Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Neft emalı zavodunda yanğın
Yanğınsöndürənlər anbarda başlayan yanğının ətrafa yayılmasına imkan verməyiblər

Bakıda neft emalı zavodunda yanğın olub. “Kaspi” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın 4 saylı istehsalat sexində meydana gəlib. Yanğın zamanı 43 saylı qurğunun koks istehsalı üzrə “R-301” reaktor bölməsinin (4 kameradan ibarət) 2-ci mərtəbəsində 3-cü kameranın alt hissəsində qudron 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 1600 kv.m olan koks anbarında 200 kv.m sahədə koks yanıb.
Oxumaq
02.05.12  
 
Münaqişə bıçaqlanmaya səbəb olub
Həmyerlisini bıçaqlayıb hadisə yerindən qaçan şəxs tutulub

Münaqişə bıçaqlanmaya səbəb olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndində, naməlum şəxs Şəki şəhər sakini Əli Bağırova bıçaqla xəsarət yetirib. Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qəbələ rayon sakini, əvvəllər məhkum olunan Elvin Nazimli tutulub.
Oxumaq
02.05.12  
 
İmişli sakini həmkəndlisinin qulağını kəsib
Hadisə münaqişə zəminində törədilib

Münaqişə zəminində İmişli rayon sakininin qulağı kəsilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə İmişli rayonunun Hacalmuradlı kəndində baş verib. Kənd ərazisində kənd sakini Nizami Rüstəmov münaqişə zəminində həmyerlisi Seyfəddin Əhmədovun qulaqlarının bir hissəsini bıçaqla kəsib. Hadisəni törədən N.Rüstəmov İmişli RPŞ əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
Oxumaq
02.05.12  
 
«Jiquli» maneəyə çırpılıb
Yol qəzası iki nəfərin həyatına son qoyub

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Abşeron rayonu ərazisində Bakı şəhər sakini Abbas Rəsulov "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub.
Oxumaq
02.05.12  
 
Torpağa basdırılan narkotik aşkarlanıb
14 kiloqrama yaxın narkotik götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallıda torpağa basdırılan narkotik aşkarlanıb.
Oxumaq
02.05.12  
 
Mənzildən xeyli pul oğurlayan şəxs ələ keçib
Peyman Quliyev 2400 manat dəyərində qızıl əşyaları və 2880 manat pul oğurlamaqda təqsirləndirilir

Hüquq-mühafizə orqanları üç oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən oğurluq edən şəxs tutulub. Saxlanılan Tərtər rayon Düyərli kənd sakini Peyman Quliyev həmyerlisi Əvəz Səfərovun evindən 2400 manat dəyərində qızıl əşyaları və 2880 manat pul oğurlamaqda təqsirləndirilir.
Oxumaq
02.05.12  
 
Ehtiyatsızlıq üç nəfərin canını alıb
Üç nəfər bədbəxt hadisənin qurbanı olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Göygöl rayonunun Şəhriyar kənd sakini İntizam Nəbiyev evində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
Gəncə çayının Göygöl rayonunun ərazisindən keçən hissəsində, Daşkəsən rayon sakini Toğrul Eyyubov çimərkən suda boğulub. T.Eyyubovun sudan çıxarılması üçün tədbirlər görülür.
Yevlax rayonu ərazisindəki su anbarında isə Mingəçevir şəhər sakini Şəmsi Həmidov çimərkən suda boğulub.
Oxumaq
02.05.12  
 
Portağalın içərisində narkotik
Cəzaçəkmə müəssisəsinə bu yolla narkotik keçirilməsinin qarşısı alınıb

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə ötürmək cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimayyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, narkotik vasitənin portağalların içərisində keçirilməsinə cəhd edilib. Belə ki aprelin 30-da əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs Babayev Fuad İlqar oğlu üçün vətəndaş Əsgərov Elvin İnşallah oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman portağalların içərisindən sellofana bükülmüş 6 (altı) büküm ümumi xalis çəkisi 4.047 qram narkotik vasitə olan "tiryək" və 4 (dörd) büküm ümumi xalis çəkisi 0.89 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Oxumaq
02.05.12  
 
Meyxanaçı sintezator oğurlayıb
Ulvira Qarayevanın əri  növbəti “qəhrəmanlığı” “Zəngin süfrə” kafesində edib
Oxumaq
01.05.12  
 
Vərəm dispanserində intihar
Gözətçi özünü asaraq həyatına son qoyub

Vərəm dispanserində intihar hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zığ qəsəbəsində yerləşən 6 saylı Vərəm Dispanserində qeydə alınıb. Orada gözətçi işləyən 54 yaşlı İsmayıl Abbasov dispanserin damında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Oxumaq
01.05.12  
 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •