|
«Onlayn» qumarxana
|
Paytaxtdakı internet klublardan birində belə oyun yeri aşkarlanıb
Paytaxtda internet klubların birində qumarxana təşkil edilməsinin üstü açılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisənin üstü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb. Belə ki, Yasamal rayonu ərazisindəki internet klubların birində orada işləyən Hacıqabul şəhər sakini Səlim İsayevun “on-line” sistemləri ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Kluba baxış zamanı oradan qumardan əldə edilən 324 manat pul, 10 ədəd kompyuter, 1 ədəd prosessor və 2 ədəd klaviatura aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
27.01.12
|
| |
|
|
«Jiquli» maneəyə çırpılıb
|
Yol qəzası iki nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Abşeron rayonu ərazisində Xırdalan şəhər sakini Salman Tağıyev “VAZ-2106” markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Bərdədə baş verən olayda bir neçə nəfər yaralanıb
|
|
Bərdə rayonunda bir neçə nəfərin iştirakı ilə kütləvi dava düşüb. Nəticədə 1989-cu il təvəllüdlü Nicat Abdullayev özündən bir yaş kiçik Ruslan Hacıyevi bıçaqlayıb. Bundan sonra dava daha da qızışıb və N.Abdullayevə də çoxsaylı bıçaq zərbəsi endirilib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, N.Abdullayevin vəziyyəti ağırdır və onu komadan çıxarmaq hələlik mümkün olmayıb.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Dələduzluq edən qadının məhkəməsi yekunlaşıb
|
Məhkəmənin hökmü ilə Xalidə Aslanova 12 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Xalidə Aslanova cavab verib. Xalidə Aslanova vətəndaşları dövlət orqanlarında işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pul mənimsəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən, ittiham olunub. Məhkəmənin hökmü ilə Xalidə Aslanova 12 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Bakıda bilyard zalında cinayət
|
Paytaxtın bilyard zallarından birində cinayət hadisəsi olub.
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, yanvarın 23-də K.Kərimov küçəsində yerləşən bilyard zalında naməlum şəxs Bakı şəhər sakini Mənaf Axundovun içərisində 300 manat olan pul qabını əlindən alaraq qaçıb.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Metroda şok cinayət
|
77 yaşlı keçmiş məhkum sərnişinləri hədələyərək qatarın hərəkətinə mane olub
Bakı metrosunda şok cinayət olub. Bakı Metropolitenində Polis şöbəsindən Milli.Az-a verilən məlumata görə, metronun “Gənclik” stansiyasında 77 yaşlı Bakı şəhər sakini Əşrəf Babayev bıçaqla sərnişinləri hədələyərək qatarın hərəkətinə maneçilik törədib. Polis Əşrəf Babayevi tutub.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Qadınların mübahisəsini məhkəmə həll edib
|
Adi söz-söhbətdən yaranan mübahisəyə Şəki Apelyasiya Məhkəməsi son qoyub
Şəki Apelyasiya Məhkəməsində iki qadının mübahisəsi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə qarşısında 26 yaşlı İlhamə Hümbətova və 42 yaşlı Rübabə Cəbrayılova cavab verib. İlhamə Hümmətova 16 iyul 2011-ci il tarixdə səhər saat 8.00 radələrində şəxsi təsərrüfatlarında olan heyvanları örüşə aparan zaman yolda Rübabə Cəbrayılova ilə rastlaşıb. Bu zaman Rübabə ondan əri Qabilin gecə onun yanında olub-olmadığını soruşub.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Zavodda güclü yanğın olub
|
İşçilər təcili evakuasiya ediliblər
Lənkəran şəhərinin Böyük bazar ərazisində yerləşən çörək zavodunda güclü yanğın baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 11.20 radələrində qeydə alınıb. Zavodun qazanxanasının mazut çənindən başlayan yanğın müəssisənin içərisini, həmçinin yüksək gərginlikli elektrik transformatorunu bürüyüb.
|
Oxumaq
27.01.12
|
| |
|
|
Qonşunun ölümünə cəhd 8 illə cəzalandırılıb
|
|
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməyə cəhddə ittiham olunan şəxsə hökm oxunub. Məhkəmə qarşısında Bakı şəhər sakini Rövşən Səfərov cavab verib. İttihama görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Rövşən Səfərov şəxsi münasibətlər zəminində qonşusu Qulu Abbasova işgəncələr verərək onu bıçaqlayıb. R. Səfərov qonşusunun qanını axıdandan sonra hadisə yerindən qaçsa da, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə Rövşən Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
|
Oxumaq
26.01.12
|
| |
|
|
Keçmiş məhkum yanacaqdoldurma məntəqəsində cinayət törətdi
|
|
Sumqayıt şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinin əməkdaşı qarət olunub. Şəhər Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 18-ci mikrorayonun ərazisindəki yanacaqdoldurma məntəqəsində işləyən Sumqayıt sakini Elnur Məcidzadə naməlum şəxs tərəfindən aldadılıb.
|
Oxumaq
26.01.12
|
| |
|
|
|