|
Sərnişin avtobusu yanaraq külə döndü
|
Hadisə Lənkəranda baş verib
Milli.az-ın Cənub TV kanalına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 15:30 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində avtobus yanıb. Şəhərin 1-ci və 2-ci mikrorayonlarına işləyən sərnişin avtobusu qəfildən alışaraq yanmağa başlayıb. Sürücü, 1965-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Cəfərov Fail Alı oğlu qaraja dönmək istəyərkən birdən avtobusun ön hissəsindən alov çıxmağa başlayıb.
|
Oxumaq
26.01.12
|
| |
|
|
Sabiq hərbi komissar müavini aman dilədi
|
Məhkəmə onun həbsdən azad olunma istəyini qəbul etmədi
Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə korrupsiya faktı ilə bağlı saxlanılan hərbi komissarlıq işçisinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Xətai rayon hərbi komissarının müavini Davud Hüseynov cavab verib. D.Hüseynov Respublika Hərbi Prokurorluğunun Bakının Xətai Rayon Hərbi Komissarlığında apardığı yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlandıqdan sonra saxlanılıb.
|
Oxumaq
26.01.12
|
| |
|
|
90 mənzili 300 vətəndaşa satmış tikinti şirkətinin əməkdaşı həbs edildi
|
İstintaq zamanı 4.623.331 manatın ələ keçirilməsi müəyyən olunub
Daha bir tikinti şirkətinin əməkdaşı həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
|
Oxumaq
26.01.12
|
| |
|
|
Məhkəmədə dava düşüb, bir nəfər bıçaqlanıb
|
|
Abşeron Rayon Məhkəməsində bıçaqlaşma olub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, hadisə dünən saat 16.30 radələrində qeydə alınıb. Məhkəmədə keçirilən prosesdə tərəflər arasında dava düşüb. Nəticədə bir nəfər, 42 yaşlı Tahir Mirzəliyev bıçaqlanıb.
|
Oxumaq
26.01.12
|
| |
|
|
Narkotik qəbul edən qadın dünyasını dəyişib
|
|
Paytaxtın Yasamal rayonunda qadın meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, meyit dünən səhər saatlarında “Yasamal bazırı”nın arxasında, Rahib Tağıyev küçəsində aşkarlanıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Mərhumun 45 yaşlı Təranə Əliyeva olduğu müəyyən edilib. Onun narkotik qəbulundan öldüyü ehtimal olunur. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Mərhumun subay olduğu və tənha yaşadığı bildirilir.
|
Oxumaq
26.01.12
|
| |
|
|
Sabiq hərbi komissarın məhkəməsi başlayıb
|
Məhkəmə qarşısında Suraxanı rayonunun sabiq hərbi komissarı və qurumun əməkdaşları cavab verir
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə Suraxanı rayonunun sabiq hərbi komissarı və onun rəhbərlik qurumun əməkdaşlarının cinayət işi məhkəmə prosesi başlayıb.
|
Oxumaq
20.01.12
|
| |
|
|
Ağır qətl törədən Azərbaycan çempionu həbs edildi
|
Əməliyyatçılar 4 aydır axtarışda olan Müseyib Cəfərovu gecə saat 00:15 radələrində ələ keçiriblər
Bakının Yasamal rayonunda dəhşətli qətl törədən Azərbaycan çempionu həbs edilib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən ilin sentyabrında 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirən Müseyib Cəfərov tutulub. O, hadisə barədə ifadə verməkdən imtina edib. Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunmuşdu.
|
Oxumaq
20.01.12
|
| |
|
|
Daha bir uğursuz sünnət, yoxsa anadangəlmə qüsur?
|
|
Şəmkir rayonunda daha bir uğursuz sünnət olub. ANS telekanalının məlumatına görə, bu dəfə nöqsana yol verənin dəllək yox, rayon xəstəxanasının cərrahı olduğu deyilir. Valideynlərin dediyinə görə, sünnət olunan 2 yaşlı körpənin cinsi orqanı cərrah tərəfindən tamam kəsilib. Hadisə ötən ilin iyulunda baş verib. Uşağın anasının sözlərinə görə, o, körpəsini Şəmkir rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah Telman Əliyevə sünnət etdirib və həkim onun oğlunun cinsi orqanına xəsarət yetirib. Bir ay sonra körpə yenidən əməliyyat olunub.
|
Oxumaq
20.01.12
|
| |
|
|
Quldurluqla məşğul olan Beyləqan sakininə hökm oxunub
|
Məhkəmənin hökmü ilə Yaşar Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə quldurluqla məşğul olan şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Beyləqan rayon sakini Yaşar Məmmədov cavab verib.
|
Oxumaq
20.01.12
|
| |
|
|
Abşeronda qətl
|
Bıçaqlanan şəxs xəstəxanada dünyasını dəyişib
Abşeron rayonunda qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonunun Görədil kəndi ərazisində qeydə alınıb. Füzuli rayon sakini Elgün Hüseynov münaqişə zəminində Beyləqan rayon sakini Bayram İmanova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən B.İmanovun həyatını xilas etmək mümkün olmayıb. E.Hüseynov könüllü olaraq Binəqədi RPİ 4-cü PB-yə gəlib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
|
Oxumaq
20.01.12
|
| |
|
|
|