt edə biləcək. Onun yanvarın 3-də "Espanyol"la nəzərdə tutulan matçda meydana çıxmaq ehtimalı yüksəkdir. Xatırladaq ki, Dominges "yarasalar"a təmənnasız qismət olub. Bunun əsas səbəbi isə artıq sabiq klubuyla müqaviləsinin bu ilin son günündə qüvvədən düşməsidir.
|
Oxumaq
16.12.09
|
| |
|
|
Qattuzodan sonra Ronaldinyo
|
"Milan" ulduzları saxlamağa çalışır
Həhayət, Cennaro Qattuzoyla bağlı həyəcan böyük ölçüdə aradan qalxıb. Təcrübəli futbolçunun gələn ilin yanvarında "Milan"ı tərk edə biləcəyi ilə bağlı söz-söhbətə birdəfəlik son qoyulub. Cennaro mövsümün əvvəlində zədə amilindən əziyyət çəkdiyindən "Milan"ın formasını müntəzəm geymək imkanından məhrum olmuşdu. Amma onun zədəsini sağaldandan sonra da yaşıl meydana çıxmaması çoxsaylı şayiələrə rəvac vermişdi.
|
Oxumaq
16.12.09
|
| |
|
|
"Neftçi" "altılıq"dan kənarda qaldı
|
"Bakı"nın Zaqataladakı qələbəsi vəziyyəti gərginləşdirdi
Unibank Premyer Liqasını XV turunu digər həftələrdən fərqləndirən cəhət bütün görüşlərin eyni günə təsadüf etməsi idi. Bununla belə, hesabat turunu rəngarəng adlandırmaq olmaz. Yalnız "Simurq" - "Bakı" matçı turun bəzəyi sayılırdı ki, mübarizədən qalib ayrılan "zolaqlılar" həm də turnir cədəvəlində rəqibini ötməyi bacardı. İlk 3 yerin sahibləri turu itkisiz başa vurdu. Maraqlıdır ki, "Qarabağ", "İnter" və "Xəzər-Lənkəran" səfərdə rəqiblərini minimal hesabla yenməklə buna nail oldu. Cədvəldə sonrakı yerləri tutan 3 komanda isə eyni xala malikdir. "Üçlüy"ün matçlarında daha çox xal toplayan "Bakı" nisbi üstünlüyə malikdir. Diqqətçəkən nəticə "Heftçi"nin növbəti dəfə xal itirməsiydi. Son 4 oyunda 3-cü bərabərliyinə imza atan flaqman nəticədə "6-lıq"la vidalaşmaq məcburiyyətində qaldı. Əvəzində "Karvan"dan qisasını alan "Qəbələ" yenidən geri qayıtdı. Bu arada 9-cu pillə uğrunda mübarizə heç də çempionluq yarışından geri qalmır. Hövbəti xalına sevinən "Muğan" bu mənada "Turan"ı üstələməyi bacardı. Təhlükəli mövqenin sakinlərinin işi isə getdikcə qəlizləşir. Düzdür, hələ çempionatın bitiminə kimi daha 7 tur oynanılacaq, amma hər iki komanda artıq narahat olmağa başlamalıdı.
|
Oxumaq
15.12.09
|
| |
|
|
|
|
"Birlik kuboku" mütləq keçiriləcək
|
"MDB və Baltikyanı ölkələrinin çempionlarının Birlik kuboku" turniri gələn il də keçiriləcək. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı yarışın ciddi problemlər üzündən baş tutmayacağı haqda xəbərləri təkzib edib. Qurumun prezidenti səlahiyyətlərini icra edən Nikita Simonyan nəinki kubokun baş tutacağını, hətta həmişəki kimi qonaqların da gələcəyini bildirib: "FİFA prezidenti Yozef Blatterlə onun UEFA-dakı həmkarı Mişel Platini də turnirə gələcək. Turnirin ləğv olunması ilə bağlı yayılan şayiələr isə əsassızdır".
|
Oxumaq
15.12.09
|
| |
|
|
"Bakı"da islahatlar davam edir
|
"Zolaqlılar" daha bir futbolçu ilə vidalaşdılar
"Bakı" klubunda islahatlar davam edir. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, rumıniyalı yarımmüdafiəçi Kristian Muskalu heyətdən kənarlaşdırılıb. Z.Məmmədov bildirib ki, bir müddət öncə əvəzedici komandaya göndərilən Muskalu artıq vətəninə dönüb. "Bakı" yayda transfer etdiyi, ancaq həmin vaxt zədə üzündən avrokuboklarda xidmətindən istifadə etmədiyi 20 yaşlı sol cinah yarımmüdafiəçisi ilə müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib. Böyük ümidlərlə transfer edilən Kristian etimadı doğrultmayıb və ölkə kubokunu da nəzərə alsaq, cəmi iki oyunda (74 dəqiqə) meydanda olub. Moldovalı müdafiəçi Aleksey Savinovla məşqdə insidenti olan Muskalunun klubun formasına qarşı münasibəti baş məşqçi Bülənt Korkmazın onu komandadan qovması ilə nəticələnib.
|
Oxumaq
15.12.09
|
| |
|
|
"Mançester Yunayted üçün 1 milyard dollarlıq təklif
|
|
Asiya biznesmenlər konsorsiumu İngiltərənin "Mançester Yunayted" futbol klubunu Qleyzerlər ailəsindən almaq istəyir. Lent.az-ın "News of the World"a istinadən verdiyi məlumata görə, 6 milyarderdən ibarət qrup ailəyə 1 milyard funt təklif edib. Belə başgicəlləndirici təklifdən Malkolm Qleyzerin imtina etməsi çox çətin görünür. Tailandın paytaxtı Banqkokda yerləşən konsorsiumdakı mənbədən bildiriblər ki, Qleyzer klubu satmaq istəyirsə, pul artıq masanın üzərindədir. Biznesmenlər qrupu ailənin klubu tam satmaq istəməyəcəyi təqdirdə, Qleyzerlərin paylarının saxlanılma məsələsinə də baxmağa hazırdır.
|
Oxumaq
15.12.09
|
| |
|
|
|
|
|