Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
"BMW" yolu keçən ərlə arvadı vurub
Yol qəzasında 9 nəfər həyatını itirib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır-yol nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Biləsuvar rayonu ərazisində, rayon sakini  Rövşən Seyfullayev "BMW" markalı avtomaşını idarə edərkən Aşağı Cürəli kənd sakinləri Ələkbər Əhmədovu və onun arvadı Südabəni vurub. Nəticədə Ə.Əhmədov və Südabə hadisə yerində dünyasını dəyişib. 
Oxumaq
20.09.11  
 
Ağcabədidə Qırğızıstan vətəndaşı intihar edib
Azərbaycanın Ağcabədi şəhərinə intihar hadisəsi baş verib.APA-nın məlumatına görə, 1988-ci il təvəllüdlü Əliyeva Nuranə İsmayıl qızı yaşadığı Ağcabədi şəhərində bu gün özünü asıb.
Qırğızıstan vətəndaşı olan N. Əliyevanın bir müddət əvvəl Ağcabədi şəhərinə gəlin köçdüyü bildirilir. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Oxumaq
20.09.11  
 
İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi yekunlaşıb
Amid Əliyev 11 il, Sabir Xammədov 10 il müddətinə azadlıqdan məhrum edilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlanılıb.  Məhkəmə qarşısında Amid Əliyev və Sabir Xammədov cavab verib. Təqsirləndirilən şəxslər İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə hesab olunan heroin gətirərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs ediliblər.
Oxumaq
16.09.11  
 
Xüsusi amansızlıqla qətl törədən şəxsin məhkəməsi yekunlaşıb
Hikmət Mirzəyev 12 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında İsmayıllı rayon sakini Hikmət Mirzəyev cavab verib. 
Oxumaq
16.09.11  
 
Qardaşını öldürməyə cəhddə ittiham olunan şəxsə cəza verilib
Mübariz Heydərov həyatının 11 il 3 ayını həbsxanada keçirəcək

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə qardaşını öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Zaqatala rayon sakini Mübariz Heydərov cavab verib. 
İttihama görə, Zaqatala rayon sakini, 34 yaşlı Rəfael Heydərov 42 yaşlı qardaşı Mübarizi bıçaqlayaraq öldürməyə cəhd edib. Müəyyən edilib ki, M.Heydərov evə içkili vəziyyətdə gələrək, 75 yaşlı atasını döyməyə başlayıb. Bunu görən R.Heydərov mətbəx bıçağı ilə ona zərbələr vurub. Məhkəmənin hökmü ilə M.Heydərov  11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxumaq
16.09.11  
 
Paytaxtda ağır qətl
Oqtay Nəcəfov qadını bıçaqlayaraq qətlə yetirib

Səbail rayonunda qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Səbail rayonunda qeydə alınıb. Badamdar qəsəbəsində, qəsəbə sakini 1981-ci il təvəllüdlü Oqtay Nəcəfov münaqişə zəminində həmyerlisi 1977-ci ildə anadan olan İradə Rzayevanı bıçaqla qətlə yetirib. O.Nəcəfov könüllü olaraq Səbail RPİ-nə gəlib.
Faktla əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
Oxumaq
16.09.11  
 
Zirədə kişi meyiti tapılıb
Paytaxtın Zirə qəsəbəsi ərazisində naməlum kişi meyiti tapılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, meyit dəniz sahilində aşkarlanıb. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən tapılan 40-45 yaşlı kişi meyitinin üzərində heç bir zorakılıq əlamətləri olmayıb.
Oxumaq
16.09.11  
 
İdman ustası narkotik vasitə ilə həbs olundu
“Jora" ləqəbi ilə tanınan İlham Şükürovun üzərindən narkotik vasitə olan metadon aşkar edilib

Daxili işlər orqanları əməkdaşları tərəfindən vətəndaşlardan xeyli narkotik vasitə götürülüb. İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, İmişli polisi kriminal aləmdə ad çıxarmış şəxsin üzərində narkotik vasitə olan metadon aşkar edib. Keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon sakini, 1964-cü il təvəllüdlü, SSRİ idman ustası, kriminal aləmdə "Jora" ləqəbi ilə tanınan Şükürov İlham Mustafa oğlu saxlanılıb və üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metadon aşkar edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Oxumaq
16.09.11  
 
"Sədərək" Ticarət Mərkəzində saxta pul
Rusiya Federasiyasının vətəndaşları Əminad Mirzayeva və Sultanad Salamova saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən "Sədərək" ticarət mərkəzində saxta pul əskinasları ilə mal alan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Rusiya vətəndaşları olub. Belə ki, Bakı şəhər sakini Məhiyəddin Seyidova məxsus mağazada Rusiya Federasiyasının vətəndaşları Əminad Mirzayeva və Sultanad Salamova aldıqları malların müqabilində ödədikləri 100.000 rus rublu saxta olduğundan saxlanılaraq, sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil veriliblər. PB-də onların üstünə baxış zamanı 2 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.
Oxumaq
16.09.11  
 
İki oğurluq faktının üstü açılıb
Hüquq-mühafizə orqanları iki oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azad Hacıyevin evindən qızıl əşyaları oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Emil Mikayılov tutulub.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəmziyyə Güləliyevanın evindən 650 manat və qızıl əşyaları oğurlayan Sabirabad rayon sakini, əvvəllər məhkum olunan Taleh Heydərov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır. 
Oxumaq
16.09.11  
 
Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •