Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
Oğurluq edən dəstənin əlavə cinayətləri üzə çıxıb
Oğurluq edənlərdən ikisi Gürcüstan vətəndaşıdır

Hüquq-mühafizə orqanları bir neçə cinayətin üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, oğurluq etdiyinə görə saxlanılan paytaxt sakinlərinin əlavə cinayətləri üzə çıxıb. belə ki, Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulan Ramin Vəliquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakinləri Yavər Əliyev və İlqar Hacıyev ilə birgə İqbal Rufullayevə, Faiq Ağayevə, Məhsəti Ağalarovaya, Namiq Hacıyevə və Şahin Mirzəyevə məxsus mağazalardan oğurluq etmələri də müəyyən edilib.
Oxumaq
20.01.12  
 
Münaqişə bıçaqlanma ilə nəticələnib
Hadisəni törədən şəxs yaxalanıb

Goranboyda münaqişə bıçaqlanma ilə nəticələnib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən  məlumata görə, hadisə Goranboy rayonunun Qarqucaq kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini Eşqin Nəcəfov münaqişə zəminində kənd sakini Yalçın Muxtarlıya bıçaqla xəsarət yetirib. Daha sonra hadisə yerindən qaçan Eşqin Nəcəfovu Goranboy RPŞ əməkdaşları yaxalaya bilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
19.01.12  
 
Fərarilik edən hərbçilər cəzalandırılıb
Xəzər Lalayev 2 il 6 ay, Sərvət Zərbəliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Füzuli Hərbi Məhkəməsində hərbi hissəni özbaşına olaraq tərk etməkdə ittiham olunan hərbi qulluqçunun məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Xəzər Lalayev cavab verib. İttihama görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Xəzər Lalayev xidmət yerini özbaşına tərk etməkdə ittiham edilib. Məhkəmənin hökmü ilə X.Lalayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Füzuli Hərbi Məhkəməsində dünən daha bir hərbi qulluqçunun məhkəməsi başa çatıb. Hərbi hissədə əsgər yoldaşına qarşı işgəncə verməkdə və fərarilikdə ittiham olunan Sərvət Zərbəliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Zərbəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
19.01.12  
 
Nazirlik əməkdaşının məhkəməsi başlayıb
Məhkəmə qarşısında əlillik dərəcəsinin verilməsinə görə rüşvət alan şəxs cavab verir

Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşını məhkəməsi başlayıb. Məhkəmə qarşısında nazirliyin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev cavab verib. V.Gülmalıyev rüşvətxorluqda təqsirləndirilir. Belə ki, II qrup əlil Talıb Fərəcov təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edib.
Oxumaq
19.01.12  
 
Oğurluqla məşğul olan qadına hökm oxunub
7 il həbs cəzası alan hamilə qadın cəzasını 8 ildən sonra çəkməyə başlayacaq

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə oğurluqla məşğul şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında 42 yaşlı Şəki sakini Münəvvər Mustafayeva cavab verib. M.Mustafayeva Cinayət Məcəlləsinin 177.3.3-cü (oğurluq) maddəsi ilə ittiham edilib.
Oxumaq
19.01.12  
 
Hərbi hissədə bədbəxt hadisə baş verib
Azərbaycanda N saylı hərbi hissənin bir əsgəri ölüb, ikisi yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgərimiz isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.
Oxumaq
19.01.12  
 
Bakıda 71 yaşlı qadın soyuldu
Bakının Nərimanov rayonunda yaşlı qadına qarşı cinayət törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs Bakı sakini 71 yaşlı Tərlan Hacıyevaya qarşı zor tətbiq edərək çantasını alıb. Onun çantasının içərisində 35 manat, 100 dollar pul, sənədlər, açarlar, 2 gümüş sırğa və mobil telefon olub. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.
Oxumaq
19.01.12  
 
Taksi sürücüsü müştərisinin qurbanı oldu
Göygöl rayonunda yaşlı taksi sürücüsü bıçaqlanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Hacıməlik qəsəbəsində Gəncə şəhər sakini 65 yaşlı Mircamal Tağıyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Mircamal Tağıyev ifadəsində göstərib ki, idarə etdiyi “VAZ-21011” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Hacıməlik qəsəbəsinə gedəcəyini bildirib. Mənzil başına çatdıqdan sonra isə aralarında baş verən münaqişə zamanı həmin adam ona bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıb. Hazırda polis əməliyyat-axtarış tədbirləri aparır.
Oxumaq
19.01.12  
 
21 yaşlı gənc faciəvi şəkildə öldü
Gənc oğlan avtoqəzanın qurbanı olub. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı-Qazax yolunun 316-cı kilometrliyində Şəmkir sakini 23 yaşlı Anar Bayramov idarə etdiyi “Mercedes E-240” markalı avtomobillə Cinli Bolsulu kənd sakini 21 yaşlı Arzu Tağıyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən Arzu Tağıyev orada keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxumaq
19.01.12  
 
Üç gün əvvəl nişanlanmış oğlan ailəsini yasa batırdı
Mərhum Coşqun Rəhimov son ismarıcını da nişanlandığı qıza yazıb:  "Cənnətdə görüşərik"

Qax rayonunda nişanlı oğlan özünü öldürüb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Ləkit Kütüklü kənd sakini, 22 yaşlı Coşqun Rəhimov özünü ağacdan asıb. İşi araşdıran Qax rayon prokurorluğunun müstəntiqi İlqar Səfərov Milli.Az-a açıqlamasında bildirdi ki, mərhumun meyiti dünən səhər saatlarında kənd ərazisindəki meşə zolağında asılmış vəziyyətdə aşkarlanıb. O, özünü bel kəməri ilə ağacdan asıb.
Oxumaq
19.01.12  
 
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •