Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 52 53 54 55 56 57 58 59 60 » #
Su üstündə qonşusunu qətlə yetirən jurnalistin məhkəməsi davam etdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında “Xüsusi təhqiqatlar” qəzetinin əməkdaşı Ayvaz Almuradov cavab verir.  Prosesdə şahid ifadələri dinlənilib. İttihama görə, hadisə bu il iyunun 19-da saat 22.00 radələrində baş verib. 25 yaşlı Ayvaz Almuradov mübahisə zəminində qonşusu, 26 yaşlı Arzuman Namazovu qətlə yetirərək hadisə yerindən qaçıb. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin apardığı araşdırmalar zamanı məlum olub ki, A.Almuradov hadisədən əvvəl A.Namazova irad tutaraq evinə su vurmaq üçün quraşdırdığı mühərriki işə salarkən mənzilinə gələn suyun kəsildiyini bildirib. Nəticədə qonşular arasında münaqişə yaranıb və A.Almuradov A.Namazova bıçaq zərbələri endirərək onu öldürüb. 
Oxumaq
13.09.11  
 
Terror aktı törətməyə cəhddə təqsirləndirilənlərin apelyasiya şikayəti qismən təmin olunub
Dəstə üzvlərindən 3 nəfərin cəzası dəyişdirilməsə də, 4 nəfərin həbs müddəti aşağı salınıb

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanda terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayəti əsasında məhkəmə prosesi yekunlaşıb. Məhkəmə qarşısında Rusiya vətəndaşı Elbert Qayrbiyev, Azərbaycan vətəndaşları Samir Nuriyev, Rəfail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov və Bella Pənahova cavab verib. 
Oxumaq
13.09.11  
 
Toyda düşən mübahisə faciə ilə nəticələnib
Qusar sakini bir yumruq zərbəsindən dünyasını dəyişib

Qusarda keçirilən toy mərasimində yaranan mübahisə faciə ilə nəticələnib. Rayonda keçirilən toy mərasimində Qusar şəhər sakini, 1979-cu il təvəllüdlü Kamil Talıbovla Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Əhmədbəy İsmixanov arasında mübahisə yaranıb. Mübahisə zamanı Əhmədbəy İsmixanov Kamil Talıbovu yumruqla vurub. Nəticədə yıxılan Kamilin başı yerə dəyib. Zərbədən xəsarət alan K.Talıbov dünyasını dəyişib.  Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır. 
Oxumaq
13.09.11  
 
İçərisi pula dolu seyf oğurlanıb
Üç oğurluq faktının üstü açılıb

Hüquq-mühafizə orqanları üç oğurluq faktının üstünü açıb.  DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sumqayıtda içərisi dolu olan seyf oğurlanıb.  Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Vüqar Məmmədov tutulub. Əvvəllər də məhkumluq həyatı yaşayan V.Məmmədov Mustafa Sərvəliyevə məxsus "Turan STŞ"-nin ofisdən içərisində 7000 manat olan seyfi oğurlamaqda təqsirləndirilir. 
Oxumaq
13.09.11  
 
Uşaqları ilə keçən anaları maşın vurub
Analar sağ qalsa da, uşaqlar dünyasını dəyişib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini İsmayıl Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerliləri Aynur Abdullayeva və onun oğlu 7 yaşlı Fəridi vurub. Nəticədə xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Fəridin həyatını xilas etmək mümkün olmayıb. A.Abdullayevanın vəziyyəti isə ağırdır.
Oxumaq
13.09.11  
 
İş qurmaq istərkən türməyə düşdü
Borca görə dostunu qətlə yetirən Fuad Nəbiyev 11 il müddətinə azadlıqdan məhrum edilib

Bəzən insan etdiyi hərəkətin mahiyyətini sonra başa düşür. Bu zaman çəkilən peşmançılıq isə fayda vermir. Məhkəmə törətdiyi əmələ hüquqi qiymət verərək həmin insanı cəzalandırır. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə də 1958-ci il təvəllüdlü Fuad Nəbiyevi etdiyi əmələ görə cəzalandırıb. Fuad yaxın dostu Cəsarət Quliyevi qətlə yetirməkdə təqsirli bilinib.
Oxumaq
10.09.11  
 
Ayaz Mütəllibovun 19 yaşlı nəvəsi "Lexus"la 3 nəfəri vurdu
Onlardan ikisi ölüb, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib

Bakıda ölüm və xəsarət alma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə sentyabrın 8-də saat 12:30 radələrində M.Əzizbəyov dairəsindən H.Əliyev adına Beynəlxalq Hava Limanına gedən şose yolda qeydə alınıb. Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən "Lexus" markalı avtomobil yolu keçmək istəyən üç nəfər piyadanı vurub.
Oxumaq
09.09.11  
 
Tələbəni qətlə yetirən şəxsin məhkəməsi yekunlaşıb
Məhkəmənin hökmü ilə Nurməmməd  Hacıməmədov 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Nurməmməd Hacıməmmədov cavab verib.  O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Oxumaq
09.09.11  
 
Arvadını maşını ilə gətirəni bıçaqlayan cəzasını alıb
Əli Ağayev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Bakı sakini, 19 yaşlı Əli Ağayev cavab verib. 
İttihama görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 19 yaşlı Əli Ağayev 26 yaşlı Şamil Qurbanovu bıçaqlayıb.
Oxumaq
09.09.11  
 
Oğurluq edən dəstə zərərsizləşdirilib
Saxlanılanların əlavə cinayətləri üzə çıxıb

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb.  DİN-in  mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, oğurluq hadisələrindən biri "Sədərək" ticarət mərkəzində törədilib.  Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən "Sədərək" ticarət mərkəzində - Bakı şəhər sakinləri Elçin Yusifova və Ayaz Hacıyevə məxsus mağazalardan oğurluq edən Xırdalan şəhər sakini Kamranbəy Hüseynzadə tutulub. K.Hüseynzadə əvvəllər də məhkum olunub.
Oxumaq
09.09.11  
 
Səhifələr : # « 52 53 54 55 56 57 58 59 60 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •