Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 332 333 334 335 336 337 338 339 340 » #
Narkotik alverçisi "iş başında" yaxalınıb
İki nəfərdən 5 kiloqrama yaxın marixuana götürülüb

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alverçisi saxlanılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Şirvan şəhəri M.Hacıyev küçəsində yaşayan Mübariz Heybətovdur. M.Heybətov həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığı külli miqdarda - 1 kiloqram 214,03 qram narkotik vasitə olan marixuananı şəhər sakini, Cavid Əmirovla birgə 2.500 dollara satarkən tutulub. M.Heybətovun qohumu olan C.Əmirov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Oxumaq
22.01.10  
 
Paytaxtda intihar
Abşeron rayonunda intihar hadisəsi baş verib. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini sakini 28 yaşlı Əsədulla Vəliyev yaşadığı evin tavanından özünü asıb. Hələlik intiharın səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.
Oxumaq
22.01.10  
 
Qaz borusu oğurlanıb
171 metr borunu oğurlayan 6 nəfər olub

Ağdam rayonunun Səfərli kəndi ərazisindən Qaz İstismar Sahəsinə məxsus istifadə edilməyən 171 metr uzunluğunda boru kəsilərək oğurlanıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyənləşdirilib. Hadisəni törədənlər Səfərli kənd sakinləri Almaz Qarayeva, Əbülfət Əliyev, Hafiz Gözəlov, Ramin Əliyev, Eldar Gözəlov və onun qardaşı Əydər Gözəlov olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxumaq
22.01.10  
 
"Qaranquş"da bıçaqlanma
Paytaxtın Əzizbəyov rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasının həyətində baş verib. Belə ki, Yardımlı rayon sakini Qurban Səriyev münaqişə zəminində qohumu Seymur Səriyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Səriyev tutulub.
Oxumaq
22.01.10  
 
Piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
İki nəfər dünyasını dəyişib

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Nizami rayonu Babək prospektində Bakı şəhər sakini Mübariz Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Həsən Vəliyevi vurub. Nəticədə xəsarət alan H.Vəliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.
Quba rayonu ərazisində Orxan Cabbarov "QAZ-3102" markalı avtomaşını idarə edərkən rayon sakini Şükufə Cavadovanı vurub. Nəticədə Ş.Cavadova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Oxumaq
22.01.10  
 
Sabiq icra başçısı məhkəmə qarşısında
Süleyman Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunub

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Sadıxovun sədrliyi ilə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının məhkəmə prosesi başlayıb. Məhkəmə qarşısında Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidov cavab verib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
İttiham görə, S.Rəşidov 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Buna kimi o, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. S.Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilir. O, təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib.
Oxumaq
20.01.10  
 
"BMW" qəzaya uğrayıb
Yol qəzaları 5 nəfərin həyatına son qoyub

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Oğuz rayonunun Yaqublu kəndi ərazisində, Şəki şəhər sakini Rəşad Məhərrəmov "BMW" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə xəsarət alan R.Məhərrəmov və sərnişini - həmyerlisi Samir Həsənov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq S.Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Oxumaq
20.01.10  
 
Bir gündə üç intihar
Özünə qəsd edənlərdən ikisi kişi, biri isə qadındır

Ötən gün respublikamızda üç intihar faktı qeydə alınıb. Yasamal rayonunda Yasamal ATS-in əməkdaşı Telman Məmmədov internet otağında telefon kabeli ilə özünü asıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, T.Məmmədovun meyiti ATS-in əməkdaşları tərəfindən aşkar edilib. Hadisəni araşdıran zaman T. Məmmədovun külli miqdarda borcu olduğu məlum olub. İlkin ehtimala görə, onun intihar etməsinin də səbəbi məhz bu olub.
İkinci fakt Sabunçu rayon Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Oruc Osmanov yaşadığı evdə özünü asıb. Mərhumun işsizlikdən və kasıbçılıqdan ailə üzvlərinə dəfələrlə şikayət etdiyi bildirilir.
Dəvəçi rayonunda isə 24 yaşlı Şəhla Babayeva özünə qəsd edib. Ş.Babayeva yaşadığı evin həyətindəki hamamda kəndirlə özünü asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hər üç faktla bağlı müvafiq rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və araşdırmalar aparılır.
Oxumaq
20.01.10  
 
İki oğurluq faktının üstü açılıb
Binəqədidə metal qırıntıları, Qobustanda mal-qara oğurlanıb

Hüquq-mühafizə orqanları bir neçə cinayət faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, DİN Baş Mühafizə İdarəsi və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Poladəritmə Zavodundan 300 kiloqram metal qırıntısı oğurlayan şəxs tutulub. Qəbələ rayon sakinləri - Zülfü Zeynalov, Sahil Qarayev, Bəhruz Qasımov və Vladik Pirgari saxlanılıblar.
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Aytən Xəlilovanın evindən oğurluq edən Babək rayon sakini Nazim Məmmədov tutulub.
Qobustan qəsəbəsi ərazisindəki otlaq sahəsindsən qəsəbə sakini Xaləddin İsrafilova məxsus 2 baş inək oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Qobustan qəsəbə sakini saxlanılıb. Saxlanılan Teymur Süleymanov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Oxumaq
20.01.10  
 
Abşeronda partlayış baş verib
İki nəfər həyatını itirib

Abşeron rayonunda partlayış baş verib. Hadisə rayonun Çaylı kəndinin ərazisində olan "Çərməməzlər" yatağında qeydə alınıb. Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Bunlar Quba rayonunun Musu kəndinin sakinləri, 1965-ci il təvəllüdlü Asəf Şahverdiyev və onun 11 yaşlı oğlu Əsbala Şahverdiyevdir.
A.Şahverdiyevin məskunlaşdığı qışlaqdan 1-2 kilometr aralıda hərbi təlim mərkəzi yerləşir. Həmin ərazidə mal-qara otaran ata və oğul isə təlim meydançasından partlayıcı qurğu tapıblar. Onlar həmin qurğuya baxmaq istərkən partlayış baş verib. İstintaq qrupu həmin partlayıcının tank əleyhinə təlim minasının alışdırıcısı olduğunu müəyyənləşdirib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Oxumaq
20.01.10  
 
Səhifələr : # « 332 333 334 335 336 337 338 339 340 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •