Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 101 102 103 104 105 106 107 108 109 » #
Milli komandamızda slovakiyalı voleybolçu!
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasına yeni legioner cəlb edilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” klubunun slovakiyalı legioneri Yana Matiasovska bundan sonra millimizin də şərəfini qoruyacaq. Artıq Azərbaycan vətəndaşlığını qəbul etmiş Yana Bakıda ailə həyatı da qurub. O, “dəmiryolçular”ın məşqçisi Famil Ağayevlə evləndiyindən, milli komandamızda Ağayeva soyadı ilə çıxış edəcək.
Oxumaq
18.05.11  
 
Maradona ilə 3,5 milyon dollar qazanacaq
Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın BƏƏ-yə üz tutacağıyla bağlı xəbərlər doğru çıxıb: Argentina yığmasının sabiq məşqçisi Dubay təmsilçisi "Əl-Vəsl"lə ikiillik müqavilə bağlayıb. Ötən həftəsonu klubun məşq bazasına baş çəkən don Dieqo qarşı tərəflə bir neçə gün danışıq apardıqdan sonra bazar ertəsi rəsmi müqaviləyə qol çəkib. "Əl-Vəsl"in vitse-prezidenti Marvan bin Bayatın sözlərinə görə, Maradonanı irəli sürülən bütün şərtlər razı salıb. Bu tərəfdaşlığı ölkəsinin adına böyük reklam kimi qələmə verən Bin Bayat məhz don Dieqonun rəhbərliyi altında böyük uğurlara imza atacaqlarına ümid etdiyini bildirib. Qeyd edək ki, braziliyalı Serxio Fariasın istefasından sonra baş məşqçisiz qalan Dubay təmsilçisi hazırda yerli çempionatda 4-cü yerdə qərarlaşıb.
Oxumaq
18.05.11  
 
Ferqyuson dilinin bəlasına düşüb
Aleks Ferqyuson cari mövsüm İngiltərə Futbol Assosiasiyasıyla (İFA) prinsipə durub. Hər halda şotland çalışdırıcı növbəti dəfə İFA-nın diqqət mərkəzinə düşüb. Belə ki, mayın əvvəllərində "Çelsi"ylə oyundan öncə Ferqyuson matçın referisi Hovard Uebb barədə maraqlı ifadələr işlətmişdi: "Uebb İngiltərənin ən yaxşı hakimidir. Buna şübhəm yoxdur. Amma biz hər kəsdən səhv addım gözləyə bilərik. Qorxuram ki, bu çempionluq mübarizəsinə mənfi təsir etsin". Düzdür, Ferqyuson burda Uebbi birbaşa heç nədə ittiham etməyib.
Oxumaq
18.05.11  
 
"Real" iki aparıcı müdafiəçisi ilə əməkdaşlığın müddətini artırıb
Pepe və Ramosun maaşları daha çox olacaq

"Real" rəhbərliyi komandanın iki aparıcı müdafiəçisi ilə əməkdaşlığın müddətini artırıb. Yeni müqavilələrə imza atanlar Pepe ilə Serxio Ramosdu.
28 yaşlı braziliyalı Pepenin əvvəlki sözləşməsi gələn mövsümün sonunda qüvvədən düşəcəkdi. Portuqaliya millisinin də şərəfini qoruyan futbolçu "Real"a yeni anlaşmaya görə daha 4 mövsüm xidmət edəcək. 25 yaşlı ispan müdafiəçi Ramos isə növbəti 6 mövsümü də ağ futbolkada keçirəcək. Pepe bundan sonra ilə 1,8 yox, 3,8 milyon avro maaş alacaq. Ramosun məvacibi isə 1 milyon artırılaraq 4,5 milyon avroya yüksəlib.
Oxumaq
18.05.11  
 
Ruslan Abışov “Neftçi”dən gedir
“Fikrimi qətiləşdirmişəm, komandadan ayrılacağam”
Oxumaq
17.05.11  
 
Foqts Rəşad Sadiqovu milli komandaya qaytardı
Azərbaycan milli komandasının mayın 20-dən 28-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək heyət açıqlanıb. Berti Foqts hazırlıqlara 22 oyunçu çağırıb. Bunlar arasında uzun fasilədən sonra yığmaya qayıdan Rəşad Sadiqov da var. NBC Bank Azərbaycan kubokunun finalına yüksəlmiş komandalar – “İnter” və “Xəzər Lənkəran”ın oyunçuları isə sonradan milliyə qoşulacaq.
Oxumaq
17.05.11  
 
Premyer Liqada yerini təmin edən klubun rəhbərliyi islahatlara başlayıb
Premyer Liqada yerini təmin edən “Turan” rəhbərliyi islahatlara başlayıb. Az öncə türk çalışdırıcı Naci Şensoyu istefaya göndərən Tovuz təmsilçisi onun istəyi ilə komandaya gətirilən futbolçuları da yola salıb. Belə ki, Şensoyun istəyi ilə komandaya cəlb edilən Georgi Beriaşvili, Boris Kondev və Martin Kerçev artıq vətənlərindədirlər. Düzdür, sonuncu ilə müqavilənin müddəti cari ilin dekabrında başa çatacaq. Buna görə də onun taleyinə yeni baş məşqçi təyin edildikdən sonra aydınlıq gətiriləcək.
Oxumaq
17.05.11  
 
"Napoli"nin böyük uğuru
Maradonanın keçmiş komandası növbəti mövsümdə İtaliyanı ÇL-də təmsil edəcək

"İnter" ilə oyun başa çatandan sonra "Napoli"nin bütün üzvləri sanki çempion olmuş kimi sevinirdi. Zarafat deyil, Dieqo Maradonanın keçmiş komandası növbəti mövsümdə İtaliyanı ÇL-də təmsil edəcək!
Oxumaq
17.05.11  
 
"Rostov" baş məşqçi problemini həll etdi
Bir neçə gün əvvəl Oleq Protasovun klub bosslarıyla qarşılıqlı razılıq əsasında müqaviləsinin pozulması "Rostov"da baş məşqçi probleminə şərait yaratmışdı. Artıq bu problem həllini tapıb. Hazırda ölkə çempionatında 9 youna 8 xalla 13-cü sıranı tutan komandanı bundan sonra Miodraq Bojoviç çalışdıracaq. Şimal qonşumuzda "Amkar", "Moskva" və "Dinamo"dakı fəaliyyətiylə tanınan çernoqoriyalı mütəxəssis sonuncu iş yeri olan "Dinamo"dan təxminən bir ay əvvəl ayrılmışdı. Maraq üçün qeyd edək ki, taleyin gərdişindən Bojoviç bu komandadan məhz "Rostov"a Rusiya kubokunun 1/4 finalındakı 1:2 hesablı məğlubiyyətdən sonra qovulmuşdu.
Oxumaq
17.05.11  
 
Kavani 50 milyon avrodur
"Napoli" rəhbərləri Edinson Kavaninin agenti ilə danışıqlara başlayıb.

Bu mövsüm A seriyasında 26 qola imza atmaqla komandasının ÇL-ə vəsiqə qazanmasında müstəsna rolu olan Uruqvay yığmasının forvardının iş yerini tərk etmək ehtimalı hələ də qalmaqdadır. Edinsonun xidmətində Avropanın bir sıra aparıcı klubları maraqlıdır. Amma neapollular 24 yaşlı futbolçunu belə tez heç yana buraxmaq niyyətində deyil. "Napoli"yə cari mövsümdən xidmət edən Kavani ötən yay "Palermo"dan transfer edilmişdi. Rəhbərlik indi onunla müqavilənin müddətini 2016-cı ilin yayına qədər artırmağa çalışır. Futbolçunun yeni müqaviləsində satış qiyməti kimi 50 milyon avro göstəriləcəyi də məlumdur.
Oxumaq
17.05.11  
 
Səhifələr : # « 101 102 103 104 105 106 107 108 109 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •