Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
«Hyundai» ağaca çırpılıb
Yol qəzası 4 nəfərin həyatına son qoyub

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən  məlumata görə, Qax rayonu ərazisində şəhər sakini Qalib Heydərov "Hyundai" markalı avtomaşını idarə edərkən onu ağaca vurub.
Oxumaq
19.01.12  
 
Paytaxtda bomba həyəcanı
Yasamal bazarına bomba qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb

Paytaxtda bomba həyəcanı yaşanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən  məlumata görə, özünü Elxan Həsənov kimi təqdim etmiş şəxs mobil telefonla "102 Zəng Xidməti"nə zəng edərək, telefonuna gizli nömrədən zəng etmiş Humay adlı şəxsin Yasamal rayonu ərazisindəki bazara bomba qoyulmasını ona deməsi  barədə məlumat verib. Müvafiq tədbirlər görülsə də, məlumat təsdiqini tapmayıb. Hazırda  E.Həsənovun tapılması istiqamətində tədbirlər görülür.
Oxumaq
19.01.12  
 
24 yaşlı oğlan intihar edib
Göyçayda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, Göyçay şəhəri Hüsü Hacıyev küçəsi, 13 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Malik İbrahimli yanvarın 14-də sirkə turşusu içərək intihar edib.
Ağır vəziyyətdə əvvəlcə Göyçay Mərkəzi rayon Xəstəxanasına çatdırılan, oradan isə təcili Baklıya aparılan M. İbrahimli yolda keçinib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil.
Oxumaq
17.01.12  
 
Azərbaycanda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
Göyçay rayonunda mikroavtobusla minik avtomobili toqquşub. APA-nın məlumatına görə, hadisə yanvarın 16-da saat 17.00 radələrində Ucar-Göyçay yolunda, Göyçay rayonunun Xəlilli kəndi ərazisində baş verib. Ucar-Göyçay marşrutu üzrə hərəkət edən “RAF” markalı, 10 LC 289 dövlət nömrə nişanlı mikroavtobusla 10 TM 371 dövlət nömrə nişanlı, “QAZ 3110” markalı avtomobil toqquşub.
Oxumaq
17.01.12  
 
Daha üç nəfər dəm qazının qurbanı olub
Yasamalda iki qadın, zərdabda isə kriminal avtoritet boğulub

Daha üç nəfər dəm qazının qurbanı olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə,  hadisə Yasamal rayonunda qeydə alınıb. Yasamal rayonu ərazisində yaşayan Aysel Əliyeva evində tanışı Fərqanə Tapdıqova dəm qazından zəhərlənərək dünyasını dəyişib. 
Zərdab rayonunda isə Şirin Hüseynov hamamda çimərkən dünyasını dəyişib.
Oxumaq
17.01.12  
 
Mənzilində əxlaqsızlıq yuvası təşkil edən şəxs yaxalanıb
Mənzilində əxlaqsızlıq yuvası təşkil edən şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Valentina Mironenkodur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Valentina Mironenko N.Tusi küçəsindəki mənzilində əxlaqsızlıq yuvası saxlamaqda təqsirləndirilir. O, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edirmiş.
Oxumaq
17.01.12  
 
Vətəndaşlardan xeyli narkotik götürülüb
Cəlilabad sakini narkotiki könüllü təhvil verib

Vətəndaşlardan xeyli narkotik götürülüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Firudin Axundovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış keçirilib. Bu zaman əvvəllər məhkum olunan Nəcimə Nağıyevaya məxsus 4 kiloqram 589,6 qram tiryək aşkar edilərək götürülüb.
Oxumaq
17.01.12  
 
Qaçırılan iki avtomobil sahibinə qaytarılıb
Qaçırılan iki avtomobil sahibinə qaytarılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi qəsəbə sakini Sakit Kərimova məxsus "VAZ-2107" markalı avtomaşın evinin qarşısından qaçırılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Binəqədi qəsəbə sakinləri Vüsal Mehdiyev və Kənan Məmmədov Yeni Suraxanı qəsəbəsi ərazisində Suraxanı RPİ əməkdaşları tərəfindən tutulub. Hər iki şəxs Binəqədi RPİ-yə təhvil veriliblər.
Oxumaq
17.01.12  
 
Açıq qalan kassadan oğurluq
Açıq qalan kassadan oğurluq edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində Bakı şəhər sakini Vadim Məmmədova məxsus mağazanın kassasından 520 manat pulu açıq yolla talayıb qaçan şəxs tutulub.
Oxumaq
17.01.12  
 
Gecə barında kütləvi dava salanlar tutulub
2 nəfər yaralandığı dava siqaret üstündə düşüb

Paytaxtın Nəsimi rayonunda yerləşən gecə barındakı qanlı hadisənin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Nicat Talıbova bıçaqla xəsarət yetirən, onun qardaşı Muradı isə döyən şəxslər saxlanılıb. Saxlanılanlar Bakı şəhər sakinləri Toğrul Dəmirov, Famil Hacıyev, Məhəmməd Məmmədov, Elsevər Xanlarovdur. Hadisənin digər iştirakçısının Yevlax rayon sakini  Ruslan İmanov olduğu müəyyənləşdirilib və hazırda onun tutulması üçün tədbirlər görülür.
Oxumaq
17.01.12  
 
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •