Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
Bakıda saxta pul kəsənlər tutuldu
Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan şəxsdən saxta əskinas götürülüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Saleh Əliyevin üstünə baxış zamanı ondan 1 ədəd 5 manatlıq saxta əskinas aşkar edilərək götürülüb. S.Əliyevə həmin əskinası verən Kürdəmir rayon sakini Nazir Süleymanov tutulub. Ondan 8 ədəd 5 manatlıq saxta əskinaz götürülüb.
Oxumaq
30.09.11  
 
İki «Jiquli» toqquşub
Bir nəfər ölüb, üç nəfər isə yaralanıb

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Şəki şəhərində Sumqayıt şəhər sakini Elsevər Qasımovun idarə etdiyi "BMW-316" markalı və Mingəçevir şəhər sakini Əli İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə Ə.İsmayılov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan sərnişinləri Vəli Ağammədov, onun arvadı Xalidə, habelə E.Qasımov xəstəxanaya yerləşdirilib.
Oxumaq
30.09.11  
 
Uşağını satan ana məhkəmə qarşısında
Zöhrə İsgəndərova azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunu satmaq istəyən ananın işi üzrə məhkəmə prosesi keçiriləcək. Məhkəmə qarşısında Şəmkir rayon sakini Zöhrə İsgəndərova cavab verib. O, Cinayət Məcəlləsinin 144-1ci (insan alveri) maddəsinə əsasən ittiham olunur.
İttihama görə, Şəmkir rayonu Könüllü kənd sakini Zöhrə İsgəndərova azyaşlı oğlu Elcanı 10 min manata satarkən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində bu ilin fevralın 3-də tutulub.
Oxumaq
28.09.11  
 
“Reket jurnalist”in məhkəməsi başlayıb
İş üzrə məhkəmə baxışı oktyabrın 3-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə rüşvətxorluqda təqsirləndirilən məhkəməsi başlayıb. məhkəmə qarşısında "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədov cavab verir.  E.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, E.Məmmədov bu il iyulun 10-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1000 manat rüşvət alarkən tutulub. İş üzrə məhkəmə baxışı oktyabrın 3-də davam etdiriləcək.
Oxumaq
28.09.11  
 
Qadını qətlə yetirən şəxs məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. məhkəmə qarşısında Bakı şəhər sakini Elçin Babazadə cavab verib. 
İttihama görə, hadisə bu ilin aprelin 4-də qeydə alınıb. Bakının Nərimanov rayonu, Z.Xəlil küçəsində qadının meyiti tapılıb. Məlum olub ki, qətlə yetirilən qadın həmin ünvanda yaşayan Gümüş Abdullayevadır. Onun Elçin Babazadə tərəfindən öldürüldüyü məlum olub və o, həbs edilib.
Oxumaq
28.09.11  
 
Sərxoş yeznə baldızını baltalayıb
Hadisə Samuxun Kolayır kəndində qeydə alınıb

Samux rayonunun yeznə baldızını baltalayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun  Kolayır kəndində qeydə alınıb. Kənd sakini Bəhrəm Abbasov evində, sərxoş halda baldızı Sona Məmmədovaya baş nahiyəsindən balta ilə xəsarət yetirib. Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov tutulub. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
28.09.11  
 
Taksi sürücüsünə qarşı quldurluq
Sürücünü daşla döyüb telefonunu alan şəxs yaxalanıb

Taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.  DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Şəmkir rayonu ərazisində qeydə alınıb. İki  naməlum şəxs, şəhər sakini Elpərəst Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşına sərnişin qismində oturub Şiştəpə kəndinə gedəcəklərini bildiriblər. Şiştəpə kəndi ərazisində, onlardan biri E.Məmmədova baş nahiyəsindən daş parçası ilə xəsarət yetirib, mobil telefonunu ondan alıb.
Oxumaq
28.09.11  
 
Goranboyda ağır yol qəzası
İki “Jiquli”nin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qəbələ rayonunun Niş qəsəbəsi ərazisində, qəsəbə sakini Şahin Qəribov "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ş.Qəribovun həyatını xilas etmək mümkün olmayıb. Qobustan rayonunun Səngi qəsəbəsi ərazisində qəsəbə sakini Əhmədalı Xanməmmədovun idarə etdiyi "Moskviç-2140" markalı və Şamaxı şəhər sakini Əlzamin Ələkbərovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.
Oxumaq
28.09.11  
 
Orta məktəbdən oğurluq edilib
2 ədəd monitor və 2 ədəd klaviatura oğurlamış Azad Bədirov saxlanılıb

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluq edən şəxs yaxalanıb. Saxlanılan, əvvəllər məhkum olunan Firudin Baxşəliyev Əhliman Əsədovun evindən 100 dollar pul, 1 ədəd videokamera, geyim və məişət əşyları oğurlamaqda təqsirləndirilir. 
Oxumaq
28.09.11  
 
Prokuror 2 aprel məhbuslarına cəza istəyib
Dövlət ittihamçısı: “Avropa Məhkəməsinin çıxardığı qərarlara əsaslansaq, yığıncağın keçirilmə yerinin məhdudlaşdırılması dövlətin dinc toplaşmaq azadlığını pozması demək deyil”
Oxumaq
27.09.11  
 
Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •