Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 54 55 56 57 58 59 60 61 62 » #
17 il əvvəl dünyasını dəyişən əmisinə görə alınan qisas
Məhkəmə odlu silahla qətl törədən Vasif Rəsulzadəni məcburi müalicəyə göndərib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Binə” Ticarət Mərkəzində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Vasif Rəsulzadə cavab verib. 
Oxumaq
07.09.11  
 
Şantaj olunmuş qadın başına gələnlərin səbəbini açıqladı
"O, məni pul üstündə vurub, amma ailəmin qarşısında biabır etmək istəyir".

Şəmkir rayonunda iyulun 4-də baş vermiş qanlı hadisə zamanı bıçaqlanan zərərçəkmiş qadın Milli.Az xəbər portalına hadisənin təfərrüatları ilə bağlı məktub ünvanlayıb. Zərərçəkmiş Gülnaz Yusifovanın portala yazdığı məktubda deyilir:
Oxumaq
07.09.11  
 
Adam oğurluğu ilə məşğul olan Çin vətəndaşlarına hökm oxunub
Dəstə üzvləri 11 ildən 13 ilədək müddətə həbs cəzası alıb

Bakı Ağır Cəza Məhkəməsində hakim Əlisoltan Osmanovun sədrliyi ilə adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Ci Fonq Pinq, Hu Ye və Vanq Li Yonq, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van, Jhen Si Hun və Yu Huen cavab verib.  İttihama əsasən, dəstə üzvləri 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq, Bakı şəhərinə gətiriblər.
Oxumaq
07.09.11  
 
İki nəfəri qətlə yetirən şəxs ələ keçib
Cinayət barədə ilkin məlumatı hadisəni törədən şəxsin həyat yoldaşı verib

Bakının Xətai rayonunda iki nəfəri qətlə yetirib hadisə yerindən qaçan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan 64 yaşlı Nail Abaydulin Rəşidoviçdir.  Xətai rayon Polis İdarəsinin və 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat –axtarış tədbirləri nəticəsində saxlanılan Nail Abaydulin törətdiyi əməli etiraf edib.
Oxumaq
07.09.11  
 
Ticarət mərkəzindən güzgü oğurlayan bacılar saxlanılıb
Başqa bir qadın isə mobil telefon oğurlayarkən yaxalanıb

Hüquq-mühafizə orqanları dörd oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, "Binə" ticarət mərkəzində mağazadan oğurluq edən şəxslər tutulub. Saxlanılanlar Bakı şəhər sakinləri Amaliya və Şahəstə Əliyeva bacılarıdır.  Onlar «Binə» ticarət mərkəzində Binə qəsəbə sakini Altay Əliyevə məxsus mağazadan 1 ədəd güzgü oğurlamaqda təqsirləndirilir. 
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmilə Məmmədovanın mobil telefonunu oğurlayan Bakı şəhər sakini Tahirə Zaxarova tutulub.
Oxumaq
07.09.11  
 
Hacıqabulda ağır yol qəzası
Yoldan çıxaraq aşan mikroavtobusdakılardan iki nəfər ölüb, səkkiz nəfər yaralanıb

Sentyabrın 5-də Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Hadisə 17.00 radələrində Bakı-Qazax yolunun 141-ci km-də - Hacıqabul rayonunun Qarasu kəndi ərazində qeydə alınıb. “Ford” markalı, 10 SM 415 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Yaralılar Şirvan və Hacıqabul Mərkəzi rayon xəstəxanalarına yerləşdiriliblər. Günün sonunda yol qəzasında ölən və yaralananların adları açıqlanıb. Hacıqabul Mərkəzi Rayon Xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə zamanı yaralananlardan 8 nəfəri - Tərtər rayon sakinləri, 37 yaşlı Dilşad Məmmədova, 4 yaşlı İmadəddin Zamanov, 32 yaşlı İsmayıl Nəbiyev, 19 yaşlı Aydın Əlizadə, 37 yaşlı Nəsibə Ağamalıyeva, 6 yaşlı Nisə Ağamalızadə, 23 yaşlı Elyas Abbasov və 17 yaşlı Kəmalə Həsənova xəstəxanaya daxil olublar.
Oxumaq
06.09.11  
 
Nişanlı qız özünü 7-ci mərtəbədən atıb
2 ayın gəlini olan 17 yaşlı qız da özünə qəsd edib

Respublikamızda dörd nəfər özünə qəsd edib. Hadisələrdən biri Bakının Yasamal rayonunda qeydə alınıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini  Nərmin Əliyeva yaşadığı binanın 7-ci mərtəbəsindən, yataq otağının eyvanından özünü atıb. Nəticədə N.Əliyeva hadisə yerindəcə keçinib. Nişanlı olan N.Əliyevanın özünə qəsd etməsinə səbəb kimi  nişanlısı ilə dava etməsi göstərilir. 
Oxumaq
06.09.11  
 
Ali Məhkəmənin hakiminin həyat yoldaşını qətlə yetirən qadının məhkəməsi yekunlaşıb
Xalidə Əhmədova 15 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə qəsdən adam öldürmədə təqsirləndirilən Xalidə Əhmədovanın məhkəməsi yekunlaşıb.  Məhkəmə qarşısında cavab verən Xalidə Əhmədova Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirməkdə ittiham olunub. Məhkəmənin hökmü ilə Xalidə Əhmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
06.09.11  
 
Korrupsiyada ittiham olunan zabitə hökm oxunub
Elvin Ağayev 9 il müddətinə azadlıqdan  və hərbi rütbədən məhrum edilib

Tərtər Hərbi Məhkəməsində korrupsiyada ittiham olunan zabitin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bölük komandiri Elvin Ağayev cavab verib.  E.Ağayev Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma), 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı), 179.2.3-cü (mənimsəmə və ya israf etmə - öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə E.Ağaeyvi hərbi rütbədən də məhrum edib.
Oxumaq
06.09.11  
 
Dayı və onun bacısı qızı qətlə yetirilib
Hər iki şəxsin meyiti yaşadıqları binanın zirzəmisindən tapılıb

Xətai rayonu ərazisində qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, rayonun A.Qurbanov küçəsindəki 25 nömrəli binanın zirzəmisində, həmin binada kirayədə yaşayan Nərimanov rayon sakini 1947-ci il təvəllüdlü Viktor Bıkovun və onun bacısı qızı Svetlana adlı qadının üzərində zorakılıq əlamətləri olan meyitləri tapılıb.
Oxumaq
06.09.11  
 
Səhifələr : # « 54 55 56 57 58 59 60 61 62 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •