|
MDB-də məşhur olan oğru qadınlar azadlığa buraxılıblar
|
Səbəb onların himayəsində südəmər körpələrin olmasıdır
Bakı şəhərində postsovet məkanının ad çıxarmış qadınlardan ibarət cinayətkar dəstəsi peyda olub. Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, dəstənin üzvləri Nigar Bəkirova və Fatma Məmmədova noyabrın 29-da tutulublar.
|
Oxumaq
01.12.11
|
| |
|
|
|
|
Borca görə girovluqda saxlanılan şəxslər azad edilib
|
Mehman Vahabzadə və Samid Mikayılovun 3 milyon manat borclarının olduğu da müəyyən edilib
Girovluqda saxlanılan şəxslər azad edilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə borc üstündə törədilib. Belə ki 2011-ci il noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində - Dəyanət Əkbər oğlu İsmayılova məxsus ofisdə girov saxlanmaları barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
|
Oxumaq
30.11.11
|
| |
|
|
|
|
Molla mollanı maşınla vurub öldürüb
|
|
Ağdaş rayon sakini avtomobil vurması nəticəsində ölüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Yuxarı Ləki kənd sakini, 1968-ci il təvəllüdlü Mehdiyev Vidadi Zeynal oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Vidadi Mehdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
|
Oxumaq
30.11.11
|
| |
|
|
1 ölü, 6 zəhərlənmə
|
Dəm qazı can almaqda davam edir
Abşeron rayonu ərazisində ölüm hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Xırdalan şəhər sakini Elnur Ağaverdiyev dərmandan zəhərlənib. O, xəstəxanaya aparılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
30.11.11
|
| |
|
|
Avtomobildən 218 min dollar oğurlanıb
|
Oğurluq şirkət rəhbərinin avtomobili tıxacda dayanan zaman baş verib
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. Nərimanov rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, maşınından külli miqdarda pul oğurlanan şəxs “Diva” şirkətinin rəhbəridir. Oğurluq şirkət rəhbərinin avtomobili Həsən Əliyev küçəsində tıxacda dayanan zaman baş verib.
|
Oxumaq
30.11.11
|
| |
|
|
Dayanacaqda avtobus gözləyən kişi qəflətən ölüb
|
|
Bakı şəhərində səhər saatlarında meyit aşkar edilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə səhər təxminən saat 09:20-də “Xalqlar Dostluğu” metrosunun yaxınlığında baş verib. Çağırışla hadisə yerinə yollanan tibbi personal 60 yaşında kişi meyiti aşkarlayıb. Həkimin çağırışı əsasında hadisə yerinə Xətai rayonu 35-ci Polis Bölməsindən əməkdaşlar gəliblər və meyit polisə təhvil verilib.
|
Oxumaq
30.11.11
|
| |
|
|
Taksi sürücüsünü soyan dostların məhkəməsi yekunlaşıb
|
Təqsirləndirilən şəxslərin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə quldurluqla məşğul olan şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında 29 yaşlı Samir Əhmədov və 21 yaşlı Yusif Salayevin məhkəməsi başa çatıb. Təqsirləndirilən şəxslər Lənkəran rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
|
Oxumaq
30.11.11
|
| |
|
|
Abşeronda zəncirvari qəza
|
Üç nəfər yol qəzasının qurbanı olub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Abşeron rayonu ərazisində zəncirvari qəza olub. Şamaxı şəhər sakini Zahid Əkbərovun idarə etdiyi "VAZ-21013" markalı, Hökməli kənd sakini Hacıqulu Abbasovun idarə etdiyi "VAZ-210742 markalı və Sabirabad rayon sakini Sakit Bağırovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub. Nəticədə Z.Əkbərov hadisə yerində dünyasını dəyişib. H.Abbasovun xəsarət alan sərnişini Mahir Rəsulov isə xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
30.11.11
|
| |
|
|
|