|
Narkotik alverçisinin məhkəməsi başlayıb
|
Əməli sübuta yetirilsə, Daşdəmir Hacıyev 9-cu məhkumluğunu yaşayacaq
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı ilə məşğul şəxsin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında Kürdəmir rayon sakini Daşdəmir Hacıyev cavab verib.
|
Oxumaq
19.05.11
|
| |
|
|
Qaz sayğacının dəyişdirilməsi partlayışa səbəb olub
|
|
Sabunçu rayonunda qaz sayğacının dəyişdirilməsi partlayışa səbəb olub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Mənzillərin birində "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları Arif Əliyev və Knyaz Yusifov qaz sayğacını dəyişərkən qaz sızmasından partlayış baş verib. Nəticədə dağıntı olmasa da, mənzilin sahibi Akif Bayramov yanıq xəsarətləri alıb. A.Bayramova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır.
|
Oxumaq
19.05.11
|
| |
|
|
Salyan sakini oğlunu odlu silahla yaralayıb
|
Pişiyə atdığı güllə Ağabəy Ağayevin oğluna dəyib
Salyan rayon sakini oğlunu odlu silahla yaralayıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun Xalac kəndində qeydə alınıb. Kənd sakini Ağabəy Ağayev ov tüfəngindən pişiyə atəş açarkən ehtiyatsızlıqdan oğlu Urfanı yaralayıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Urfan buraxılıb. Salyan RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd ov tüfəngi götürüblər.
|
Oxumaq
19.05.11
|
| |
|
|
Avtomaşın qaçıran şəxs tutulub
|
Qaçırılan avtomobil isə təkəri sınmış halda tapılıb
Nərimanov rayonu ərazisindən Bərdə rayon sakini Rasim Vəliyevə məxsus "Mercedes" markalı yük avtomaşını qaçırılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, qaçırılan avtomaşın saat 02.25 radələrində Z.Bünyadov prospektində təkəri sıradan çıxmış vəziyyətdə tapılıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran Bakı şəhər sakini Valeh Şərifov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun İradə Abdulovaya və Səlbi Bayramovaya məxsus mağazalardan oğurluq etməsi də müəyyən edilib.
|
Oxumaq
19.05.11
|
| |
|
|
Paytaxtda müəmmalı ölüm
|
Bağlı qapı arxasında qalan şəxslərdən birinin cəsədi aşkarlanıb
Azərbaycan paytaxtında müəmmalı ölüm hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzilin giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısını bayır tərəfdən açmağa müvəffəq olublar.
|
Oxumaq
19.05.11
|
| |
|
|
İran vətəndaşı yol qəzası törətdi
|
Yol qəzası 5 nəfərin həyatına son qoydu
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Salyan rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı Əhəmmədtağı Mağhsadqchalehin idarə etdiyi "MAK" markalı avtomaşınla Salyan rayon sakini Soltan Əhmədovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşub. Nəticədə S.Əhmədov və sərnişini Farəddin Abbasov hadisə yerində dünyasını dəyişib. Digər sərnişinləri - Natiq Ədilov, Namiq İbrahimov və Elvin Abbasov isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, N.İbrahimov və E.Abbasovun həyatını xilas etmək mümkün olmayıb.
|
Oxumaq
19.05.11
|
| |
|
|
Polislər arasında mübahisə qanla yekunlaşıb
|
Əsəbiləşən polis kapitanı həmkarını qətlə yetirib
Mayın 17-də Gəncə şəhərində ağır qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Gəncə şəhərinin Avtozavod adlandırılan ərazisində qeydə alınıb. Kəpəz rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib. Hadisənin təfərrüatlarına gəlincə, olay polis serjantı Mehdi Həsənova məxsus “Mitsubishi” markalı maşında qeydə alınıb. Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev APA-ya bildirib ki, hadisə polis serjantı Mehdi Həsənova məxsus “Mitsubishi” markalı maşında qeydə alınıb: “Onlar kirvədir. Bir yerdə nahar etməyə gediblər.
|
Oxumaq
18.05.11
|
| |
|
|
Həyat yoldaşını qətlə yetirməyə cəhddə təqsirləndirilən şəxs məhkəmə qarşısında
|
Oktay Babayev keçmiş arvadını odlu silahla vurmasını xəyanətlə əlaqələndirib
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını odlu silahla qətlə yetirməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Oktay Babayev cavab verir. İttihama görə, hadisə bu ilin yanvarın 29-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Əvvəllər də məhkumluq həyatı yaşayan O.Babayev həmin gün Rusiya vətəndaşı İrina Babayevanın evinə gəlib. Orada onlar arasında mübahisə düşüb. Bu zaman O.Babayev xırda çaplı odlu silahdan atəş açaraq ona baş nahiyəsindən xəsarət yetirib. İ.Babayevaya ilkin tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
|
Oxumaq
18.05.11
|
| |
|
|
Avtomobil oğrusunun əlavə cinayətləri üzə çıxıb
|
Tofiq Paşayevin zor tətbiq edərək çanta, evlərdən qızıl əşyalar və pul oğurlaması da müəyyən edilib
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də Elşad Axundova və onun qardaşı Ruslana məxsus "VAZ-2107" markalı avtomaşınların təkərlərini sökərək oğurlayan şəxs tutulub. Saxlanılan Binəqədi qəsəbə sakini Tofiq Paşayevdir.
|
Oxumaq
18.05.11
|
| |
|
|
Zor tətbiq etməklə vətəndaşların pulunu alan şəxslər tutulub
|
Zərərçəkənlərdən biri qadındır
Zor tətbiq etməklə vətəndaşların pulunu alan üç nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quldurluq edən şəxs tutulub. Saxlanılan şəhər sakini Qalib Nəbiyev Cümşüd Mustafayevə qarşı zor tətbiq edərək 600 manatını almaqda təqsirləndirilir. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Kamran Bayramova qarşı zor tətbiq edərək 785 manatını alan Valeh Musayev saxlanılıb.
|
Oxumaq
18.05.11
|
| |
|
|
|