|
Rektor şərti cəza aldı
|
Moskva Dövlət Açıq Universiteti Bakı filialının rektoru Muğan Salahov məhkəmə zalından azadlığa buraxılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə ali məktəb rektorunun məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Moskva Dövlət Açıq Universiteti Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənov cavab verib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham ediliblər.
|
Oxumaq
21.09.11
|
| |
|
|
Valyutadəyişmə məntəqəsinin sahibi xüsusi amansızlıqla qətlə yetirilib
|
Mərhum öldürüldükdən sonra onun üzərində olan külli miqdarda pul oğurlanıb
Sumqayıt şəhərində qətl törədilib. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Hadisə Sumqayıt şəhəri 18-ci məhəllə, 36 saylı binanın qarşısında qeydə alınıb. Həmin ünvanda yaşayan, 45 yaşlı İlyas Vahabov blokun qarşısında bıçaqlanıb. İ.Vahabov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
|
Oxumaq
21.09.11
|
| |
|
|
Mərkəzi Universal Mağazasına bomba qoyulub
|
Polisə yalan məlumat verən yeniyetmə saxlanılıb
Paytaxt polisi bomba həyəcanı yaşayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, sentyabrın 19-da naməlum şəxs mobil telefondan "102" xidmətinə zəng edərək, Səbail rayonu ərazisindəki Mərkəzi Universal Mağazasının inzibati binasına bomba qoyulması barədə məlumat verib. Müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın Şamaxı rayon sakini 16 yaşlı T.V. tərəfindən verilməsi müəyyən edilib. O, saxlanılaraq Səbail RPİ-yə gətirilib.
|
Oxumaq
21.09.11
|
| |
|
|
Dələduzluq edən qadının məhkəməsi yekunlaşıb
|
Qəşəng Quliyeva 7 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Avtovağzal Kompleksindəki Ticarət Mərkəzinin dələduzluqda təqsirləndirilən əməkdaşının məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Ticarət Mərkəzinin sabiq şöbə müdiri Qəşəng Quliyeva cavab verib. Q. Quliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.
|
Oxumaq
20.09.11
|
| |
|
|
Sabiq nazirin işi ilə bağlı həbs edilənlərin apelyasiya şikayəti təmin edilməyib
|
Bakı Apelyasiya Məhkəməsi Rafəddin Əsgərov və Ramiz Əliyevlə bağlı hökmü qüvvədə saxlayıb
Bakı Apelyasiya Məhkəməsində mənimsəmə, israfetmə və qaçaqmalçılıqda təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb. Məhkəmə qarşısında hazırda həbsdə olan Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bibisi oğlu Rafəddin Əsgərov və onun qohumu Ramiz Əliyev cavab verib.
|
Oxumaq
20.09.11
|
| |
|
|
Cərrahın cibinə qumbara atan şəxsin apelyasiya şikayətinə baxılır
|
Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin apelyasiya şikayətinə baxılıb. Məhkəmə qarşısında Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü Sabir Hüseynov cavab verib. İttihama görə, hadisə 2008-ci il noyabrın 25-də baş verib. Sabir Hüseynov Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada əl qumbarasını cərrah Rəvayət Mütəllimovun cibinə atıb. Buna səbəb isə R.Mütəllimovla S.Hüseynovun xəstəxanada işləyən həyat yoldaşı və baldızı arasında yaranan mübahisə olub. Partlayış nəticəsində R.Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib.
|
Oxumaq
20.09.11
|
| |
|
|
Həmyerlisini üzünə xəsarət yetirib qaçdı
|
Mehman Mahmudovu Abşeron polisi saxlayıb
Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici alətlə həmyerlisinə xəsarət yetirən şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Quba rayon sakini Mehman Mahmudovdur.
|
Oxumaq
20.09.11
|
| |
|
|
Toydan sonra zəhərlənmə
|
Gədəbəy sakinləri toydan qalan xörəyi 3 gün sonra yeyibmiş
Gədəbəy rayonunun Düzyurd kəndinin 8 nəfər sakini qidadan zəhərlənib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, zəhərlənən şəxslərin vaxtında xəstəxanaya çatdırılması onların həyatını xilas edib. Araşdırmalar zamanı məlum olub ki, onlar 3 gün əvvəl həmin kənddə keçirilən toy məclisindən qalan xörəyi yeyiblər. Bu da onların zəhərlənməsinə səbəb olub.
|
Oxumaq
20.09.11
|
| |
|
|
Kabel oğurluğuna cəhdin qarşısı alınıb
|
|
Kabel oğurluğuna cəhdin qarşısı alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan paytaxt sakini Ramazan Səmədovdur. Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan R.Səmədov Bayıl qəsəbəsi ərazisində "Azəri Elektrik Şəbəkə" MMC tərəfindən tikilməkdə olan yarımstansiyadan kabel oğurlamağa cəhd göstərməkdə təqsirləndirilir. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
20.09.11
|
| |
|
|
Dənizkənarı Milli Parkda intihara cəhd
|
Özünü dənizə atan şəxs xilas edilib
Paytaxtda intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində verilən məlumata görə, Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Həmin şəxs hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
|
Oxumaq
20.09.11
|
| |
|
|
|