|
Qətl törədib hadisə yerindən qaçan şəxs tutulub
|
|
Paytaxt polisi qətl hadisəsinin üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirqələm Məmmədov tutulub. Bakı şəhər sakini P.Məmmədov sentyabr 2-də Niyaməddin Sailovu bıçaqla qətlə yetirdikdən sonra hadisə yerindən qaçmışdı. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Goranboyda bıçaqlanma
|
Anasının döyüldüyünü görən qız qonağı bıçaqlayıb
Goranboyda bıçaqlanma faktı qeydə alınıb. Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində qeydə alınıb. Kənd sakini Tünzalə İsmayılova ilə onun evində qonaq olan Rəşad Rzayev arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Rzayev ev sahibəsini döyüb. Anasının döyüldüyünü görən 16 yaşlı Mədinə (ad şərtidir) mətbəx bıçağını götürərək qonağa bir neçə zərbə vurub. Nəticədə R.Rzayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Mədinə isə saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Toyda faciə
|
Rusiyadan məclisə qonaq gələn şəxs ürək tutmasından dünyasını dəyişib
Dünən paytaxtda keçirilən toy mərasimində bədbəxt hadisə qeydə alınıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisindəki “Filiz” şadlıq sarayında baş verib. Həmin məclisə qonaq qismində dəvət olunan 1962-ci il təvəllüdlü Mətləb Osmanovun səhhəti qəflətən pisləşib. Rusiya vətəndaşı olan və Bakıya toyda iştirak etmək üçün gələn M.Osmanovun ölümünə səbəb ürək tutması olub. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Paytaxtda törədilən ağır qəza ilə bağlı rəsmi məlumat yayılıb
|
Yol qəzası törədən 4 sürücü saxlanılıb
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Bakının Nizami rayonu ərazisində, şəhər sakini Ramin Əzizov "Mersedes" markalı avtomaşını idarə edərkən üç piyadanı vurub. Nəticədə sürücünün həmyerlisi Svetlana Şahverdiyeva, Neftçala rayon sakinləri Nuru Mustafayev və onun oğlu Vüsal hadisə yerində dünyasını dəyişib.
|
Oxumaq
06.09.11
|
| |
|
|
Ali məhkəmənin hakiminin həyat yoldaşını qətlə yetirən şəxsin məhkəmə istintaqı yekunlaşıb
|
Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə qəsdən adam öldürmədə təqsirləndirilən Xalidə Əhmədovanın məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında cavab verən Xalidə Əhmədova Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirməkdə ittiham olunur. Dünənki prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Çörək kəsdiyi şəxsi öldürməyə cəhd edən şəxsə cəza verilib
|
Emil Əlizadə 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə qəsdən adam öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Cəlilabad rayon sakini Emil Əlzadə cavab verib. E.Əlizadə Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Üç nəfəri qətlə yetirən şəxs məhkəmə qarşısında
|
Məhkəmə qarşısında cavab verən Yusif Mehdiyev həyat yoldaşı və onun iki bacısı uşağının həyatına son qoyub
Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və onun iki bacısı uşağını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Yusif Mehdiyev cavab verir. Y.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə ittiham olunur.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Saxta tələbə bileti müəyyən edilib
|
Paytaxt sakini saxta tələbə biletini 6 000 manata satıb
Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta tələbə bileti satışının üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə 2008-ci ildə törədilib. Araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini Faiq İbrahimov 2008-ci ilin avqust ayının 18-də Balakən rayon sakini Günay Şindiyevanın etimadını qazanaraq ondan 6000 manat alıb və əvəzində ona saxta tələbə bileti verib. Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanıb.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Marşrutda oğurluq
|
Sərnişinin cibinə girən Naxçıvan sakini tutulub
Avtobusda oğurluq edən şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Naxçıvan şəhər sakini Emin Əliyevdir. E.Əliyev 125 ¹-li xətt avtobusunda Bakı şəhər sakini İbrahim Məmmədovun cibindən 51 manatını oğurlayıb. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
03.09.11
|
| |
|
|
Mənzilin zirzəmisindən 8,5 kiloqram civə tapılıb
|
|
Gəncə sakinin mənzilindən silah və civə tapılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Hüseyn Əkbərovun mənzilinə baxış keçirilib. Nəticədə həmin mənzilin zirzəmisindən 2 ədəd qumbara, 66 ədəd müxtəlif çaplı güllə və 8,5 kiloqram ağ civə aşkar edilərək götürülüb. H.Əkbərov tutulub və faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
03.09.11
|
| |
|
|
|