|
İki nəfər bədbəxt hadisənin qurbanı olub
|
Dörd yaşlı uşaq su kanalına düşərək dünyasını dəyişib
Ötən gün də iki nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, onlardan biri azyaşlı olub. Belə ki Cəlilabad rayonunun Sabirabad kənd sakini 4 yaşlı Ümüd Məmmədov su kanalına düşərək boğulub. Daha bir boğulma hadisəsi isə Şabranda olub. Şabran rayon sakini Nadirşah Seyidov Samur-Abşeron kanalında çimərkən boğulub.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Benzindaşıyan maşın minik avtomobili ilə toqquşub
|
Nəticədə 31 ton benzin ətrafa dağılıb
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Yevlax rayonu ərazisində benzindaşıyan maşın minik avtomobili ilə toqquşub. Belə ki rayonun Salahlı kəndi ərazisində, rayon sakini Nəbi Əliyevin idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Bayram İsgəndərovun idarə etdiyi "Azpetrol"-a məxsus yükü benzin olan "KamAZ" markalı avtomaşınlar toqquşub. Qəzadan sonra "KamAZ" markalı avtomaşın aşıb. Nəticədə maşında olan 31 ton benzin ətrafa dağılıb. Xəsarət alan hər 2 sürücü xəstəxanaya yerləşdirilib. Hadisə zamanı dağılan benzinin təmizlənməsi üçün müvafiq tədbirlər görülüb.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Xəyanət söz-söhbətinə görə törədilən cinayət
|
Azyaşlıların gözü qarşısında həyat yoldaşını öldürmək istəyən şəxsə 11 il 3 ay həbs cəzası verilib
Ailədə olan bəzi münaqişələr balacaların gözləri qarşısında törədilir. Bu isə həmin azyaşlıların hafizəsinə ömürlük həkk olunur. Hadisəni törədən cəzasını çəkib azadlığa çıxsa da, azyaşlılar gözləri qarşısında törədilən qətlin təsirindən ömrü boyu çıxa bilmirlər. Qazax rayonunun Çaylı kəndində törədilən hadisə də bu qəbildəndir. Kənd sakini İsgəndər Qocayev arvadının həyatına sui-qəsd etməkdə ittiham olunub.
|
Oxumaq
20.08.11
|
| |
|
|
«Əli ilə baltanı tutmaq istədikdə, baş barmağı kəsilir»
|
Məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində dindirilən İsgəndər ibtidai istintaq zamanı ona elan edilən ittiham üzrə özünü təqsirli bilib və törətmiş olduğu cinayət əməlini tam etiraf edib. O, ifadəsində göstərib ki, Ülviyyə Məmmədova ilə 2001-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan iki uşaqları anadan olub. Hadisədən təxminən bir neçə ay əvvəl İsgəndər Rusiya Federasiyasında olarkən, arvadı Ülviyyənin ona xəyanət etdiyini eşidir. Bu məsələni araşdırmaq üçün yaşadığı kəndə gəlir.
|
Oxumaq
20.08.11
|
| |
|
|
Qadın balta və bıçaqla onu qətlə yetirmək istəyən ərini bağışlayıb
|
|
Zərərçəkmiş qismində dindirilən Ülviyyə Məmmədova məhkəməyə verdiyi ifadəsində göstərib ki, əri İsgəndərə xəyanət etməsi barədə yaşadıqları kənddə söz-söhbət yaranıb, bu səbəbdən də onların arasında narazılıq yaranıb. Qadın ərinə kənddə danışılanların yalan olduğunu desə də, İsgəndər inanmayıb. Bundan sonra İsgəndər həyat yoldaşından ayrılacağını söyləyib həmin kənddə yaşayan atasının evinə gedir: «Bu ilin yanvar ayının 10-da gecə təxminən saat 24.00 radələrində İsgəndər mobil telefonuma zəng vuraraq evdə kimin olduğunu soruşdu.
|
Oxumaq
20.08.11
|
| |
|
|
«Atamın əlində balta olduğunu, anamın isə başının ortasını iki əli ilə tutduğunu gördüm»
|
|
Şahid qismində dindirilən hadisə vaxtı 7 yaşı olan Zərifə Qocayeva isə ifadəsində göstərib ki, gecə qardaşı Mehdi ilə evdə yatarkən anasının qışqırıq səsinə yuxudan ayılıb. Anasının qışqıraraq ağladığını və üz-gözünün qan içində olduğunu görən Zərifə qorxduğu üçün evdən həyətə qaçır. Zərifə yaxınlıqda yaşayan qonşuya gedir. Bir qədər sonra isə atası qardaşı Mehdini qucağında gətirərək onu qonşuya verir. Zərifə bundan artıq heç nə xatırlamadığını bildirir.
|
Oxumaq
20.08.11
|
| |
|
|
Şahidlər ifadə verdi
|
2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib
2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışında şahidlər dindirilib. İsrəfilov Elnur Arif oğlu, Alışlı Arif Hacbala oğlu, Eyvazov Zülfüqar Xeyrulla oğlu və Kərimov Sahib Fərman oğlunun Cinayət Məcəlləsinin 233 və 186.1-ci maddələri ilə, Həsənov Babək Qəzənfər oğlu və Həsənov Elşən Abduləziz oğlunun CM-nin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı avqustun 5-də Səbail rayon məhkəməsində davam etdirilib.
|
Oxumaq
06.08.11
|
| |
|
|
Övladını öldürən valideynlərə hökm oxundu
|
Ata və ögey ananın hər biri 15 il müddətinə azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə 5 yaşlı övladını qətlə yetirən valideynlərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qarşısında Şahlar Həsənov və Rəbiyyət Osmanova cavab verir. Hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələrinə əsasən ittiham olunurlar. Məhkəmənin hökmü ilə təqsirləndirilən Şahlar Həsənov və Rəbiyyət Osmanovanın hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
05.08.11
|
| |
|
|
Vidadi İsgəndərovun məhkəməsində şok olay
|
Keçmiş deputatlığa namizəd şahid kimi ifadə verən şəxsin "başını kəsdirəcəyi" ilə hədələyib
Parlament seçkilərində namizədliyini irəli sürmüş Vidadi İsgəndərovun barəsində cinayət işi üzrə məhkəmə baxışı davam edir. Trend-in məlumatına görə, 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində seçkini pozmağa yönəlmiş hərəkətlər etmiş Vidadi İsgəndərovun barəsində cinayət işinin məhkəmə baxışı avqustun 3-də Göyçay rayon məhkəməsində davam etdirilib.
|
Oxumaq
04.08.11
|
| |
|
|
Kolbasa sexində dəhşətli partlayış baş verib
|
Üç nəfər ölüb, bir nəfər isə yaralanıb
Paytaxtda fəaliyyət göstərən kolbasa sexlərindən birində güclü partlayış olub. Hadisə avqustun 3-ü səhər saat 09.30 radələrində Ağa Nemətulla küçəsində yerləşən ət məhsulları istehsal edən sexdə baş verib. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə yaralanıb. Partlayış dalğası güclü olduğundan meyitlər parça-parça olub. Bu səbəbdən ölənlərin şəxsiyyətini müəyyənləşdirmək çətinləşib. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
|
Oxumaq
04.08.11
|
| |
|
|
|