|
|
|
Anri daha 2 həftə "Arsenal"da qala bilər
|
"Arsenal"a 2 ay müddətinə xidmət etdiyi çoxdan məlum olan Tyerri Anri bu komandada daha yarım ay qala bilər. Hər halda, Arsen Venger növbəti dəfə onunla müqavilənin müddətini artırmaq niyyətindən danışıb. Transfer hüququ "Nyu York Red Bullz"a məxsus olan fransız hücumçu londonlularla daha iki həftəlik anlaşma imzalaya bilər. Bu baş versə 34 yaşlı futbolçu Premyer Liqanın 25 və 26-cı turlarında uyğun olaraq "Sanderlend" və "Tottenhem"ə qarşı matçlarda da iştirak şansı qazanacaq.
|
Oxumaq
07.02.12
|
| |
|
|
İbrahimoviç komandasını çətin vəziyyətdə qoyub
|
Alleqri onun qırmızı vərəqəyə layiq olduğunu düşünür
"Milan"ın öz meydanında "Napoli" ilə qolsuz heç-heçəyə razılaşdığı oyunda Zlatan İbrahimoviçin qırmızı vərəqə alması ətrafında yetərincə söz-söhbət dolaşır. Əlbəttə, ötən mövsüm "rossonyerlər"in 7 illik fasilədən sonra skudettonu qazanmasında müstəsna rol oynayan və indi də komandanın titulunu qoruması üçün əlindən gələni edən İbrahimoviçin yeri gələndə oyun qaydalarını kobud şəkildə pozmasına əvvəllər də rast gəlinib.
|
Oxumaq
07.02.12
|
| |
|
|
“Rəvan” baş məşqçisini istefaya göndərib, axtarışa çıxdı
|
|
“Rəvan”ın baş məşqçi postunda dəyişiklik baş verib. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O bildirib ki, 42 yaşlı çalışdırıcı Vladislav Qədirov istefaya göndərilib: “Bu, klub rəhbərliyinin qərarıdır. Onun yerinə Bəhmən Həsənov təyin olunub. Ancaq bu, müvəqqəti təyinatdır. Yəni çempiona az qalıb və əvvəl də komandanı çalışdırmış B.Həsənov bir müddət bu vəzifəni icra edəcək. Biz yeni baş məşqçi axtarışında olacağıq”.
|
Oxumaq
07.02.12
|
| |
|
|
Subaşiç bəhanə tapdı
|
“Bakıdakı restoranı qardaşım işlədir, mən isə kiçik faiz alıram”
Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun serb əsilli futbolçusu Branimir Subaşiç Lent.az-a müsahibə verib. O, Bakıda restoran açması və şəxsi həyatı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
|
Oxumaq
07.02.12
|
| |
|
|
|
|
Milanda 8 qol
|
ilito poker, Mikkoli het-trik etdi
İtaliya çempionatında XXI turun oyunları keçirilib. Turun gözlənilməz hesabı Milanda yerli “İnter”lə “Palermo” arasındakı görüşdə qeydə alınıb. Qapılara 8 topun vurulduğu qarşılaşmada meydan sahiblərində Milito poker edib, qonaq komandadan isə Mikkoli het-trikə imza atıb.
|
Oxumaq
03.02.12
|
| |
|
|
Misir stadionunda faciə
|
73 nəfər öldü, 100 nəfər yaralandı
Misir futbolunda inanılmaz hadisə yaşanıb. Ölkənin Port Said şəhərində keçirilən "Əl Masri" - "Əl Əhli" matçından sonra yaşanan insident zamanı ən azı 74 nəfərin öldüyü, 300 nəfərin isə ağır yaralandığı bildirilir. Uzun illərdir aralarında düşmənçilik olan bu iki komandanın qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn meydan sahiblərinin azarkeşlərinin stadiona axışması ilə başlayan insidentdə ölümlərin çoxunun boğularaq və ya başa alınan zərbələrlə yaşandığı öyrənilib. Britaniyanın "BBC" kanalı isə azarkeşlərin əksəriyyətinin üzərində bıçaq olduğunu açıqlayıb. Stadionun təhlükəsizlik xidməti də baş verənlərin qarşısını almaqda çətinlik çəkib.
|
Oxumaq
03.02.12
|
| |
|
|
“Neftçi” III yer uğrunda “Terek”lə qarşılaşacaq
|
|
Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qrup mərhələsinin oyunlarına yekun vurulub. Mübarizə apardığı qrupda ikinci yeri tutmuş "Neftçi", digər qrupun ikincisi, Rusiyanın "Terek" komandası ilə qarşılaşacaq. 3-cü yer uğrunda oyun fevralın 3-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
|
Oxumaq
03.02.12
|
| |
|
|
“Rəvan” nokdaun vəziyyətində
|
Amil Ağacanovun transferini həll edə bilməyən klub qapçısız qalıb
“Çox təəssüf ki, Amil Ağacanovun komandamıza keçidi alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib. Bir neçə gün öncə 2 hücumçu ilə anlaşan paytaxt təmsilçisi qapıçı problemini də yoluna qoymağa hazırlaşırdı. Belə ki, mövsümün əvvəlində Artur Kotenko ilə anlaşan debütant sonradan estoniyalı qapıçıdan imtina etdi. Çünki ölkəsinin yığmasına da çağırılan Kotenko ilk turlarda buraxdığı səhvlərlə yadda qaldı. O, 4 oyunda qapısından 6 top buraxdı.
|
Oxumaq
03.02.12
|
| |
|
|
|