|
Rüşvət alan MİKS işçilərinə hökm oxunub
|
Bərşad Mahmudov 6 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Bərşad Mahmudov, istismar sahəsinin daha iki əməkdaşı Vüqar Həsənli və Tahir İsmayılov cavab verib.
|
Oxumaq
02.02.12
|
| |
|
|
Əcnəbi jurnalistləri döyən şəxslərə hökm oxundu
|
Nazim Hüseynov 4 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 2 il müddətinə azadlıqdan məhrum edildi
Yasamal rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Selia Deyvisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov cavab verib.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Tortun altında mobil telefon
|
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Respublikamızda cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mobil telefon tortun altında gizlədilib. Belə ki, 3 saylı istintaq təcridxanasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində orada saxlanılan 1973-cü il təvəllüdlü Soltanov Taleh Əlövsət oğlunun yanına xalası oğlu gəlib. Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2-ci maddələri (oğurluq) ilə təqsirləndirilən Taleh Soltanova Nizami Nəbiyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman tortun altında gizlədilmiş 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Saxta pul satılmasının qarşısı alınıb
|
İki nəfər saxlanılıb
Saxta pul satılmasının qarşısı alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisənin üstü Cəlilabad RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində açılıb. Cəlilabad şəhər sakini Mircəlal Qəhrəmanovdan 6 ədəd 100 manatlıq və 7 ədəd 50 manatlıq saxta əskinaslar götürülüb. M.Qəhrəmanovun saxta əskinasları həmyerlisi Bəhruz Əsgərovdan alması müəyyən edilib. Hər iki şübhəli şəxslər saxlanılıblar.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Qar təmizləyən maşın piyadanı vurub
|
Yol qəzası iki nəfərin həyatına son qoyub
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sabunçu rayonu ərazisində şəhər sakini Hüseynağa Quliyev “BOB ÇAT” markalı traktoru idarə edərkən şəhər sakini Akif Allahverdiyevi vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, həmin traktor şəhərdə qar təmizləyirmiş. Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində kənd sakini Xəqani Vahabov “Moskviç” markalı avtomaşını idarə edərkən onu arxa aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Yataqxanadakı qanlı olayla bağlı məhkəmə yekunlaşıb
|
Qadını qətlə yetirən Elvin Heydərli 10 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə qonşusunu öldürməkdə təqsirli bilinən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Elvin Heydərli cavab verib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Elvin Heydərli 2011-ci il yanvarın 25-də Suraxanı rayonu Zığ qəsəbəsindəki 1 saylı yataqxananın 15-ci otağında Zəngilan rayon sakini Ərkinaz Həsənovanı bıçaqlayaraq qətlə yetirib.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Şadlıq evini qarət edənlər cəzalandırıldı
|
Rüfət Qənbərov və Denis Novoselovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində şadlıq sarayından küllü miqdarda pul oğurlamaqda ittiham olunan şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Sumqayıt şəhər sakini Rüfət Qənbərov və Bakı şəhər sakini Denis Novoselova cavab verib. Təqsirləndirilən şəxslər 2011-ci il aprelin 14-ə keçən gecə “Karvan” şadlıq sarayına pəncərədən girmək yolu ilə oradakı seyf sındırıblar. Onlar seyfin içərisində olan 306.000 manat və 180.000 dollar pulu oğurlayıblar. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
|
Oxumaq
01.02.12
|
| |
|
|
7-ci sinif şagirdi evlənmək üçün qaçırılıb
|
Anası qızının ailə qurmaq istəyini maddi vəziyyətlərinin ağır olması ilə izah edib
Zərdab rayonunda orta məktəb şagirdi qaçırılıb. APA-nın məlumatına görə, Zərdab şəhərinin 3 saylı orta məktəbinin 7-ci sinfində təhsil alan Xəlilova T. ailə həyatı qurmaq məqsədi ilə Gədəbəy rayon sakininə qoşularaq qaçıb. Nikah yaşına çatmayan qızı qaçıran şəxsin 1990-cı il təvəllüdlü İsmayılov İlqar Nizami oğlu olduğu bildirilir. Məlumata görə, Zərdab rayonunda fəaliyyət göstərən MMC-lərdən birinin əməkdaşı olan İlqar İsmayılov əvvəllər Cinayət Məcəlləsinin 332.1 maddəsi (Tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə məhkumluq həyatı yaşayıb.
|
Oxumaq
01.02.12
|
| |
|
|
VAZ-a buzlu PAZ
|
Gəncəyə yağan qar şəhər yollarında qəzalara səbəb olub
Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, dünən saat 11:00 radələrində Gəncənin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. VAZ markalı minik maşını ilə PAZ markalı avtobusun toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Avtoqəzaya yolun həddindən artıq buz bağlaması səbəb olub.
|
Oxumaq
01.02.12
|
| |
|
|
Paytaxt sakini donvurmadan öldü
|
|
Paytaxt sakinini don vurub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, yanvarın 29-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən 45-50 yaşlı kişi donvurma diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
|
Oxumaq
01.02.12
|
| |
|
|
|