Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
Terrinin məhkəmə işi start götürüb
Çelsi"nin kapitanı irqçi təhqirdə günahlandırılır

Fevralın 1-də Con Terrinin məhkəmə işi start götürüb. Xatırladaq ki, "Çelsi"nin kapitanı İngiltərə Premyer Liqasının "Kuinz Park Reyncers"lə matçında rəqib müdafiəçi Anton Ferdinandı irqçi təhqir etməkdə suçlanır. Terri özü məhkəməyə gəlməsə də, vəkilləri vasitəsiylə izahatını çatdırıb. Vəkillər izahatı oxuduqda, Conun bütün ittihamları rədd etdiyi məlum olub.
Oxumaq
03.02.12  
 
Tiflis "Dinamo"su Aleks Qarsiya ilə yolları ayılıb
Tiflis "Dinamo"sunun rəhbərliyi Aleks Qarsiya ilə yolları ayılıb. Gürcüstan futbolunun flaqmanını 2011-ci ilin iyunundan çalışdıran ispan mütəxəssis ölkə çempionatındakı qeyri-qənaətbəxş nəticələr üzündən iş yerini itirib. Komanda hazırda 18 oyundan sonra 3-cü yeri tutur və lider "Zestafoni"dən 9 xal geri qalır. Tiflislilər artıq pireneyliyə xələf tapıb: komandanın əvəzedicilərinə başçılıq edən Georgi Devdariani baş məşqçi postuna təyinat alıb. Maraq üçün onun eyni zamanda martda Avropa çempionatının elit mərhələsində mübarizəyə başlayacaq ölkə yeniyetmələr (U-19) yığmasını çalışdıracağını da qeyd edək.
Oxumaq
03.02.12  
 
Poqrebnyak "Fulhem"ə, Pavlyuçenko "Lokomotiv"ə
Rusiya yığmasının iki hücumçusu iş yerini dəyişib
Oxumaq
02.02.12  
 
İspaniya futbolu ilə bağlı sensasiyalı xəbər
Primerada çıxış edən bir çox futbolçuların mafioz strukturlarla əlaqəsinin olduğu bildirilir

İspaniyanın hüquq-mühafizə orqanlarından yerli KİV-ə sensasion məlumat sızıb. Bu ölkə çempionatında çıxış edən bir çox futbolçuların mafioz strukturlarla əlaqəsinin olduğu bildirilir.
Oxumaq
02.02.12  
 
"Çelsi" iki yeniyetmə futbolçunu transfer edib
"Çelsi" rəhbərliyi qış "transfer pəncərəsi"nin son günlərində iki yeniyetmə futbolçunu transfer etməklə diqqət çəkib.
Kevin de Bryunenin londonluların sıralarına qoşulacağı gözlənilirdi. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi "Genk"i tərk edərək yeni klubuyla 5,5 illik sözləşmə imzalayıb. Amma o, yeni komandasına yalnız mövsüm başa çatandan sonra qoşulacaq. Qeyd edək ki, Kevin ötən il ÇL-in qrup mərhələsində "Çelsi"yə qarşı hər iki matçda meydana çıxmış və londonluların seleksiyaçılarının diqqətini cəlb etmişdi.
"Zadəganlar"ın transferini həll etdiyi digər futbolçu Patrik Bemforddur. "Nottingem Forest"in 18 yaşlı hücumçusu hələlik londonluların gənclərdən ibarət komandasında top qovacaq. Yeni klubunun ona görə 1,5 milyon funt sterlinq xərcə düşdüyü bildirilir.
Oxumaq
02.02.12  
 
Lui Saha "Tottenhem"ə üz tutub
Lui Saha "Everton"la yollarını ayıraraq "Tottenhem"ə üz tutub. Fransız hücumçu yeni komandasına mövsümün sonuna qədər icarə qaydasıyla kömək edəcək. Londonlular yayda 33 yaşlı futbolçunun transfer hüququnu almaq imkanına malikdir. Bu mövsüm İngiltərə çempionatında 18 oyuna bir qol vuran Lui "Tottenhem"də Roman Pavlyuçenkonun yerini tutub.
Hotspurluların müdafiəçisi Sebastyan Bassonq "Vulverhempton"a icarəyə verilib. Kamerun yığmasının 25 yaşlı müdafiəçisi cari mövsümü məhz "canavarlar"ın sıralarında başa vuracaq. Stiven Pinar isə eyni statusla "Everton"a yollanıb. 29 yaşlı cənubi afrikalı 2011-ci ilin yanvarında London klubuna transfer edilənə qədər məhz "Everton"un şərəfini qorumuşdu. Bu mövsüm Premyer Liqada yalnız 14 dəqiqə meydanda görünən Stivenin Avropa Liqasında 3 oyuna çıxaraq bir qol vurduğunu qeyd edək.
Oxumaq
02.02.12  
 
Karlos Mourinyonu dəstəklədi
"Don Joze əvvəlki kimi "1" nömrədir”

İspaniyada çıxan "Marka" qəzetinin Roberto Karlosun karyerasını bitirmək qərarına gəlməsiylə bağlı "Anji" rəhbərliyinin mənfi reaksiyasından sonra səbəbkar da bu informasiyanı təkzib edib.
Oxumaq
02.02.12  
 
"Mançester Yunayted" liderliyə şərik oldu
Mançininin komandası büdrədi

İngiltərə Premyer Liqasında XXIII turun oyunlarına start verilib. İlk oyun günündə 5 qarşılaşma baş tutub. Səfərdə "Vulverhempton"la qarşılaşan "Liverpul" rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan "Liverpul" xalını 38-ə çatdırıb. "Çelsi" isə turu xal itkisi ilə başa vurub. Səfərdə "Suonsi"nin qonağı olan "zadəganlar" rəqibin müqavimətini qıra bilməyiblər və meydanı bir xalla tərk ediblər - 1:1.
Oxumaq
02.02.12  
 
Necati Atəş yenidən "Qalatasaray"da
Türkiyə Superliqasının hazırkı lideri "Qalatasaray" klubu növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, "Cim Bom" sabiq futbolçusu Necati Atəşi yenidən heyətinə qatıb. "Qalatasaray"ın mövsümün sonunda "Antalyaspor"la müqaviləsi başa çatacaq futbolçunun transferi üçün qarşı tərəfə pulla yanaşı, bir oyunçusunu da verəcəyi söylənilir. 31 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni komandasının düşərgəsinə qoşulacaq. Lakin futbolçu ilə neçə illik müqavilə imzalanacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2004-2009-cu illərdə məhz "Qalatasaray"ın şərəfini qoruyub.
Oxumaq
02.02.12  
 
“Neftçi” ilk qələbəsini qazandı
Böyükağa Ağayev iddialı danışıdı
Oxumaq
01.02.12  
 
Səhifələr : # « 1 2 3 4 5 6 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •