Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
Avtomobildən 60 min pul oğurlandı
Nizami rayonu ərazisində valyutadəyişmə məntəqəsinin əməkdaşının avtomobili qarət olunub

Bakının Nizami rayonu ərazisində valyutadəyişmə məntəqəsinin əməkdaşının avtomobili qarət olunub. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 13-də saat 13:30 radələrində "Toyota-Prado" markalı avtomobildən 60 min manat pul oğurlanıb.
Hadisə Naxçıvanski küçəsi 10 saylı evin qarşısında törədilib. Avtomobil sahibi maşını ilə həmin ünvanda dayanaraq bloka daxil olub. Qayıdarkən avtomobilin qapısının sındırıldığının şahidi olub. Salona baxan zaman maşının cibliyində olan 60 min manatın aparıldığı məlum olub.
Oxumaq
14.09.11  
 
Qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Sərdar Abbasov 71 yaşlı qayınanasını baltalayaraq öldürüb

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Sumqayıt şəhər sakini Sərdar Abbasov cavab verib. S.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
S.Abbasov 71 yaşlı qayınanasını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilir. Hadisəyə səbəb isə onlar arasında yaranan münaqişə olub.  S.Abbasovun vurduğu zərbələr nəticəsində ağır xəsarət alan Qəribnisə Hüseynova hadisə yerində dünyasını dəyişib. Məhkəmə qarşısında ifadə verən S.Abbasov özünü elan olunan ittiham üzrə təqsirli bilib. Proses zərərçəkmiş və şahid ifadələri ilə davam etdirilir.
Oxumaq
14.09.11  
 
75 yaşlı qadını zorlayan Xaçmaz sakininə hökm oxunub
Osman Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə 75 yaşlı qadını zorlamaqda təqsirli bilinən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Xaçmaz rayon sakini Osman Muxtarov cavab verib.  O.Muxtarov  Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham edilib. Hakim İlqar Murquzovun sədrliyi ilə təqsirləndirilən şəxsə hökm oxunub.
İttihama görə, 43 yaşlı Osman Muxtarov 75 yaşlı həmkəndlisi Sonanı (adı şərtidir) zorlayıb. Məhkəmənin hökmü ilə O.Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
14.09.11  
 
Həmyerlisini qətlə yetirib qaçan şəxs tutulub
Sabir Novruzov hadisəni küt alətlə törədib

Yevlax rayonunda törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə sentyabrın 8-də törədilib.  Həmin gün rayon sakini Mahir Kərimovu küt alətlə qətlə yetirilib. Hadisəni törədən Yevlax rayon Nemətabad kənd sakini Sabir Novruzov isə hadisə yerindən qaçıb. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Novruzov tutulub.
Oxumaq
14.09.11  
 
Bir ailənin 4 üzvünün bıçaqlanmasına aydınlıq gətirildi
Hadisə ailə münaqişəsi zəminində törədilib

Şəki şəhərində bir ailənin 4 üzvünün bıçaqlanması ilə bağlı rəsmi məlumat yayılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Şəki şəhərində yaşayan Natiq Məmmədov ailə münaqişəsi zəminində arvadı Pərvanəyə, qayınanası Gülbahara, qayını Pərvizə və tanışı Bakı şəhər sakini Natiq Mahmudova bıçaqla, Pərviz isə N.Məmmədova dibçəklə xəsarət yetirib.
Oxumaq
14.09.11  
 
«KamAZ» 70 yaşlı qadını vurub
Yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qaradağ rayonu ərazisində, Bakı şəhər sakini Samir İmanovun idarə etdiyi "QAZel" markalı və Xanlar rayon sakini Rəfayel Zeynalovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub. Nəticədə S.İmanov hadisə yerində dünyasını dəyişib. 
Oxumaq
14.09.11  
 
Oğurluq faktının üstü açılıb
Üç nəfər saxlanılıb

Hüquq-mühafizə orqanları oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, İsmayıllı və Ucar RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğruları yaxalanıb. Saxlanılan Ağdam rayon sakini Səxavət Quliyev Talıstan kəndinin otlaq sahəsindən kənd sakini Ağabala Novruzova məxsus 9 baş qoyunu oğurlayıb.
Oxumaq
14.09.11  
 
Qadına qarşı quldurluq edən şəxs tutulub
Rövşən Fətullayevi yaxınlıqda olan vətəndaşlar saxlayıb və döyüblər

Hüquq-mühafizə orqanları iki quldurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Yasamal rayonu ərazisində, naməlum şəxs Şamaxı rayon sakini Vüqar Musayevi bıçaqla hədələyərək ondan 300 manatını və mobil telefonunu alıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gədəbəy rayon sakini Rüstəm Cəfərov tutulub. 
Oxumaq
13.09.11  
 
Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin sabiq müdiri məhkəmə qarşısında
Vəzifə saxtakarlığında təqsirləndirilən Səfər Hüseynov bir sıra qanunsuzluqlara yol verməkdə ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığında və mənimsəmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin sabiq müdiri Səfər Hüseynov cavab verib. S.Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Oxumaq
13.09.11  
 
Sərnişin avtobusu minik maşınının üstünə çıxdı
Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib. Milli.Az xəbər portalının məlumatına görə, “Azadlıq prospekti” metrosunun yaxınlığında "İveco" markalı sərnişin avtobusu “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə minik maşınının bir hissəsi avtobusun təkəri altında qalıb. Qəza zamanı xəsarət alanın olub-olmadığı məlum deyil.
Oxumaq
13.09.11  
 
Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •