|
Avtomobil qaçırılması halları artıb
|
|
Son vaxtlar respublikamızda avtomobil qaçırılması halları artıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, ötən gün də iki avtomobil qaçırılıb. Balakən rayonunun Mahamalar kəndi ərazisindən, kənd sakini Murtuz Papaxova məxsus "VAZ-2101" markalı avtomaşın qaçırılıb. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran Qullar kənd sakini Məhəmməd Yetimov rayon ərazisində avtomaşınla birgə saxlanılıb.
|
Oxumaq
09.09.11
|
| |
|
|
Lənkəran sakini özünə qəsb edib
|
Hadisənin səbəbləri araşdırılır
Lənkəran sakini özünə qəsb edib. Lənkəran Prokurorluğundan verilən məlumata görə, hadisə sentyabrın 7-də axşam saatlarında qeydə alınıb. Rayon sakini 56 yaşlı Bahadur Quliyevin meyiti qardaşına məxsus evdə aşkarlanıb. Meyitin sol bilək nahiyəsində venaları doğranmış vəziyyətdə olub. Mərhumun sağ əlində ülgücün olması onun özünü öldürməsini sübut edib. Belə ki, venalarını doğrayan B.Quliyev qanitirmədən dünyasını dəyişib. Mərhum B.Quliyev hadisədən bir gün öncə yoxa çıxıbmış. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və araşdırma aparılır.
|
Oxumaq
09.09.11
|
| |
|
|
12 yaşlı uşaq qida zəhərlənməsindən ölüb
|
Üç nəfər bədbəxt hadisənin qurbanı olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Suraxanı rayonunda yaşayan Telman Ağabəyovun həyətində təmir işləri aparan şəhər sakini Elxan Məşədiyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Gədəbəy rayonunun İnəkboğan kənd sakini 12 yaşlı Elsevər Musayev qida zəhərlənməsi ilə xəstəxanaya gətirilərkən, yolda dünyasını dəyişib.
|
Oxumaq
09.09.11
|
| |
|
|
Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığında təqsirləndirilən şəxsləri yaxalayıb
|
Saxlanılan 16 nəfərdən xeyli narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silahın, döyüş sursatının saxlanılması və daşımasında təqsirli bilinən 16 nəfər ifşa olunub. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, onlardan ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.
|
Oxumaq
08.09.11
|
| |
|
|
Zərərçəkənlər 2 aprel məhbuslarının cəzalandırılmasını tələb ediblər
|
2 aprel aksiyasının təşkilatçılarının məhkəməsi zərərçəkənlərin ifadəsi ilə davam edib
2 aprel aksiyasının təşkilində təqsirləndirilən Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı çərşənbə günü Səbail rayon Məhkəməsində davam etdirilib. Trend-in məlumatına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs M.Məcidli sərbəst ifadə verib və dövlət ittihamçısının suallarını cavablandırarkən aprelin 2-də "Fəvvarələr meydanı"nda aksiyanın keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına rəsmi yazılı xəbərdarlığın göndərilmədiyini və keçirilən qanunsuz aksiya üzrə AXC-dən onun və F.Qəhrəmanlının rəhbər təyin olunması barədə dediklərini təsdiq edib.
|
Oxumaq
08.09.11
|
| |
|
|
Sabiq nazirin qohumlarının məhkəməsi başa çatıb
|
Rafəddin Əsgərov 11 il, Ramiz Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə mənimsəmə, israfetmə və vəzifə saxtakarlığında təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin iki qohumu - Rafəddin Əsgərov və Ramiz Əliyev cavab verib. R.Əsgərov 2010-cu ildə Ukraynanın Odessa şəhərində Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 206-cı (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub. R.Əsgərov Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib.
|
Oxumaq
08.09.11
|
| |
|
|
20 yaşlı Ülviyyə ömrünün 10 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək
|
|
Bakı Ağır Cinayətlər Məhkəmədə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında 20 yaşlı Ülviyyə Cəfərova cavab verib. Ü.Cəfərova həyat yoldaşı Namiq Cəfərovu bıçaqlayaraq qətlə yetirib. İlkin dindirmə zamanı həyat yoldaşı tərəfindən hər gün döyüldüyü üçün onu öldürdüyünü bildirib. Məhkəməsinin hökmü ilə Ülviyyə Cəfərova 10 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
08.09.11
|
| |
|
|
Kürəkən qayınatasını qətlə yetirib
|
|
Paytaxtda ağır qətl hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Vüqar Qurbanov, qayınatası 1961-ci il təvəllüdlü Fazil Cəfərovun evində olarkən münaqişə zəminində onu bıçaqlayıb. Nəticədə xəsarət alan Fazil Cəfərov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qurbanov saxlanılıb.
|
Oxumaq
08.09.11
|
| |
|
|
Poladəritmə Zavodunda baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb
|
Üç nəfərin xəsarət alması təsdiqlənib
Nərimanov rayonu ərazisindəki Poladəritmə Zavodunda baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, partlayış polad əridilən peçdə baş verib. Nəticədə orada işləyənlər - Sabirabad rayon sakini Adil Dərgəhov, Bakı şəhər sakinləri Qiyaməddin Ağalarov və Lətif Abbasov yanıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
08.09.11
|
| |
|
|
Qaçırılan avtomobil əzilmiş vəziyyətdə tapılıb
|
Onun üzərində başqa maşının dövlət nömrə nişanı aşkarlanıb
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Hacıqabul rayonu ərazisində İntiqam Məmmədovun idarə etdiyi "KİA-Sorento" markalı və Beyləqan rayon sakini Allahverdi Hüseynovun idarə etdiyi "AzSamand" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Hüseynov və sərnişinlərindən Həbib Tağıyev və Bəylər Hacıyev hadisə yerində dünyasını dəyişib. İ.Məmmədovun xəsarət alan sərnişinləri Xeyransa Məmmədova, azyaşlılar Fuad Məmmədli, Şəhla Məmmədli və onun qardaşı Eldar xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
08.09.11
|
| |
|
|
|