Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
Foqts karyerasını Türkiyədə davam etdirə bilər
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis “Beşiktaş” klubunu çalışdırmağa namizədlər sırasındadır.
Digər almaniyalı Bernd Şusterin istefaya göndərilməsindən sonra onu həmyerlisinin əvəzləyəcəyi iddia olunur.
Mövsümün sonunadək Tayfur Havutçuya tapşırılan komandanın yayda daha güclü mütəxəssislə əvəzlənəcəyi qaçılmazdır. Türkiyə mətbuatı isə artıq həmin posta müxtəlif çalışdırıcıların gələcəyini iddia edir.
Alman həmkarlarımız Foqtsun “Beşiktaş”ı çalışdıracağını yazır. Onun baş məşqçi olacağını iddia edən həmkarlarımız millimizin Türkiyə yığmasını məğlub etməsini almaniyalı üçün əsas üstünlük sayır.
Oxumaq
17.03.11  
 
Abidalda xərçəng xəstəliyi aşkarlanıb
“Barselona”nın futbolçusu Erik Abidal xərçəng xəstəliyinə tutulub. Apasport.az saytının məlumatına görə, Fransa yığmasının da üzvü olan müdafiəçinin qara ciyərində şiş aşkarlanıb. Erik cümə günü Barselonadakı klinikaların birində əməliyyat olunacaq. Abidalın xəstəliyindən xəbər tutan həmkarları ona dəstək olub. “Barselona”dakı komanda yoldaşları Xerard Pike ilə Andreas İnyesta, “Real”ın braziliyalı futbolçusu Kaka, “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas ona ruhdan düşməməyi, sağalması üçün dua edəcəklərini bildiriblər.
Oxumaq
17.03.11  
 
Mahir Şükürov “Neftçi”nin düşərgəsində
Bunun təşəbbüskarı millimizin baş məşqçisi Berti Foqtsdur
Oxumaq
16.03.11  
 
Lemann 42 yaşında “Arsenal”a qayıtdı
Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann karyerasını bərpa edib. Apasport.az saytının məlumatına görə, ötən yay futbolçu karyerasını bitirən 42 yaşlı Lemann uzun illər oynadığı Londonun “Arsenal” klubu ilə yarım illik müqavilə bağlayıb. Bununla da komandanın baş məşqçisi Arsen Venger qapıçı problemini həll edib. “Arsenal”in 2 polşalı qapıçısı zədə üzündən kənarda qalandan sonra yalnız ispaniyalı Manuel Almuniyanın ümidinə qalıb. Londonlular Lemannı artıq bu şənbə “Vest Bromviç”lə oyuna sifariş edə bilər.
Qeyd edək ki, Yens 2003-08-ci illərdə “Arsenal”da oynayıb. Bundan sonra vətənə dönən qapıçı “Ştutqart”da 2 il oynadıqdan sonra karyerasını bitirib. O, həmçinin Almaniyanın “Borussiya” (Dortmund) və “Şalke”, İtaliyanın “Milan” klubunda oynayıb.
Oxumaq
16.03.11  
 
“Beşiktaş”ın baş məşqçisi istefa verdi
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Bernd Şuster istefa verib. Almaniyalı mütəxəssis uğursuz olduğuna üçün ötən yaydan çalışdırdığı komandada qalmaq istəmədiyini deyərək, vəzifəsindən ayrılıb. “Beşiktaş” rəhbərliyi vəziyyəti dəyərləndirmək üçün klubun bazasında toplanacaq. İstefasından sonra alacağından imtina edən Şuster futbolçularla vidalaşmaq üçün bazaya yollanıb.
Qeyd edək ki, “Beşiktaş” qış fasiləsində bir sıra ulduz futbolçularla güclənsə də, çempionatda uğursuz çıxış edir, Avroliqadan Kiyev “Dinamo”su tərəfindən darmadağın olunmaqla, kənarlaşdırılıb.
Oxumaq
16.03.11  
 
İbrahimoviç özünü dünyanın ən güclü futbolçusu hesab edir
“Bu fikrimi heç bir amil dəyişə bilməz”

"Mən dünyanın ən güclü futbolçusuyam. Bu, təmiz həqiqətdir. Bu fikrimi heç bir amil dəyişə bilməz. İndiyədək "Qızıl top" mükafatını qazana bilməsəm də, nəyə qadir olduğuma əminəm. Ola bilsin ki, "Milan" sonuncu klubum olacaq. Karyeramı 33 yaşında bitirmək niyyətindəyəm. Böyük idmanı topa hər toxunanda bədənimin hansısa hissəsində ağrılar hiss etmədən tərk etmək fikrindəyəm". Bu sözlər Zlatan İbrahimoviçə məxsusdur...
Oxumaq
16.03.11  
 
“Neftçi” xal fərqini artırdı
“Xəzər Lənkəran" gözlənilmədən xal itirdi
Oxumaq
15.03.11  
 
“Anji”nin daha bir futbolçusu Azərbaycan yığmasında
Martın 22-dən 30-dək İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Bernard Lippertin siyahısında 21 futbolçu yer alıb. U-21-də təmsilçiliyinə əsasən aşağı dəstə təmsilçisi “Abşeron” liderdir. I divizion komandası milliyə 7 futbolçu verəcək. Premyer Liqanın turnir cədvəlinin əks qütblərində qərarlaşan “Neftçi” və MOİK hərəyə 4 oyunçu ilə İspaniya toplanışında təmsil olunacaq. Ölkə xaricində çıxış edən 3 futbolçuya da dəvət göndərilib ki, bunlar arasında Rusiya Premyer Liqasında mübarizə aparan “Anji”nin üzvü də var.
Oxumaq
15.03.11  
 
Abidal "Barselona" ilə müqaviləsini artırır
Bir neçə gün əvvəl Erik Abidalın "Barselona" rəhbərliyindən yeni təklif alacağıyla bağlı yayılan xəbərlər doğru çıxıb. Komandanın aparıcı oyunçularından sayılan fransız müdafiəçi tezliklə yeni sənədləri imzalamalıdır.
Onun hazırkı müqaviləsi 2012-ci il iyunun 30-da qüvvədən düşəcək. Erikin yeni anlaşmasının müddəti 2014-cü ilin yayına qədər nəzərdə tutulub.
Oxumaq
15.03.11  
 
Foqts Belçikaya qarşı 21 futbolçu ilə çıxır
Alman məşqçi qısa fasilədən sonra Fərhad Vəliyev, Cəmşid Məhərrəmov, Araz Abdullayevi komandaya qaytarıb

Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə rəsmi oyun üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın martın 29-da Brüsseldə keçiriləcək görüşünə 21 futbolçu çağırıb. Baş məşqçi Berti Foqts müəyyən fasilədən sonra Fərhad Vəliyev, Cəmşid Məhərrəmov, Araz Abdullayevi komandaya qaytarıb. Rəşad Sadıqovun vətənə dönüşündən sonra yeganə legionerimiz olan Mahir Şükürov siyahıya daxil edilsə də, zədəsini sağaldacağı halda milliyə gələcək.
Oxumaq
15.03.11  
 
Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •