Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
"VAZ-21011" 7 yaşlı qızı vurub
Xəsarətlə xəstəxanaya yerləşdirilən qız orada dünyasını dəyişib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Ağdaş rayonunun Binələr kəndi ərazisində, Nehrəxəlil kənd sakini İbrahim İsmayılov "VAZ-21011" markalı avtomaşını idarə edərkən kənd sakini 7 yaşlı Haviyyə Əhmədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən H.Əhmədova orada dünyasını dəyişib. 
Oxumaq
16.09.11  
 
Üzünü yuduğu su arxında boğuldu
Mərhumun qardaşı da bir neçə il əvvəl eyni vəziyyətdə ölüb

Xaçmaz sakini faciəli şəkildə dünyasını dəyişib. Rayonun Susayqışlaq kənd sakini 22 yaşlı Maral Ramazanova yaşadıqları evin yaxınlığından keçən dərinliyi 30-40 sm olan su arxında əl-üzünü yumağa gedib. Bu zaman onu epilepsiya tutub və nəticədə kanala düşən qız suda boğulub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhumun qardaşı Kamal Ramazanov da bir neçə il əvvəl eyni vəziyyətdə ölüb.
Oxumaq
15.09.11  
 
Yasamalda kütləvi dava
Dörd nəfər xəsarət alıb

Bakıda kütləvi davada dörd nəfər xəsarət alıb. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən verilən məlumata görə, hadisə İslam Səfərli küçəsi 11 saylı binanın qarşısından qeydə alınıb.  27 yaşlı Elçin Quliyev, 29 yaşlı Elnur Cabbarov və  32 yaşlı Ağatahir Məmmədov xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətirilib. Həmçinin, 50 yaşlı Məlik Zeynalov da ağır kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılıb. İlkin ehtimala görə, hər 4 nəfər iştirak etdiyi kütləvi davada xəsarət alıb. Hazırda davada iştirak edən və hadisəni törədən digər şəxslərin axtarışları davam etdirilir. Faktla əlaqədar araşdırma aparılır.
Oxumaq
15.09.11  
 
Canavarlar kəndə hücum etdi
Şəkidə yayımlanan Kanal S-in məlumatına görə, sentyabrın 14-də, səhər saatlarında iki canavar Baltalı kəndində qoyun sürüsünə soxulub.
Vəhşi heyvan sürüdən bir qoyunu götürərək 15-20 m apardıqdan sonra onu parçalayıb.
Oxumaq
15.09.11  
 
Ağcabədidə adamları soğan yığımına aparan yük maşını aşıb
4 nəfər ölüb, 16 nəfər yaralanıb

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Abşeron rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla üç nəfər vurulub. Xəsarət alan Rafiq Bayramov, Pərvin Əsgərov və Kərim Xankişiyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq,  P.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır.  Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Mercedes" markalı avtomaşının sürücüsü Cəbrayıl rayon sakini Anar İsmayılov saxlanılıb.
Oxumaq
15.09.11  
 
Quldur qardaşların məhkəməsi yekunlaşıb
Araz 14 il, Anar isə 13 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Anar və Araz Qəmbərov qardaşları cavab verib. Araz və Anar Qəmbərovlar Cinayət Məcəlləsinin 181.2.4-cü (Quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar. 
Oxumaq
15.09.11  
 
Paytaxtda məcburi köçkün bıçaqlanıb
Paytaxtın Nəsimi rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, xəsarət alan məcburi köçkündür. Belə ki, paytaxtın S.Rüstəmov küçəsində Bakı şəhər sakini Pərviz Hümbətov şəxsi münasibətlər zəminində Ağdam rayon sakini Taleh Muradova bıçaqla xəsarət yetirib. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində P.Hümbətov tutulub.
Oxumaq
15.09.11  
 
Beş ay əvvəl törədilən oğurluğun üstü açılıb
Şübhəli şəxs qismində saxlanılan şəxslərin əlavə cinayətləri üzə çıxıb

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindən "VAZ-21011" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Əbülfəz Quliyev və sərnişini Neftçala rayon sakini Bəxtiyar Heydərov şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər Suraxanı RPİ 33-cü PB-nə gətirilib. Onların ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin cari ilin iyul-avqust ayları ərzində Mehman Həmidova, Nicat Musayevə, Rauf Ovçiyevə, Vüsal Abdullayevə, Rəşad Abdullayevə, Əliəşrəf Sultanova, Eldar Aşurova, Asəf Behbudova, Kamil Rəşidova məxsus avtomaşınlardan ehtiyat təkərlərini və maqnitofonlarını oğurlamaları müəyyən edilib.
Oxumaq
15.09.11  
 
Gənc qız sirkə içib özünü öldürdü
Ötən gün bir nəfər zəhərlənib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nizami (Gəncə) rayonundakı Alüminium Zavoduna məxsus sanatoriyada yaşayan Kəlbəcər rayon sakini Xəyalə İbrahimova zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, X.İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb. Onun sirkə turşusu içdiyi bildirilir. 
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə yaşayan 46 yaşlı Faiq Rufulla oğlu Quliyev isə yaşadığı evin zirzəmisində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. F.Quliyev Qaz emalı zavodunda dispetçer işləyirmiş.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxumaq
15.09.11  
 
Samuxda tükürpərdici hadisə
Bir ailənin 2 azyaşlı uşağı diri-diri yanıb

Sentyabrın 13-də səhər saatlarında Samux rayonunun Sərkar kəndində 2 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Samux və Gəncədən yanğınsöndürənlər cəlb edilib, artıq yanğın tamamilə söndürülüb.
Bu dəhşətli yanğının tükürpərdici məqamı bir ailənin iki azyaşlı uşağının alovda diri-diri yanmasıdır.
Oxumaq
14.09.11  
 
Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •