|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
|
Qəsdən adam öldürməyə cəhdə ittiham olunan şəxsin məhkəməsi yekunlaşıb
|
Məhkəmənin hökmü ilə İman Sarıyev 7 il müddətinə azadlıqdan məhrum edilib
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhdə ittiham olunan şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Gəncə şəhər sakini İman Sarıyev cavab verib. Hadisəyə gəlincə İ.Sarıyev 2010-cu il noyabrın 18-də Gəncə şəhəri ərazisində münaqişə zəminində həmyerlisi Rasim İbrahimova bıçaqlayaraq öldürməyə cəhd edib. R.İbrahimova vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Sarıyev tutularaq məsuliyyətə cəlb olunub. Məhkəmənin hökmü ilə İ.Sarıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
04.08.11
|
| |
|
|
Beş yaşlı övladını qətlə yetirən valideynlərin məhkəməsi davam etdirilib
|
Şahlar Həsənov son söz deyə bilməsə də, Rəbiyyət Osmanova hakimdən ədalətli cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə 5 yaşlı övladını qətlə yetirən valideynlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısında Şahlar Həsənov və Rəbiyyət Osmanova cavab verir. Hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələrinə əsasən ittiham olunurlar.
|
Oxumaq
04.08.11
|
| |
|
|
Xaçmazda ağır qətl
|
Evdən çıxıb geri qayıtmayan gəncin meyiti Nabranda tapılıb
Xaçmazda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qətlə yetirilən Quba rayon sakini olub. Belə ki, avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz RPŞ-nə müraciət edərək bildirib ki, cari il iyulun 30-da saat 08.00 radələrində, oğlu Cümşüd "Hyundai Santa Fe" markalı avtomaşınında evdən çıxıb və geri qayıtmayıb. Avqustun 2-də saat 20.40 radələrində Nabran kəndindən Tel kəndinə gedən yolun kənarında C.Xudaverdiyevin bıçaqla qətlə yetirilən meyiti tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.
|
Oxumaq
04.08.11
|
| |
|
|
Dayı bacısı oğlanlarına qarşı silah işlədib
|
Hadisəyə səbəb qohumlar arasındakı münaqişə olub
Ağcabədidə dayı bacısı oğlanlarına qarşı silah işlədib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə avqustun 2-də saat 15.45 radələrində baş verib. Ağcabədi şəhərinin ərazisində, şəhər sakini Rasim Məmmədov ov tüfəngindən atəş açaraq qohumları Elçin Məmmədov və onun qardaşı Natiqi yaralayıb. Hadisəyə səbəb isə qohumlar arasındakı münaqişə olub. Daha sonra R.Məmmədov könüllü olaraq Ağcabədi RPŞ-yə gəlib. O, hadisəni törədərkən istifadə etdiyi 1 ədəd ov tüfəngini polisə təhvil verib. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
04.08.11
|
| |
|
|
"Toyota Prado" aşdı
|
İki nəfər öldü, bir ailənin 4 üzvü yaralandı
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Salyan rayonunun Qarabağlı kəndinin ərazisində, kənd sakini Ülvi Rüstəmov "Toyota Prado" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişin Alim Cəfərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəsarət alan Ü.Rüstəmov və digər sərnişinləri - Elşən Orucov, onun arvadı Səmiyə, uşaqları 9 yaşlı Murad və 2 yaşlı Nicat isə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Ü.Rüstəmovun da həyatını xilas etmək mümkün olmayıb.
|
Oxumaq
04.08.11
|
| |
|
|
Rüşvət alan və dələduzluq edən dəstə üzvlərinin məhkəməsi yekunlaşıb
|
Dəstə üzvləri 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilib
Bakı Ağır Cəza Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə rüşvət almaqda ittiham olunan şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Dövlət Gömrük Komitəsi və özəl şirkət əməkdaşlarından ibarət 11 nəfərlik dəstə cavab verib. Müttəhimlər kürsüsündə əyləşən Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılovl, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompüter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev, özəl şirkət əməkdaşları - Gülnarə Mehdiyeva, Tofiq Kazımov, Elmira Bədirova, Rövşən Rüstəmov, Yasəf Abbasov, Həsənağa Məmmədov, Zəfər Süleymanov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham ediliblər.
|
Oxumaq
03.08.11
|
| |
|
|
|
|
Ailə münaqişə qətllə sonuclanıb
|
Oğul atasının həyatına son qoyub
Paytaxtda dəhşətli qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə avqustun 2-də saat 00.10 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 17 yaşlı Rəcəb Şumalov ailə münaqişə zəminində atası Cahandarı bıçaqla qətlə yetirib. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şumalov tutulub. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
|
Oxumaq
03.08.11
|
| |
|
|
İş adamları pul mübahisəsini silahla həll edib
|
Bir-birinə qarşı silah işlədən hər iki şəxs saxlanılıb
Sumqayıt şəhərində silahlı insident yaşanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Sumqayıt şəhərindəki "Həyat" şirkətinin ərazisində qeydə alınıb. Oranın sahibi Kamil Abbasovla ona pul borcu olan Sabitlik və İnkişaf Mərkəzinin sədri, Bakı şəhər sakini Rasim Məmmədov arasında münaqişə baş verib. Bu zaman onlar bir-birini silahla hədələyib. Bundan sonra isə K.Abbasov R.Məmmədovu döyüb və ona məxsus "Toyota Lexus" markalı avtomaşına qismən ziyan vurub. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Abbasov və R.Məmmədov saxlanılıb. K.Abbasovdan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd pnevmatik tapança, R.Məmmədovdan isə 1 ədəd pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
03.08.11
|
| |
|
|
Mal-qara oğruları tutulub
|
Gürcüstandan oğurlanan mallar Azərbaycanda tapılıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Gürcüstan ərazisindən oğurlanan mallar Azərbaycanda aşkarlanıb. Belə ki, iyulun 19-da Gürcüstan vətəndaşı Rüfət Məmmədov bir qrup şəxslə əlbir olaraq Gürcüstanın Siqnax rayonu ərazisində yaşayan Əzəlxan Şirinova və onun əmisi Şıxəliyə məxsus fermadan 20 baş inəyi oğurlayıb.
|
Oxumaq
03.08.11
|
| |
|
|
|
Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
|
|